Office Address

123/A, Miranda City Likaoli
Prikano, Dope

Phone Number

+0989 7876 9865 9
+0989 7876 9865 9

Email Address

info@example.com
support@example.com

4p

4 P marketing nədir? Marketing mix nədir?

Elə məhsullar var ki, milyonların ürəyinə yol tapır, bəziləri isə, nə qədər keyfiyyətli olsa da, sanki gözə görünmür. Bəs niyə belə olur? Bunun sirri marketing mix-də gizlidir!

Marketing mix – marketinq strategiyasının əsasını təşkil edən marketinq kompleksidir. Bazar payını qazanmaq və həmçinin qoruyub saxlamaq, satışları artırmaq üçün kompleks bir yanaşmadır. Burada istifadə edilən fəaliyyətlərin toplusudur, qısacası, fəaliyyətlərin planıdır. Marketing mix, həmçinin “4P” kimi tanınır. Nədir bu P lər?

4p marketing

  1. Product (Məhsul):

    Müştəri tələblərini öyrənmək, bazar araşdırması aparmaq və bu ehtiyacları qarşılamaq üçün uyğun məhsul yaratmaq məqsədi daşıyır. Həmçinin qablaşdırma, etiketləmə, zəmanət və satış sonrası dəstək də buraya daxildir. Məqsəd, müştərilərə dəyər təqdim edən və rəqiblərdən fərqlənən məhsul yaratmaqdır.

  2. Price (Qiymət):

    Qiymət müştərilərin məhsul və ya xidmət üçün ödəməyə hazır olduqları məbləği ifadə edir. Bu, istehsal xərcləri, rəqiblərin qiymətləri, müştəri tələbi və marketinq hədəfləri nəzərə alınaraq müəyyən edilir.

  3. Place (Satış yeri):

    Məkan məhsul və ya xidmətin müştərilərə çatdırılması üçün istifadə olunan paylama kanallarını və strategiyalarını əhatə edir. Buraya birbaşa satış, e-ticarət, pərakəndə mağazalar və ya distribütorlar kimi seçimlər daxildir.

  4. Promotion (Təqdimat):

    Təbliğat məhsul və ya xidmətin tanıdılması üçün istifadə olunan fəaliyyətləri əhatə edir. Reklam, ictimaiyyətlə əlaqələr, satış təşviqləri, sosial media və onlayn marketinq kimi alətlərdən ibarətdir. Məqsəd, hədəf auditoriyada məlumatlılıq yaratmaq, maraq oyatmaq və hərəkətə təşviq etməkdir.

Marketinq strategiyası hazırlamaq üçün 4P konseptini ilk dəfə E. Jerome McCarthy 1960-cı ildə “Basic Marketing: A Managerial Approach” kitabında təqdim edib.

Marketing mix-in digər modelləri:

Bazarların və marketinq konsepsiyalarının inkişafı ilə zamanla yeni modellər yaranmışdır.

5P

4P-ə əlavə olaraq “People” (insanlar) daxildir – məhsul satışında iştirak edən və qərar qəbuluna təsir edən şəxslər. Bu model daha çox xidmətlərin təşviqində istifadə olunur.

6P

4P-ə “Public relations” (ictimaiyyətlə əlaqələr) və “Politics” (siyasət) əlavə edilir. Model beynəlxalq bazarda məhsulun təşviqi üçün nəzərdə tutulub və ictimai rəyin formalaşdırılmasını əhatə edir.

7P

5P-ə “Process” (proses) “Physical evidence” (fiziki mühit) əlavə olunur. Xidmətlərdə və B2B bazarlarında geniş istifadə edilir.

8P

5P-ə aşağıdakılar əlavə olunur:

  • Positioning (Mövqeləndirmə) – Brendin bazarda necə yerləşdirildiyi və istehlakçıların onu necə qavramasıdır.
  • Process (proses)- Xidmətin və ya məhsulun müştəriyə çatdırılması mexanizmi. Logistika və digər idarəetmə proseslərini əhatə edir.
  • Performance (Performans) – Brendin bazardakı nəticələri, müştəri məmnuniyyəti və biznesin uğur göstəriciləridir.

8p

4C marketing

İstehlakçı mərkəzli bir modeldir, aşağıdakı dörd elementi əhatə edir:

  • Customer Value (Müştərinin ehtiyac və istəkləri, müştəri dəyəri) – Məhsulun və ya xidmətin müştəri üçün yaratdığı dəyər.
  • Cost (Müştərinin xərcləri)– Müştərinin məhsul və ya xidmət əldə etmək üçün çəkdiyi ümumi xərc (pul, zaman və s.).
  • Convenience (Müştəri üçün rahatlıq) – Məhsulun əldə edilməsinin və istifadəsinin rahatlığı.
  • Communication (Kommunikasiya) – Şirkətlə müştəri arasında effektiv ünsiyyətin qurulması.

