Mündəricat
ToggleBrendinq nədir?
Brendinq, bir şirkətin və ya məhsulun bazarda tanınmasını fərqlənməsini təmin edən strategiya və fəaliyyətləri əhahə edir. Buna şirkətin adı, loqosu, sloqanı, rəngi və digər vizual elementlərdən tutmuş, müştəri təcrübəsi və şirkətin dəyərləri aiddir. Brendinqin məqsədi, müştərilərin ağlında müəyyən bir imic və hiss yaratmaqdır.
Brend və brendinq arasındakı fərq
Brend və brendinq anlayışları bir-birinə çox yaxın olsalar da, brend bir şirkətin və ya məhsulun müştərilərin şüurunda yaratdığı imic və təəssürat, brendinq isə, bu imici yaratmaq və idarə etmək üçün tətbiq olunan strategiya və proseslərin toplusudur. Yəni, brend nəticədirsə, brendinq bu nəticəyə aparan yoldur.
Brendinqin əsas elementləri
Brend kimliyi (Brand identity)
Brend kimliyi, brendin tanınmasını təmin edən bütün vizual və verbal elementlərin cəmidir. Vizual elementlərə brendin loqosu, rəngi, şrifti və dizayn tərzi daxildir, bu da brendin xarici görünüşünü formalaşdırır. Verbal elementlər isə brendin adı, sloqanları və reklam mətnləri kimi yazılı və ya səsləndirilən elementlərdir ki, bunlar brendin mesajını və tonunu müştərilərə çatdırır.
Brend dəyərləri (Brand values)
Brend dəyərləri, brendin əsas fəaliyyət prinsipini bizə göstərir. Bu dəyərlər brendin etikasını və müştərilərlə münasibətini formalaşdırır, həmçinin şirkətin qərarlarına yön verir. Dəyərlər, müştərilərə brendin nəyi və niyə dəstəklədiyini açıqlayır, bu da onlarla emosional bağ qurmağa kömək edir.
Brend hekayəsi (Brand story)
Brend hekayəsi, bir brendin yaranma səbəbi, onun inkişaf yolu və məqsədləri haqqında danışan bir nağıldır. Bu hekayə brendin şəxsiyyətini, missiyasını və onu yaratmaqda motivasiya edən amilləri müştərilərə izah edir. İyi bir brend hekayəsi, müştərilər arasında brendə olan əlaqəni gücləndirir və onları hekayənin bir hissəsi kimi hiss etdirməyə kömək edir.
Brend təcrübəsi (Brand experience)
Brend təcrübəsi, müştərilərin brend ilə qarşılıqlı əlaqəsindən əldə etdikləri ümumi təcrübədir. Bu, yalnız məhsul və ya xidmətin keyfiyyətindən ibarət deyil, həm də müştəriyə təqdim olunan xidmətin keyfiyyətini və brendin onun həyatına necə təsir etdiyini də əhatə edir. Yaxşı bir brend təcrübəsi, müştəri məmnuniyyətini artırır və loyallıq yaradır.
Brend mövqeləşdirməsi (Brand positioning)
Brend mövqeləşdirməsi, brendin bazarda necə tanındığını və hədəf auditoriyası ilə necə əlaqə qurduğunu təsvir edir. Bu, brendin rəqiblərindən necə fərqləndiyini və müştərilərin brend haqqında nə düşündüklərini müəyyən edir. Mövqeləşdirmə, brendin bazarda öz yerini tapmasına və müştərilərə nəyi, hansı dəyəri təqdim etdiyini aydınlaşdırmağa kömək edir.
Brendinq niyə vacibdir?
Güclü brendinq, şirkətlərin bazarda rəqabət üstünlüyü qazanmasına və müştəri loyallığını artırmasına kömək edir. Müştərilər, tanıdıqları və etibar etdikləri brendləri seçməyə meyllidirlər. Bundan əlavə, şirkətin doğru aparılmış brendinq siyasəti, məhsul və ya xidmətlərin dəyərini artırır və şirkətin bazarda mövqeyini gücləndirir.
Marketinq sahəsinin “atası” hesab olunan Philip Kotler brendinqin əhəmiyyətini vurğulayaraq qeyd edir ki, brendinq yalnız məhsul və ya xidmətin tanınmasını artırmaqla kifayətlənmir, həm də müştərilərlə uzunmüddətli əlaqələrin qurulmasına və onların sadiqliyinin təmin olunmasına xidmət edir. Kotlerə görə, brendinq müştərilərin məhsul və ya xidmətə olan münasibətini formalaşdırır və onların seçim qərarlarını təsir edir.
Brendinqdə nələrə diqqət etməliyik?
Məqsədli bazarın seçilməsi:
Brendin hədəf auditoriyasını dəqiq müəyyənləşdirmək vacibdir. Bu, brendin mesajlarını və təkliflərini müştərilərin ehtiyaclarına uyğunlaşdırmağa kömək edir.
Rəqabət üstünlüyünün yaradılması:
Brendin bazarda fərqlənməsi və rəqiblərindən üstün olması üçün özünə xas/unikal xüsusiyyətlər və dəyərlər təqdim etməsi vacibdir. Bu, müştərilərin brendi seçməsinə səbəb olur.
Müştəri məmnuniyyətinin təmin edilməsi
Müştərilərin ehtiyaclarını və gözləntilərini anlamaq və onlara uyğun məhsul və xidmətlər təklif etmək, brendin uzunmüddətli uğurunu təmin edir.
Niyə bütün şirkətlərin Brendinqə ehtiyacı var?
Brendinq, şirkətlərin bazarda tanınmasını və onların rəqiblərindən fərqlənməsini təmin edir. Bu, müştərilərin şirkətə olan etibarını artırır və loyallığını artırır. Biznesinizin və ya sizin brendinq xidmətinə ehtiyacı olduğunu düşünürsünüzsə bizimlə əlaqə saxlayın.
Formu doldurun, sizə təklif göndərək.