# Digital Hero - LLM Məlumat Faylı # https://digitalhero.az User-agent: * Allow: / Site: https://digitalhero.az # HAQQIMIZDA Digital Hero Azərbaycanda fəaliyyət göstərən Digital Marketing Agentliyi və tədris platformasıdır. SMM, SEO, SEM, Google Ads, Analitika üzrə xidmətlər və kurslar təqdim edir. Agentlik həm Azərbaycan, həm də xarici şirkətlərlə əməkdaşlıq edir. # XİDMƏTLƏR Xidmət: https://digitalhero.az/xidmetler/ Descrioption: Digital marketing xidmətləri – SMM xidməti, SEO xidməti, Google ads, veb-sayt hazırlanması və bizneslər üçün marketing konsultasiyaları. ## SMM Xidməti Xidmət: https://digitalhero.az/smm-xidmeti/ Məlumat: SMM xidməti: Strateji Planlaşdırma: Analiz və Tədqiqat: Şirkətinizin hədəf kütləsi, axtarışlar və tendensiyaları haqqında geniş araşdırmalar. Strateji Plan: Məqsədlərinizə çatmaq üçün xüsusi sosial media strategiyaları hazırlanır. Məzmun Yaradılması: Yaradıcılıq: biznes brendinə uyğun, inkişaf və yaradıcılıq dolu proqram hazırlanır. İzləmə və Təhlil: Məlumat Analizi: Sosial media fəaliyyətinin nəticələrini izləyir və təhlil edirik. Hesabatlar: Nəticələri mütəmadi olaraq sizə təqdim edirik və gələcək strategiyalar təkliflər veririk. Reklam Kampaniyaları: Məqsədli Reklamlar: Hədəf hazırlığına uyğun reklam kampaniyaları edir və idarə edirik. ROI Təhlili: Reklam kampaniyalarının effektivliyini ölçür və sərfəli büdcənin geri dönüşünü təhlil edirik. İzləyici İdarəetməsi: İzləyici Artırma: Brendinizi izləyici almaq üçün müxtəlif metodlar tətbiq edirik. ## SEO xidməti Xidmət: https://digitalhero.az/seo-xidmeti/ Məlumat: SEO xidməti – Google-da yüksəlmək, açar söz analizi, sayt optimizasiyası, SEO məqalə yazılması və trafik artırma. Açar söz araşdırması – Sizin üçün ən uyğun açar sözləri tapırıq ki, müştərilər sizi axtaranda qarşılarına siz çıxasınız. Sayt içi optimizasiya (On-page SEO) – Başlıqlar, mətnlər, şəkillər, linklər – saytınızdakı hər şeyi axtarış sistemləri üçün düzəldirik. Texniki SEO – Saytınızın sürəti, mobil uyğunluğu, təhlükəsizliyi (https) kimi texniki tərəfləri qaydasına salırıq. Məzmun yaradılması – Google-un sevəcəyi, eyni zamanda müştəriləri cəlb edəcək məzmunlar yazırıq. Link qurulması – Saytınıza başqa nüfuzlu saytlardan linklər əldə edirik ki, Google sizi daha dəyərli saysın. Analiz və hesabat – Görülən işlərin nəticəsini sizə təqdim edirik: neçə nəfər gəldi, haradan gəldi, necə tapdı – hamısını görəcəksiniz. ## Google ads xidməti Xidmət: https://digitalhero.az/google-ads-xidmeti/ Məlumat: Google ads xidməti – Google Ads və Meta Ads reklamlarının qurulması, optimizasiyası və satış yönümlü kampaniyalar. Biznesinizin böyüməsi üçün Google Ads xidmətindən maksimum yararlanmaq istəyirsinizsə, peşəkar dəstək çox önəmlidir. Bizimlə əməkdaşlıq edərək reklam kampaniyalarınızı daha yüksək səviyyəyə qaldıra bilərsiniz: Peşəkar komanda: Təcrübəli Google Ads mütəxəssislərimiz sizə rəqəmsal dünyada uğurlu olmaq üçün ən yaxşı dəstəyi verəcək. Açar sözlər təhlili: Biz sizin üçün ən uyğun açar sözləri təhlil edir, reklamların səmərəli işləməsini təmin edirik. Davamlı optimizasiya: Biz hər kampaniyanı təhlil edərək, lazımi optimizasiyaları həyata keçiririk. Bu reklamlarınızın hər zaman ən yaxşı nəticələr verməsinə imkan yaradır. Şəffaf hesabat: Hər ay sizə kampaniyalarınızla bağlı detallı hesabat təqdim edirik, nəticələri izah edir və gələcək strategiyaları müzakirə edirik. ## Veb-sayt hazırlama xidməti Xidmət: https://digitalhero.az/veb-saytin-hazirlanmasi/ Məlumat: Veb-sayt hazırlanması xidməti – SEO uyğun, sürətli və mobil responsiv saytların qurulması. Satış yönümlü dizayn, istifadəçi təcrübəsi (UX/UI), sürət optimizasiyası və biznes məqsədlərinə uyğun struktur. ## Marketing konsultasiya xidməti Xidmət: Marketing konsultasiyası Məlumat: Digital marketing konsultasiya – biznes üçün strategiya, satış artırma, reklam və content planı. # KURSLAR Kurs: https://digitalhero.az/kurslarimiz/ Məlumat: Digital marketing kursları – SMM, SEO, Google Ads, analitika və AI istifadəsi üzrə tədris proqramları. ## SMM kursu Kurs: https://digitalhero.az/smm-kursu/ Məlumat: SMM kursu – Instagram və TikTok idarəetməsi, content yaratma, auditoriya artırma və satış strategiyaları. Kursun proqramı: SMM-in əsasları, sosial medianın biznesdə rolu və platformaların (Instagram, Facebook, TikTok, LinkedIn) düzgün qurulması öyrədilir. Kontent strategiyası, AİDA modeli, kontent planlama, vizual və mətn kontentinin hazırlanması üzərində praktiki işlənir. Reklam hissəsində Meta Ads, hədəfləmə, büdcə təyini və effektiv kampaniya qurulması izah olunur. Eyni zamanda Instagram SEO, analitika, metriklər və performans optimizasiyası öyrədilir. Kursda həmçinin auditoriya ilə işləmə, satış yönümlü kontent və AI alətlərindən (ChatGPT, CapCut və s.) istifadə də əhatə olunur. ## Digital marketing kursu Kurs: https://digitalhero.az/digital-marketing-kursu/ Məlumat: Digital marketing kursu – tam marketing sistemi, SMM, SEO, reklamlar və AI alətlərinin istifadəsi. Kursun müddəti: Digital Marketing kursu ümumilikdə 72 saat olmaqla 4 ay davam edir və 10 moduldan ibarətdir. Dərslər həftədə 2 dəfə, hər biri 1.5 saat olmaqla keçirilir. Kurs proqramı: Bu kursda siz digital marketingin bütün əsas istiqamətlərini praktiki şəkildə öyrənəcəksiniz. Instagram və Facebook üzərindən reklamların qurulması, Business Manager istifadəsi, targeting və retargeting, Meta Pixel və Event Manager kimi mövzular əhatə olunur. Eyni zamanda reklamların effektivliyinin ölçülməsi və optimizasiyası öyrədilir. Kontent marketing hissəsində kontent strategiyasının qurulması, satış yönümlü kontentin hazırlanması, AIDA modeli və dizaynerlərlə düzgün işləmə prinsipləri izah edilir. LinkedIn bölməsində professional profil yaradılması, şəxsi brendinq və platformada reklam imkanları öyrədilir. Google Ads modulunda Search, Display və Video reklamlar, bidding strategiyalar, kampaniyaların qurulması, analizi və optimizasiyası, həm yerli, həm də xarici bazar üçün reklam yanaşmaları təqdim olunur. Digital analitika hissəsində Google Analytics 4, Google Tag Manager, event tracking, auditoriya yaradılması və məlumatların analiz olunması öyrədilir. Bununla yanaşı, Google Search Console, Semrush, Ahrefs, Microsoft Clarity kimi alətlərin istifadəsi də kurs proqramına daxildir. Email marketing bölməsində Mailchimp vasitəsilə kampaniyaların qurulması və satışların artırılması izah olunur. YouTube hissəsində video reklamlar, SEO və platforma üzrə optimizasiya mövzuları keçirilir. SEO modulunda açar söz analizi, texniki SEO, backlink strategiyaları, kontent optimizasiyası, sayt sürətinin artırılması və Google-da yüksəlmə yolları ətraflı şəkildə öyrədilir. Digital reporting hissəsində nəticələrin analizi, büdcə