Podcast nədir?
Podcast nədir dedikdə, Podkast (ing. “podcast”) — internet vasitəsilə audio və ya video formatında yayımlanan proqramlar və epizodlar seriyasıdır. Podkastlar müxtəlif mövzularda ola bilər, məsələn, xəbər, təhsil, əyləncə, musiqi, idman və s. Onlar adətən rəqəmsal cihazlarda, məsələn, smartfonlarda, tabletlərdə və ya kompüterlərdə dinlənilir və ya izlənilir.
Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin polulyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir.
Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir.
Azərbaycanda artıq podkastinqin inkişaf etapı başlamışdır. Bura əsasən video podkastinqi aid etmək olar. Tez-tez Youtube video sosial şəbəkəsində azərbaycanlı video podkasterlərin kanallarına rast gəlilir:
Podcast nədir və xüsusiyyətləri nələrdir?
Seriyalar Halında Yayımlanması:
Podkastlar adətən bölümlər şəklində yayımlanır və dinləyicilər onları ardıcıl şəkildə izləyə bilirlər.
Müxtəlif Mövzuları Əhatə Etməsi:
Hər cür mövzuda podkast tapmaq mümkündür, bu da dinləyicilərin maraq dairəsinə uyğun olan mövzulara asanlıqla çıxış imkanı yaradır.
Asanlıqla Əlçatan Olması:
Podkastları internet üzərindən asanlıqla yükləmək və ya onlayn olaraq dinləmək mümkündür.
Məkan və Vaxt Müstəqilliyi:
Podkastlar dinləyicilərə istədikləri zaman və yerdə dinləmə imkanı verir, beləliklə, istifadəçilər onları öz zamanlarına uyğun şəkildə izləyə bilirlər.
Podkastlar fərdi şəxslər, media şirkətləri, təhsil müəssisələri və digər təşkilatlar tərəfindən yaradılır və yayılır. Bu, geniş bir auditoriyaya çatmaq və müxtəlif mövzular üzrə məlumat paylaşmaq üçün əla bir vasitədir.
Podcastlar niyə populyardır?
2020-ci ildə podkastların populyarlığının səbəbləri ilə bağlı suala yəqin ki, vahid düzgün cavab yoxdur; Çoxları formatın populyarlığının yeni artımını məlumat axınının artması ilə əlaqələndirirlər. Bir tərəfdən, hər gün çoxlu sayda yeni məzmunun görünməsi səbəbindən insanların bütün daxil olan məlumatlarla tanış olmağa vaxtı yoxdur və yalnız maraqlandıqları sənayedə baş verənləri izləməyə meyllidirlər – onlar müəyyən mövzuya həsr olunmuş podkastları seçirlər.
Digər tərəfdən, tamaşaçılar yeni məlumatların onları 24/7, o cümlədən arxa planda əhatə etməsinə öyrəşiblər – çoxları podkastları dinləməyi digər fəaliyyətlərlə birləşdirir. Bunu Reuters İnstitutunun araşdırmasının nəticələri də təsdiqləyir: respondentlərin 46%-i cavab verib ki, podkastları dinləmənin əsas səbəbi öz maraq dairələrindəki bütün cari tendensiyalardan xəbərdar olmaq istəyidir. Eyni zamanda, respondentlərin 64%-i evdə olarkən podkastlara qulaq asır: təmizlik, yemək bişirərkən və ya səhər qəhvəsi içərkən.
Podcastları necə dinləmək olar?
Bütün smart cihazlar vasitəsilə podkastlara qulaq asmaq mümkündür. Siz yalnız internetə çıxışı olan dünyanın istənilən yerindən podkastları dinləyə bilərsiniz. İstəyirsinizsə, internet bağlantınız olduqda seçdiyiniz podkastları smart cihazınıza yükləyə, sonra isə internet olmayan mühitlərdə bu yayımlara daxil ola bilərsiniz. Spotify, YouTube, Google Podcasts və iTunes kimi müxtəlif platformalar sizə olduqca müxtəlif podcast seçimi təklif edir. Maraqlarınızdan və izlədiyiniz insanlardan asılı olaraq, istədiyiniz yayımı seçə bilərsiniz və istəsəniz, yeni nəşrlər və naşirlərlə tanış olmaq üçün podkast proqramlarının tövsiyə siyahılarına baxa bilərsiniz.
Podcast dinləmək sizin networkinginizi artıracaq. Networking haqqında ətraflı .
Marketing haqqında podcast dinləmək istəyirsizsə ətraflı.