Office Address

123/A, Miranda City Likaoli
Prikano, Dope

Phone Number

+0989 7876 9865 9
+0989 7876 9865 9

Email Address

info@example.com
support@example.com

Intensiv SEO kursun müddəti: 

SEO kursu intensiv olaraq 12 saat  tədris olunacaq (Kurs proqramı 6 moduldan ibarətdir. Hər dərs həftədə 2 dəfə 1.5 saat olmaqla).

Kurs proqramı

SEO-nun əsasları (1.5 saat) 

– SEO nədir?

– SEO-nun əhəmiyyəti

– SEO və SEM

On-Page SEO (2 saat) 

– URL strukturu

– Title tag və Meta description optimizasiyası

– Açar sözlərin tədqiqi və yerləşdirilməsi

– SEO dostu məzmunun hazırlanması

– Təsvirin optimallaşdırılması

– Rich Snippets və Featured Snippets

– Səhifədə optimallaşdırma üçün texniki SEO

Keyword Research (1.5 saat) 

– Açar söz tədqiqatının əhəmiyyəti

– Açar söz tədqiqatı üçün alətlər və texnikalar

– Uzun quyruqlu açar sözlər

– Rəqabətli Açar Söz Analizi

Texniki SEO (3 saat) 

– Robots.txt və Site map-in yaradılması

– Veb sayt sürətinin optimallaşdırılması

– SEO üçün mobil responsivlik

– Doğru Domen və Hostinq seçilməsi

– Screaming frog

– Yandex metrica

– Google Search Console

– Clarity

– WordPress pluginləri

– Yoast

– RankMath

 Məzmun optimallaşdırılması (1.5 saat) 

– SEO-ya məzmunun yaradılması

– Məzmun strukturu və formatlaşdırma

– İstifadəçi niyyəti və məzmunun uyğunlaşdırılması

– FAQ

SEO-da İstifadəçi Təcrübəsi (UI/UX) (1 saat)

– SEO-da UI/UX-in Rolu

– Mobil optimallaşdırma

– Saytın naviqasiyası və istifadəçinin cəlb edilməsi

– Bounce Rate azaldılması

Təlimçilər haqqında:

Babaxan Məlikli hal-hazırda PAŞA Bankda Rəqəmsal Marketinq üzrə mütəxəsisdir. Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə bakalavr, İqtisad Universitetində “Marketinq” ixtisasında magistratura təhsili almışdır. Digital Marketing üzrə 2015 ci ildən bəri 8 illik təcrübəsi vardır. Global E. Counsalting, HrSchool, Gradfeld, Edukhana, Business House, Buta Klinika, Smart Control, Draft Construction, Pickvisa şirkətində Rəqəmsal Marketinq mütəxəsisi çalışmış, həmdə Digital Hero rəqəmsal marketing agentliyinin və Upper Education tədris mərkəzinin təsisçisidir.  Azərbaycanla yanaşı Türkiyə, ərəb ölkələri, Kanada, Amerika və bir çox Avropa ölkələri üzrə digital marketing fəaliyyəti ilə məşğul olmuşdur.

Ülvi Əhmədov hal-hazırda PAŞA Bank-da Rəqəmsal Marketinq üzrə mütəxəsisdir. Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat” ixtisası üzrə bakalavr, “Elektron Kommersiya” ixtisasında isə magistratura təhsili almışdır. Digital Marketing üzrə 2020-ci ildən bəri 5 illik təcrübəsi vardır. Universe Group, Digital House, Inlingua Baku, Atəşgah Sığorta, Ink Academy və Elseo şirkətlərində Rəqəmsal Marketinq Mütəxəsisi kimi çalışmış, ümumən 20+ şirkətin rəqəmsal dünyaya çatmasına dəstək olmuşdur. Azərbaycanla yanaşı Qazaxıstan, Kanada, Amerika və bir çox Avropa ölkələri üzrə “Digital Marketing” fəaliyyəti ilə məşğul olmuşdur.

Kursa daxildir:

– Təlim materialı (PDF-lər, Slide-lar, online kitablar)
– Rəsmi möhrlü SERTİFİKAT və əlavə olaraq Beynəlxalq Sertifikatlar alma imkanı
– Hər dərsdən sonra dərsin online görüntüsü sizə təqdim olunur, tədris prosesi bitsə belə hər zaman videolara baxa biləcəksiniz.
– Təlimin dili: Azərbaycan

Kursun ödənişi:

Kursun tam ödənişi 325 AZN-dir.

Qeyd: Aşağıdakı əlaqə vasitələri ilə bizə yazıb 60 dəqiqəlik ödənişsiz tanışlıq dərsində iştirak edə bilərsiniz.

Zəng üçün:070 518 17 17

Tez-tez Verilən Suallar

SEO Search Engine Optimization deməkdir. Bu, axtarış motoru nəticələri səhifələrində (SERPs) görünmələrini yaxşılaşdırmaq üçün veb saytların və veb məzmununun optimallaşdırılmasıdır.

Çünki o vebsaytların axtarış motoru nəticələrində daha yüksək yer tutmasına kömək edir ki, bu da baxış sayının artmasına, daha çox vebsayt ziyarətçisinə və potensial olaraq daha çox müştəri və ya oxucuya səbəb ola bilər.

Açar sözlər istifadəçilərin məlumat tapmaq üçün axtarış sistemlərinə daxil etdikləri söz və ya ifadələrdir. Onlar SEO-da çox vacibdir, çünki məzmununuzu müvafiq açar sözlərlə optimallaşdırmaq axtarış motorlarına məzmununuzun mövzusunu və məqsədini anlamağa kömək edir.

Xeyr, SEO yüksək reytinqə zəmanət verə bilməz, çünki axtarış motorlarının alqoritmləri daim inkişaf edir və reytinqlər rəqabət də daxil olmaqla çoxsaylı amillərdən asılıdır. Bununla belə, effektiv SEO təcrübələri zamanla reytinqlərinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Bəli, mobil optimallaşdırma çox vacibdir. Google və digər axtarış sistemləri mobil cihazlara uyğun veb saytlara üstünlük verir və mobil istifadəçilər onlayn trafikin əhəmiyyətli bir hissəsini təşkil edir.

SEO tendensiyaları və yeniləmələri haqqında məlumatlı olmaq vacibdir. Siz nüfuzlu SEO bloglarını, forumlarını və resurslarını izləyə və SEO təlimlərində və ya kurslarında iştirak etməyi düşünə bilərsiniz.