Babaxan Məlikli hal-hazırda PAŞA Bankda “Senior Digital Marketing Specialist” vəzifəsində çalışır. DİA və Qazi universitetində “Menecment” ixtisası üzrə bakalavr, daha sonra Azırbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə magistratura təhsilini almışdır.
Rəqəmsal Marketinq üzrə 2015-ci ildən fəaliyyət göstərir. 9 illik təcrübəsində Global E. Counsalting, HrSchool, Gradfeld, Edukhana, Business House, Buta Klinika, Smart Control, Draft Construction, Pickvisa və bir çox şirkətlərdə Rəqəmsal Marketinq mütəxəssisi kimi çalışmışdır. Əlavə olaraq, Azərbaycanla yanaşı Türkiyə, ərəb ölkələri, Kanada, Amerika və bir çox Avropa ölkələri üzrə digital marketing fəaliyyəti ilə məşğul olur.
Upper Education, Digital Hero və Baku Growth Academy kurslarının, eyni zamanda eyni adlı Digital Hero marketinq agentliyinin təsisçisidir. Agentlikdə SMM, SEO, Google ads və digər xidmətlər göstərilir.
Digital Hero agentliyinin tərəfdaşlığı ilə “Azərbaycan Marketinq Zirvəsi” kimi böyük tədbirlər və digər kiçik seminar təşkil edərək bu sahədə addımlayan insanların maariflənməsi və netvörkinqi üçün addımlar atır. Ayrıca “Milli Marketinq Forumu”nda spiker kimi çıxış etmişdir.
Əlavə olaraq, 2000-dən çox şəxsə təlim keçmiş, 3.5 mln dollar büdcəni idarə etmişdir. 350 sözlük “Rəqəmsal Marketinq” lüğətinin və “101 sual, 101 cavab” kitabının müəllifidir.