Backlink nədir?
Backlink- bir vebsaytdan digər bir vebsayta yönləndirilən likdir. Backlink rəqəmsal reference-dir. Başqa sözlə bir saytın digərini tövsiyyə etməsidir. Məsələn, “Marketinq nədir?” adlı bloq yazısında “4P marketinq nədir?” barədə yazılmış digər bloqa keçid verilib.
Axtarış sistemləri, xüsusilə Google, keyfiyyətli backlinkləri saytın etibarlılıq və nüfuz göstəricisi kimi qəbul edir. Bu, saytın axtarış nəticələrində daha yüksək mövqe tutmasına kömək edir.
Backlinklərin növləri:
Backlinklər əsasən 2 yerə bölünür:
1. DoFollow backlink:
Axtarış motorları tərəfindən izlənilir və sayta SEO dəyəri qazandırır. Əgər bu növ bakclink verilibsə bu o deməkdir ki, verdiyi backlinkə tam cavabdehlik daşıyır.
2. NoFollow backlink:
Axtarış motorları izləməsə də, sayta trafik gətirə bilər. Tam da cavabdehlik daşımadığı hallarda verilir.
Backlink-ləri 2 əsas kateqoriyaya da bölmək olar:
- Organic (təbii ) backlinklər
- Sponsored (pulla alınmış) backlinklər
Organic backlink
Bu cür keçidlər istifadəçilər tərəfindən yaradılan məzmun (User-Generated Content) olan platformalarda yerləşdirilir. Belə platformalara əsasən sosial şəbəkələr və forumlar daxildir. Adətən, bu tip keçidlər istifadəçilər tərəfindən tövsiyə məqsədilə və ya informasiyanı təsdiqləmək üçün (informasiya və xəbər portalları üçün) yerləşdirilir.
Bu cür backlink-lər əksər hallarda anchor text-siz olur və sadəcə məqalə daxilində URL kimi göstərilir. Eyni zamanda, vebsayt sahibləri də bu tip bağlantıları uyğun platformalarda özləri yerləşdirə bilərlər.
Sponsored backlink
Bu tip backlinklər məqsədli şəkildə donor sayt sahiblərindən satın alınır. Alınmış backlink-lər iki əsas növə bölünür:
Backlinklərin faydaları
- Vebsayta daha çox trafik qazandırır.
- Axtarış sistemlərində reytinqi yüksəldir.
- Marka tanınmasını artırır.
- Potensial müştərilərin etibarını qazanmağa kömək edir.
- Saytın etibarlılıq göstəricilərini (Domain Authority, PageRank və s.) artırır.
Backlinklər necə yaradılır?
- Dəyərli və paylaşılacaq məzmun (bloq yazıları, infografikalar, videolar) yaratmaq.
- Digər nüfuzlu vebsaytlarla əməkdaşlıq qurmaq.
- Sosial mediada məzmun paylaşaraq backlinklər əldə etmək.
- SEO üçün uyğun Anchor Text istifadə etmək.
Anchor text nədir?
Anchor text – bir keçidin (backlinkin) kliklənə bilən hissəsidir. İstifadəçinin klik edərək başqa bir səhifəyə keçməsini təmin edən mətndir.
Backlink yoxlamaq üçün vasitələr
Saytınıza yönləndirilən backlinkləri analiz etmək üçün aşağıdakı vasitələrdən istifadə edə bilərsiniz:
- Ahrefs Backlink Checker – Saytınızın və rəqiblərinizin backlink profilini təhlil etmək üçün ən güclü vasitələrdən biridir.
- Moz Link Explorer – Saytların domain authority (DA) göstəricilərini və backlink strukturlarını izləmək üçün faydalı bir vasitədir.
- SEMrush – Rəqiblərinizin backlink strategiyasını analiz etmək, yeni link imkanlarını tapmaq və ümumi SEO performansınızı qiymətləndirmək üçün effektiv platformadır.
Pulsuz backlink əldə etməyin yolları (Free backlink)
Saytınıza keyfiyyətli və pulsuz backlink-lər qazanmaq üçün aşağıdakı üsullardan yararlana bilərsiniz:
-
Forum və bloq şərhlərində iştirak – Mövzu ilə əlaqəli forumlarda aktiv olmaq və bloqlarda şərhlər yazmaq backlink əldə etməyin klassik yollarındandır.
-
Sosial media paylaşımları – Sayt məzmununuzu Facebook, LinkedIn, Twitter kimi platformalarda paylaşaraq əlavə keçidlər yarada bilərsiniz.
-
Qonaq bloq yazıları (Guest posting) – Başqa saytlarda ekspert kimi yazılar dərc etdirməklə həm nüfuz qazanır, həm də backlink əldə edirsiniz.
-
Yerli biznes kataloqlarına qoşulmaq – Google My Business, Yelp, Foursquare kimi platformalarda qeydiyyatdan keçmək saytınıza güvənli keçidlər qazandırır.
Backlink ideas arasında aşağıdakı metodlar da populyardır:
- PR və xəbər saytlarından linklər qazanmaq
- Qırıq link qurma texnikasından istifadə etmək
Nəticə
Backlinklər SEO-nun ayrılmaz hissəsidir və düzgün strategiyalarla əldə edildikdə, saytınızın onlayn görünürlüğünü və etibarını əhəmiyyətli dərəcədə artırır.
Backlink haqqında daha dərindən öyrənmək üçün SEO kursuna qoşulun.