planlaması, ROAS, ROI və KPI əsaslı strategiyalar qurmaq bacarığı formalaşdırılır. Kursun sonunda isə iştirakçılara karyera dəstəyi göstərilir – CV və portfolio hazırlanması, müsahibəyə hazırlıq və iş tapmaq üçün istiqamət verilir. ## SEO kursu Kurs: https://digitalhero.az/seo-kursu/ Məlumat: SEO kursu – saytın Google-da çıxması, açar sözlər, backlink və content strategiyası. Kursun müddəti: İntensiv SEO kursu qısa müddətdə praktiki biliklər əldə etmək üçün hazırlanıb və bir neçə moduldan ibarət proqram üzrə tədris olunur. Dərslər həftədə 2 dəfə keçirilir və iştirakçılar qısa zamanda SEO üzrə əsas bacarıqları mənimsəyirlər. Kurs proqramı: Bu kursda SEO-nun əsasları, onun biznes üçün əhəmiyyəti və SEO ilə SEM arasındakı fərqlər izah olunur. Daha sonra On-Page SEO mövzusunda URL strukturu, title və meta description optimizasiyası, açar sözlərin düzgün yerləşdirilməsi, SEO uyğun məzmunun hazırlanması və şəkillərin optimallaşdırılması öyrədilir. Eyni zamanda rich snippet və featured snippet kimi Google-da fərqlənmə üsulları izah edilir. Açar söz tədqiqatı bölməsində keyword research-in əhəmiyyəti, istifadə olunan alətlər, uzun quyruqlu açar sözlər və rəqabət analizi praktiki şəkildə öyrədilir. Texniki SEO hissəsində robots.txt və sitemap yaradılması, sayt sürətinin optimizasiyası, mobil uyğunluq, düzgün domain və hosting seçimi kimi vacib texniki məsələlər izah olunur. Həmçinin Google Search Console, Screaming Frog, Yandex Metrica, Microsoft Clarity və WordPress pluginləri (Yoast, RankMath) ilə işləmə bacarıqları formalaşdırılır. Məzmun optimallaşdırılması bölməsində SEO uyğun kontentin yaradılması, strukturlaşdırılması, istifadəçi niyyətinə uyğun yazıların hazırlanması və FAQ hissəsinin düzgün qurulması öyrədilir. Sonda isə SEO-da istifadəçi təcrübəsinin (UI/UX) rolu, sayt naviqasiyası, mobil optimizasiya və bounce rate-in azaldılması kimi mövzular izah edilir. Bu kurs nəticəsində iştirakçılar saytları Google-da üst sıralara çıxarmaq üçün lazım olan praktiki SEO biliklərini əldə edirlər. ## Google Analitika kursu Kurs: https://digitalhero.az/google-analitika-kursu/ Məlumat: Analitika kursu – data analizi, konversiyaların qurulması izlənməsi, Google Analytics, performans ölçmə və qərarvermə. Kursun müddəti: Google Analitika kursu 1 ay ərzində keçirilir və ümumilikdə 12 saatdan ibarətdir. Dərslər həftədə 2 dəfə, hər biri 1.5 saat olmaqla təşkil olunur. Kurs proqramı: Bu kursda rəqəmsal marketinqdə data analizi və performans ölçümü üçün ən vacib alətlər və yanaşmalar praktiki şəkildə öyrədilir. İştirakçılar Google Analytics, Google Tag Manager və Google Ads üzərindən kampaniyaların effektivliyini ölçməyi və optimallaşdırmağı öyrənirlər. UTM bölməsində UTM kodlarının nə olduğu, necə işlədiyi, düzgün qurulması və Google Analytics-də müxtəlif trafik mənbələrinin müqayisəli analizi izah olunur. Bu sayədə reklam, sosial media və digər kanallardan gələn trafiki dəqiq şəkildə izləmək mümkün olur. Google Analytics GA4 hissəsində platformanın strukturu, istifadəçi əsaslı analitika, event və conversion məntiqi, həmçinin Google Ads ilə inteqrasiya və kampaniyaların ölçülməsi öyrədilir. Explore menyusu bölməsində daha dərin analiz imkanları təqdim olunur. İstifadəçi davranışları, funnel və path analysis, istifadəçilərin saytda hərəkətləri və dönüşüm yollarının optimallaşdırılması praktiki şəkildə izah