Google ads nədir?
Google reklamları məhsul və ya xidmətlərinizi Google, onun tərəfdaş vebsaytları və YouTube-da tanıtmağa imkan verən onlayn reklam platformasıdır. Bu reklamlar adətən bidding (təklif vermə) sistemində işləyir, hədəf auditoriyaya çatmaq üçün güclü bir vasitədir. Reklamverənlər müəyyən açar sözləri və demoqrafik məlumatları istifadə edir, klik başına ödəniş (CPC) sistemi ilə kampaniyalarını idarə edərək daha çox müştəri cəlb edir və satışlarını artırır. Reklamların performansını izləmək və təkmilləşdirmək üçün geniş analitik vasitələr var. Bu da müəssisələrin strategiyalarını daha da optimallaşdırmağa və ROI-ni (Return on Investment) artırmağa imkan verir.
Google reklamlarının hansı növləri var?
Google Ads müxtəlif reklam növləri təklif edir və hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Bu növlər aşağıdakılardır:
- Axtarış (Search)
- Görüntülü (Display)
- Alış- veriş (Shopping)
- Tətbiq (App)
- Tələb yaratma (Demand Gen)
- Videor (Video)
- Performans Maks (Performance Max)
Reklam növləri arasında əsas fərqlər, onların harada və necə göstərilməsi, hansı formatlarda olması və hansı məqsədləri hədəfləməsidir. Hər bir növ, şirkətin fərqli marketinq məqsədlərinə uyğun şəkildə istifadə edilə bilər.
Google reklamları istifadə etmək niyə önəmlidir?
Google reklamları rəqəmsal marketinq strategiyanızın əsas tərkib hissəsidir, biznes dünyasında uğur qazanmaq, brendinizin onlayn mövcudluğunu artırmaq üçün vacibdir. Bu platforma, reklamları dəqiq hədəfləməyə imkan verərək, doğru zamanda doğru insanlara çatmağınıza kömək edir, klik başına ödəniş (CPC) modeli reklam xərclərinizi səmərəli şəkildə idarə etməyə imkan verir. Bu reklamlar rəqabət üstünlüyü təmin edir və brendinizi geniş auditoriyaya tanıtmağa kömək edir həmçinin, satışları artırmaq və müştəri əlaqələrini gücləndirmək üçün ideal vasitədir.
Niyə DigitalHero-nu seçməlisiniz?
Təcrübəli mütəxəssislərdən ibarət Digital Hero komandası kampaniyalarınızı peşəkar şəkildə idarə edir, ən son analitik alətlərdən istifadə edir. Hədəf kütlənizi dəqiq müəyyənləşdirir və reklamlarınızı bu kütləyə çatdırırıq. Fərdi yanaşmamızla, hər müştəri üçün özəl strategiyalar hazırlayırıq və büdcəni səmərəli şəkildə idarə edirik. Kampaniyalarınızın performansını izləyir, nəticələri optimallaşdırır və hesabat təqdim edirik. Müştəri dəstəyi göstərir, kampaniya ilə bağlı istənilən sual və ya problemə cavab veririk. Etibarlı və güvənilir xidmətimizlə, müştəri məmnuniyyətini əsas prioritet olaraq qəbul edirik.