“Google” ilə demək olar artıq istədiyimiz hər şeyi internetdə tapa bilirik. Amma bəzən elə məlumatlar əldə etmək istəyirik hansı ki, bunlar çox spesifikdir.
Amma bilirdinizmi ki, əslində “Google”un axtarış operatorlarından istifadə edərək daha spesifik axtarış nəticələri əldə etmək mümkündür ?
Əgər sizə lazım olan spesifik məlumatları daha sürətli şəkildə axtarmaq istəyirsinizsə “Google”un axtarış operatorları haqqında bilməlisiniz. Həmçinin, bu operatorlar haqqında bilmək SEO auditi, açar söz təhlili və.s mövzularda araşdırmalar üçün kömək edir.
Bu bloqda “Google”un axtarış operatorunun nə olduğu, onun növləri, necə işlədiyi və istifadə qaydası haqqında bəhs edəcəyik.
Axtarış operatoru nədir ?
“Google”un axtarış operatoru mətn ilə axtarılan istənilən spesifik məlumatı daha sürətli şəkildə tapmağa kömək edən əmrlər və simvolların məcmusudur.
Axtarış operatorlarından istifadə etmək bu üstünlükləri vəd edir:
- İndekslənmə xətaları kimi SEO problemlərini aşkarlanaq;
- Daha detallı və spesifik məlumat əldə etmək;
- “Long-tail” açar sözlərin rəqabət səviyyəsini öyrənmək;
- Güclü kontent və “backlink” almaq.
Ən yaxşı 10 axtarış operatoru
1.site:
Təxmin edə biləcəyiniz kimi bu operator vasitəsilə yanlız müəyyən bir domenə və ya veb-sayta aid olan məzmunları axtara bilirsiniz.
Bunun üçün axtarılacaq veb-saytın domen adıı “site:” operatorunun qarşısında yazılır.
Bu axtarış operatorunun birdən çox istifadə halları var. Ən populyarı olanı üzərində işlənilən veb-səhifələrin neçə dənəsinin indeksləndiyini və axtarış nəticələrində necə göründüyünü yoxlamaqdır.
2. related:
Bu operatordan müəyyən bir veb-sayt ilə əlaqəli olan digər veb-saytları və ya nəticələri axtarmaq üçün istifadə edə bilərsiniz. Yuxarıda əks etdirilən şəkildəki kimi bu dəfə yalnız veb-sayt yoxsa onunla əlaqəli olan digər platformalar əks olunub.
Bu operatordan rəqiblərin indekslənən veb-səhifələrini və “backlink” aldıqları veb-saytları analiz etmək olur. Eyni zamanda bu əmr “Google”un sosial media platofrmalarının veb-saytı ilə əlaqəli qəbul edib-etmədiyini anlamağa kömək edir.
3. intitle:
Bu opertordan istifadə ilə daxil edilən söz və ya ifadə üçün daha çox və detallı nəticələri başlıqlarına görə apmaq olur. Məsələn, yuxarıda gördüyünüz şəkildə operatodan “alman dili dərsləri” ifadəsi ilə istifadə edilib və. Bu ifadənin “intitle:” operatorundan daxil edlməsi nəticəsində başlığında bu sözlərin hamsının və yaxud 3-dən birinin olduğu axtarış nəticələri görünəcəkdir.
Əgər bir bloq yazmağı düşünürsünüzə və ya blqo üçün düzgün açar sözün təyini ilə bağlı məlumatınız azdırsa “intitle:”dən istifadə edərək suallarınıza cavab tapa bilərsiniz.
4. intext:
Brauzerdə axtarış edərkən nəticələrin spesifik bir sözə görə çıxmasını istəyirsiniz ? “intext:” operatoru, səhifənin başlığından tutmuş məzmununa qədər hər hansı bir hissəsində göstərilən söz və ya ifadəni tapmağa imkan verir.
5. inurl:
Əgər veb-saytları “URL”də olan spesifik bir sözə görə axtarmaq istəyirsinizsə “inurl:” operatorundan istifadə edirsiniz.
Bu əmr ilə araşdırdığınız mövzular üçün digər bloqlardan və ya veb-saytlardan ilham almaq və yaxud da yazdığınız bir bloq varsa həmin bloq üzrə rəqib yazılarını axtarıb tapa bilərsiniz.
6. inanchor:
Bu qabaqcıl axtarış operatoru içərilərində spesifik “anchor text”in olduğu veb-saytın səhifələrini tapmaq üçündür.
Bu operatoru SEO strategiyanıza əlavə edə və rəqib veb-saytların analizi üçün istifadə edə bilərsiniz.
7. before:
Bu operator ilə müyyən bir tarixdən əvvəl indekslənmiş məzmunu axtarışı üçün faydalıdır. Məsələn, siyasi bir liderin seçkilərdən əvvəl haqqında yazılmış olan yazıları axtarıb tapa bilərsiniz.
İstifadə qaydası isə belədir: il-ay-gün (kamala harris before: 2024-12-08)
8. after:
“after:” operatoru “before:” operatorunun əksinə mühüm tarixdən sonra indekslənmiş məzmunların axtarışı üçündür. Bir əvvəlki nümunə üzərindən getsək siyasi liderin haqqında seçkilərən sonra yazılmış bloqları və ya məlumatları görməyə imkan yaradır.
9. Exact match
Axtarış zamanı açar sözün dıranağa alınması sadəcə həmin ifadənin axtarış nəticələrində çıxmasını təmin edir və buna “exact match” deyilir.
Bu operatoru məzmunun başqa bir yerdə dublikatının olub-olmadığıını yoxlamaq üçün istifadə edilə bilir. Məsələn, yazdığınız bloqdan bir cümlə seçib onu dırnağa alıb axtarışa verərək məzmunun kiminsə tərəfindən kopyasının yazılıb-yazılmamasını öyrənə bilərsiniz. Ancaq unutmayın ki, dırnağa alınacaq sözlər 32-dən çox olmamlıdır, limit 32 sözdür.
10. Minus
Minus, axtarış sonrası çıxacaq nəticələr arasında görmək istəmədiyiniz söz və ya mövzunu axtarış nəticələrində görünməməsini təmin edən operatordur.
Yuxarıda verilmiş şəkilə əsasən rəqəmsal marketinq ilə bağlı çıxan nəticələr “smm” sözü və ya mövzusundan əlaqəsiz olacaq.
Diqqət edilməli axtarış operatoru qaydaları
Operatordan istifadə edən zaman durğu işarısi qeyd edilmirsə və ya yazılmırsa “Google” bu axtarışı rədd edir.
Daxil edilən açar söz ilə operator arasında boşluqlara diqqəet edin. Məsələn, “site:digiatalhero.az” bu operator işləyəcək, amma bu operator “site: digiatalhero.az” işləməyəcək.