    SIVA

    2005-ci ildə yaradılmışdır və istehlakçı problemlərinin həllini ön planda tutur. Elementləri aşağıdakılardır:

  • solution (həll)
  • information (informasiya)
  • value (dəyər)
  • access (əlçatanlıq)

 

Marketing mix-indən effektiv istifadə yolları

Marketing mix-in hazırlanması və tətbiqi operativ planlaşdırma mərhələsinə aiddir. Şirkət məqsədlərinə əsaslanaraq, marketoloqlar idarəetmə üçün fəaliyyət planı hazırlayır.

Marketing mix-dən istifadə 6 mərhələdən ibarətdir:

  1. Elementlərin seçimi: Marketin mix-in əsas elementləri (məs. məhsul, qiymət, satış, təşviq, insan, proses) müəyyən edilir.
  2. Cari vəziyyətin qiymətləndirilməsi: Elementlərin hazırkı göstəriciləri (satış sayı, məhsulun dəyəri, liderlərin sayı və s.) araşdırılır.
  3. Məqsədlərin qoyulması: Hər element üçün strateji məqsədlər müəyyən edilir.
  4. Düzəliş tədbirləri: Məqsədlərə çatmaq üçün tədbirlər planı hazırlanır.
  5. Tapşırıqların detallandırılması: Tədbirlər üçün icra müddəti, məsul şəxslər və resurslar təyin edilir.
  6. Nəticələrin qiymətləndirilməsi: Hədəflərə nail olub-olunmadığı analiz edilir, zərurət yarandıqda plan yenilənir.

Marketing mix-in effektivliyi üçün 3 əsas prinsipə əməl olunmalıdır:

  • Ardıcıl yanaşma: Hər bir element bir-biri ilə uyğun olmalıdır.
  • Bazar həssaslığını nəzərə alma: Məhsulun keyfiyyəti və digər üstünlüklər vurğulanmalıdır.
  • Dəyişiklikləri nəzərə alma: Marketing mix və fəaliyyət planı bazar şəraitinə uyğun olaraq yenilənməlidir.

Nümunə

Gəlin yerli brendimiz olan “Azərçay” ın 4P modelini gözdən keçirək:

  • Məhsul – ənənəvi Azərbaycan çayını müasir qablaşdırma və müxtəlif dad seçimləri ilə təqdim edərək, həm yerli, həm də beynəlxalq bazarda tanınmış bir brendə çevrilmişdir.
  • Qiymət – Şirkət, müxtəlif seqmentlərə uyğun qiymət strategiyası tətbiq edərək, həm premium, həm də kütləvi bazara xitab edən məhsullar təklif edir.
  • Yer – Azərçay məhsulları, ölkədaxili geniş distribyutor şəbəkəsi ilə yanaşı, xarici bazarlarda da, xüsusilə Rusiya və Yaxın Şərq ölkələrində mövcuddur.
  • Təşviqat – Brend, ənənəvi və rəqəmsal marketinq kanallarından istifadə edərək, milli mədəniyyəti vurğulayan reklam kampaniyaları həyata keçirir.

Xarici brendlərdən “Tesla” ya nəzər yetirək:

  • Məhsul – Tesla, elektrik avtomobilləri ilə avtomobil sənayesində inqilab edərək, yüksək texnologiyalı və ekoloji təmiz nəqliyyat vasitələri təqdim edir.
  • Qiymət – Əvvəlcə premium seqmentə yönəlsə də, son illərdə daha əlçatan modellər təqdim edərək, geniş kütləyə xitab edir.
  • Yer – Onlayn satış modeli və seçilmiş fiziki mağazalar vasitəsilə qlobal bazarda mövcuddur.
  • Təşviqat – Əsasən təsisçisi Elon Maskın şəxsi brendi vasitəsilə ənənəvi reklamla geniş tanınma əldə edir.

Nəticə

Yarandığı andan bu günə qədər marketinq-miks konsepsiyası bir sıra dəyişikliklərə məruz qalıb və gələcəkdə də bu dəyişikliklər davam edəcək. Effektiv marketinq modeli üçün parametrlər artmaqdadır, onlar dəyişir və genişlənir. Bu, bazarın yeni şərtləri və artan rəqabətlə əlaqədardır. Lakin əsas elementlər – 4P -məhsul, qiymət, yerləşdirmə və təşviq dəyişməz olaraq qalır. Bu elementlərin keyfiyyətli işlənməsi şirkətin effektiv fəaliyyətinə, mənfəətin artmasına və brendin imicinin yaxşılaşdırılmasına töhfə verir.