edilir. Google Tag Manager bölməsində tag, trigger və variable anlayışları, müxtəlif izləmə kodlarının (Google Ads, Facebook Pixel və s.) inteqrasiyası və sayt analizinin avtomatlaşdırılması öyrədilir. Attribution modelling hissəsində istifadəçi yolunun analizi, fərqli attribution modelləri və reklam kanallarının effektivliyinin düzgün qiymətləndirilməsi izah olunur. Bu biliklər reklam büdcəsinin daha səmərəli bölüşdürülməsinə kömək edir. Google Ads conversion bölməsində isə dönüşüm izləmə sisteminin qurulması, form, satış və digər istifadəçi hərəkətlərinin ölçülməsi, GA4 ilə inteqrasiya və reklam performansının optimallaşdırılması öyrədilir. Bu kurs digital marketoloqlar, SEO və PPC mütəxəssisləri, sahibkarlar və biznes sahibləri, həmçinin sayt administratorları və analitiklər üçün nəzərdə tutulub. Kursu bitirən iştirakçılar trafik, istifadəçi davranışı və reklam nəticələrini düzgün analiz edərək daha effektiv marketing qərarları verə bilirlər. ## Google ads kursu Kurs: https://digitalhero.az/google-ads-kursu/ Məlumat: Google Ads kursu – reklam kampaniyalarının qurulması, optimizasiya və satış əldə etmə. Kursun müddəti: Google Ads kursu 1 ay ərzində keçirilir və ümumilikdə 12 saatdan ibarətdir. Dərslər həftədə 2 dəfə, hər biri 1.5 saat olmaqla təşkil olunur. Kurs proqramı: Bu kursda Google Ads platformasının əsasları və reklam kampaniyalarının düzgün qurulması praktiki şəkildə öyrədilir. İştirakçılar Google reklamlarının üstünlükləri, platformanın ekosistemi, hesabın yaradılması və dashboard-un istifadəsi ilə tanış olurlar. Search Ads bölməsində effektiv axtarış reklamlarının yaradılması, kampaniya strukturu, ad group, reklam mətnləri, responsive ads və extensions kimi vacib elementlər izah olunur. Eyni zamanda müxtəlif kampaniya növləri – Search, Display, Video və Shopping haqqında ümumi anlayış verilir. Açar söz tədqiqatı hissəsində keyword research-in əhəmiyyəti, istifadə olunan alətlər, açar söz strategiyasının qurulması və negative keyword-lərin tətbiqi öyrədilir. Display və Video reklamlar bölməsində Google Display Network, YouTube reklamları və video kampaniyalarının qurulması izah olunur. İştirakçılar vizual və video reklamların necə effektiv istifadə olunacağını öyrənirlər. Bidding və büdcə strategiyaları hissəsində CPC, CPA kimi əsas anlayışlar, reklam büdcəsinin düzgün bölüşdürülməsi, təklif tənzimləmələri və kampaniyaların optimallaşdırılması öyrədilir. Həmçinin Auction Insight vasitəsilə rəqib analizi aparmaq bacarığı formalaşdırılır. Kursda əlavə olaraq Azərbaycanca reklamların təsdiqlənməsi və lokal bazarda reklam yerləşdirmə ilə bağlı vacib nüanslar da izah olunur. Bu kurs nəticəsində iştirakçılar Google Ads platformasında reklam kampaniyalarını sıfırdan qurmaq, idarə etmək və maksimum nəticə əldə etmək üçün lazım olan praktiki biliklərə sahib olurlar. # ƏLAQƏ Contact: https://digitalhero.az/elaqe/ Məlumat: Əlaqə və müraciət – xidmət sifarişi, konsultasiya və əməkdaşlıq üçün əlaqə səhifəsi. # AÇAR SÖZLƏR (SEO üçün vacib) Keywords: digital marketing agentliyi, smm xidməti, seo xidməti, reklam xidməti, google ads xidməti, smm kursu, seo kursu, digital marketing kursu, marketing təlimi, sosial media idarəetmə, instagram reklam, tiktok marketing, ai marketing, chatgpt istifadə, content yaratma, biznes inkişafı, online satış artırma # DİL Primary-Language: Azerbaijani