Rəqəmsal Marketinq Lüğəti
1. A/B Test: Rəqəmsal mühitdə iki fərqli şəkil, mətn, auditoriya və bu tip dəyişənlərin hansının daha effektiv performans göstərdiyini ölçmək üçün istifadə olunan test üsulu.
2. Acquisition Channel: Potensial müştərilərin məhsullarınızı və ya xidmətlərinizi kəşf etdiyi və onlarla
qarşılıqlı əlaqədə olduğu kanal.
3. Acquisition: Reklam verilən hədəf kütləyə məxsus əldə edilmiş məlumat (məs. e-poçt ünvanı və ya müştəri
profili).
4. Ad Blocker: İstifadəçinin brauzerində Google və ya Meta tərəfindən hər hansısa reklamların göstərilməsinin
qarşısını alan proqram təminatıdır (Məs: Chrome-da).
5. Ad fatigue: Reklam yorğunluğu adətən eyni şəxslərə bir reklamın təkrar təkrar görüntülənməsi nəticəsində,
həmin şəxslərin reklamdan bezməyinə və diqqət göstərməməyinə deyilir. Bu adətən frequency rate yüksək olanda olur.
6. Ad Group: Google reklamlarında açar sözlər və hədəf auditoriyanın müəyyən edildiyi mərhələdir.
7. Ad Set: Xüsusilə Facebook reklamları yaradarkən reklamların hansı ərazidə, hansı auditoriya üçün və hansı
reklam yerlərində göstəriləcəyinin müəyyən edildiyi mərhələdir.
8. Ad Trafficking: Ad Trafficking bir reklam kampaniyası çərçivəsində rəqəmsal reklamların idarə edilməsi və
həyata keçirilməsi prosesinə aiddir. Bu, reklamların düzgün qurulmasını, düzgün auditoriyaya yönəldilməsini, müvafiq platformalara çatdırılmasını və performansın ölçülməsi kimi bir çox addımları əhatə edir.
9. Add (in Online Advertising): Məhsul və ya xidmətin tanıdılması və ya satışına təşviq üçün yaradılmış reklama
deyilir. Link, başlıq, açıqlama mətni, foto və video materiallardan ibarət olur.
10. Add to Cart: Bu funksiya müştərilərə ödənişi tamamlamadan məhsul seçmək və ya məhsulu səbətə əlavə etmək imkanı verir. Xüsusilə elektron kommersiya ilə məşğul olan vebsaytlara məxsus funksiyadır.
350 sözdən ibarət Digital Marketing Lüğətini əldə etmək üçün formu doldurun: