Agile nedir?
“Agile” (çevik) – uyğunlaşma və dəyişikliklərə çevik reaksiya qabiliyyətli idarəetmə üsuludur, layihə idarəetməsinin bir metodologiyasıdır. Agile – çevik planlama => çevik araşdırma/təhlil => çevik kommunikasiya => çevik qərar qəbul etmə => çevik icradır. Ənənəvi yanaşmadan fərqli olaraq birgə təhlil əsasında hər zərurətdə dəyişiklik etmək imkanıdır.
Bu termin 2001-ci ildə 17 müstəqil proqram təminatı mütəxəssisinin bir araya gələrək Agile Manifestini hazırlaması ilə meydana gəlib.
12 əsas prinsipi:
- Müştərini məmnun et
- Dəyişən tələblərə qucaq aç
- İşlək proqram təminatını tez-tez təqdim et
- Gündəlik əməkdaşlıq
- Motivasiyalı fərdlər
- Üzbəüz söhbət
- Proqresi işlək proqram təminatı ilə ölç
- Dayanıqlı icraat
- Texniki mükəmməlliyə diqqət
- Sadəlik əhəmiyyətlidir
- Özü-özünü idarə edən komandalar
- Davamlı inkişafa davamlı diqqət
Agile- əsas dəyərləri
- Şəxslər və ünsiyyət proses və alətlərdən üstündür.
- Yanaşmalar mürəkkəb sənədləşmələrdən üstündür.
- Fayda sahibi ilə əməkdaşlıq rəsmi razılaşmalardan üstündür.
- Dəyişikliyə uyğunluq plana əməl etməkdən üstündür.
Agile yanaşmasının ən-ənəvi yanaşmaya nəzərən üstünlükləri:
- qısa müddətli planlama
- komanda və fayda sahibləri arasında qısa məsafə
- problemləri qısa zamanda müəyyən etmə
- qərar qəbuletmə və icra arasında qısa müddət
- aşağı planlama riski
- yüksək reaksiyavermə imkanı
Scrum nədir ?
Agile metodologiyasının prinsiplərinə əsaslanaraq layihələri idarə etmək üçün müxtəlif metodlar vardır: Scrum, Kanban, XP (extreme programming), Crystal, DSDM (Dynamic Software Development Method) və s. Bunlardan ən geniş tətbiq olunanı Scrum-dır. Bu metodda komanda özünü müstəqil təşkil etmək və ehtiyac olduqda tez dəyişikliklər etmək imkanına malik olur. Həmçinin, hər gün qısa iclasların keçirilməsini də əhatə edir.
Sprint nədir ?
Sprint – komandalar tərəfindən müəyyən edilmiş işlərin müəyyən müddət ərzində ,yenidən nəzərdən keçirilə bilməklə , nəticə əldə edilənədək yerinə yetirildiyi bir dövrdür.
2025-ci ildə ən populyar Agile Sertifikatları (Agile Certification)
Sertifikatlar karyeranızı irəliyə aparmaq, agile prinsiplərini dərinləşdirərək təşkilatınıza tətbiq etmək və komandalar arasında əməkdaşlığı gücləndirmək üçün ideal seçimdir.
- PMI-ACP: Scrum, Kanban, Lean və s. metodologiyaları əhatə edir. Qiyməti $435 (PMI üzvləri)-$495 (qeyri-PMI üzvləri). https://www.pmi.org/certifications
- ICAgile Certified Professional (ICP): Agile-in əsas prinsiplərinə yönəlmişdir, kurs qiyməti $700-dan başlayır. https://agilelab.org
- AgilePM Foundation: Agile layihə idarəçiliyinə dair bilikləri artırır. Qiyməti imtahan və sertifikatlaşdırma üçün $650-dır.
- Certified ScrumMaster (CSM): Scrum-a dair biliklərinizi tətbiq etməyə kömək edir. Kurs qiyməti $450-dan başlayır. https://www.scrumalliance.org
- Professional Scrum Master I (PSM I): Scrum-un əsaslarını öyrənmək üçün idealdır. Qiymət: $150.
- SAFe POPM: Agile metodlarını iri təşkilatlarda tətbiq etməyi öyrədir. Kurs qiyməti $595-dan başlayır. https://scaledagile.com/calendar
Bu sertifikatlar agile biliklərinizi təsdiqləyərək, sizə peşəkar üstünlüklər qazandıracaq.
Nəticə
Hazırda dünyanın bir çox böyük şirkətləri – Google, Microsoft, Spotify, Amazon kimi nəhənglər Agile metodologiyasını tətbiq edir. Azərbaycanda isə bəzi banklar, texnologiya şirkətləri və startaplar artıq Agile-a keçid edib.
Əgər siz də dinamik və dəyişkən bir mühitdə uğur qazanmaq istəyirsinizsə, Agile sizin üçün doğru yanaşma olacaq. Çeviklik, əməkdaşlıq və yenilik Agile-in əsas təməlləridir və bu, işinizə və komandalarınıza yeni nəfəs gətirəcək.