Office Address

123/A, Miranda City Likaoli
Prikano, Dope

Phone Number

+0989 7876 9865 9
+0989 7876 9865 9

Email Address

info@example.com
support@example.com

smm-teqvimi-2025-1

İçindəkilər

SMM Təqvimi

Sosial Media Menecerləri üçün bələdçi SMM təqvimi nədir və niyə vacibdir?

SMM təqvimi sosial media marketinqi üçün planlaşdırılmış fəaliyyətlərin və paylaşım tarixlərinin cədvəlidir. SMM təqvimi yaratmaq, uzunmüddətli marketinq hədəflərinə çatmaq və rəqabətdə üstünlük qazanmaq üçün əvəzsizdir. 

Əgər markanızın mesajını düzgün şəkildə çatdırmaq istəyirsinizsə, bu təqvimi hazırlamalısınız! Peşəkar yanaşma ilə hazırlanmış təqvim digital marketing fəaliyyətlərinizi daha nizamlı, effektiv və nəticəyönümlü edir.

Effektiv SMM təqvimi hazırlamaq üçün addımlar

Effektiv SMM təqvimi hazırlamaq üçün ilk addım hədəflərinizi dəqiq müəyyənləşdirməkdir. Daha çox izləyici, satış artımı, yoxsa müştərilərlə əlaqə qurmaq istəyirsiniz? Hədəflərə uyğun məzmun seçin və auditoriyanın davranışını nəzərə alın.

Sonrakı mərhələ paylaşımları planlamaq və platformalara uyğunlaşdırmaqdır. Instagram üçün vizual məzmun, LinkedIn üçün isə məlumatlandırıcı yazılar hazırlayın. Həftəlik və ya aylıq cədvəl tərtib edərək mövzuları tarixi üzrə təşkil edin.

Sonda nəticələri təhlil etmək vacibdir. Paylaşımlar hədəflərinizi necə dəstəkləyir? Performansı izləyərək, strategiyanızı təkmilləşdirin və daha məqsədyönlü olun.

2025-ci il üçün aylıq SMM təqvim

Hər ay üçün xüsusi mövzular və günlər nəzərə alınaraq yaradılan bu təqvim, brendinizin izləyiciləri ilə davamlı əlaqə yaratmaq, kampaniyalar təşkil etmək və məzmununuzu planlı şəkildə paylaşmaq üçün mükəmməl bir alət olacaq.

1 Yanvar – Yeni il Bayramı
2 Yanvar – Dünya İntrovetlər Günü
2 Yanvar – Dünya Elmi Fantastika günü
3 Yanvar – Beynəlxalq Ağıl-Bədən Sağlamlıq Günü
3 Yanvar – Dünya Yuxu   Festivalı  Günü
4 Yanvar – Dünyanın Günəşə ən yaxın olduğu Gün
4 Yanvar – Spagetti Günü
4 Yanvar – Dünyya Brayl Şrifti Günü
5 Yanvar – Ümumidünya Köçəri Quşlar Günü
8 Yanvar  - Ümumdünya yazma Günü
8 Yanvar  -Öz Masanı Təmizlə Günü
10 Yanvar  - Tünd Şokolad Günü
13 Yanvar  - Xəyallarını Gerçəkləşdir Günü
14 Yanvar – Dünya Məntiq Günü
16 Yanvar – Beynəlxalq İsti və Ədviyyatlı Yeməklər Günü
16 Yanvar – Dünya Gigiyena Günü
17 Yanvar – Dünya Zənginlər Günü
19 Yanvar – Popkorn Günü
20 Yanvar – Ümumxalq Hüzün Günü
21 Yanvar – Qucaqlaşma Günü
22 Yanvar – İstiotlu Sous Yemək Günü
24 Yanvar – Beynəlxalq Təhsil Günü
26 Yanvar – Beynəlxalq Təmiz Enerji Günü
27 Yanvar – Ümumdünya Şokoladlı Tort Günü
28 Yanvar – Məlumat Məxfiliyi Günü
28 Yanvar – Beynəlxalq Lego Günü
30 Yanvar – Gömrük İşçiləri Günü

2 Fevral – Azərbaycan Gənclər Günü
4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü
11 Fevral – Vergi Xidməti İşçilərininnPeşə Bayramı
11 Fevral – Təhlükəsiz İnternet Günü 11 Fevral – Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
13 Fevral -Ümumdünya Radio Günü
14 Fevral – Hərbi Hava Qüvvələri Günü
17 Fevral – Qlobal Turizm Dayanıqlığı Günü
21 Fevral – Beynəlxalq na Dili Günü
22 Fevral – Avtomobil Yol İşçilərinin Peşə Bayramı Günü
22 Fevral – Dünya Düşüncə Günü
25 Fevral – Su Çərşənbəsi
26 Fevral – Xocalı Soyqırımı Günü
27 Fevral – Ümumdünya QHT Günü

1 Mart – Ümumdünya Kompliment Günü
3 Mart – Ümumdünya Vəhşi Təbiət Günü
4 Mart – Od Çərşənbəsi Günü
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü
8 Mart  - Beynəlxalq Qadınlar Günü
10 Mart – Qızıl Aypara Günü
10 Mart – Azərbaycan Milli Teatr Günü
10 Mart Beynəlxalq Möhtəşəmlik Günü
11 Mart – Yel Çərşənbəsi Günü
12 Mart – Daxili Qoşunlar Günü
14 Mart  - Ümumdünya Yuxu Günü
15 Mart – Ümumdünya İstehlakçı Hüquqları Günü
18 Mart  - Torpaq Çərşənbəsi Günü 18 Mart – Ümumdünya Təkrar Emal Günü
19 Mart  - Miqrasiya Orqanları İşçilərinin Peşə Bayramı Günü
20 Mart – Beynəlxalq Xoşbəxtlik Günü
20-21 Mart - Novruz Bayramı
21 Mart  - Poeziya Günü
22 Mart – Ümumdünya Su Günü
22 Mart – Yer Saatı Günü
23 Mart – Ümumdünya Metrologiya Günü
25 Mart – Beynəlxalq Vafli Günü
27 Mart – Elm Günü
27 Mart -  Ümumdünya Teatr Günü
28 Mart – Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı
30 Mart – Beynəlxalq Sıfır Tullantı Günü
31 Mart – Azərbaycanlıların Soyqırım Günü

1 Aprel – Ümumdünya Gülüş Günü
2 Aprel – Ümumdünya Autizm Haqqında Marifləndirmə Günü
3 Aprel – Ümumdünya Parti Günü
6 Aprel – İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü
7 Aprel – Ümumdünya Sağlamlıq Günü
10 Aprel – İnşaatçılar Günü
12 Aprel – Dünya Aviasiya və Kosmonavtika Günü
15 Aprel – Dünya İncəsənət Günü
18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Günü
21 Aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü
22 Aprel – Beynəlxalq Yer Kürəsi Günü
23 Aprel – Dünya Kitab Günü
26 Aprel – Ümumdünya Əqli Mülkiyyət Günü
27 Aprel – Beynəlxalq Dizayn Günü
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü
29 Aprel – Ümumdünya Arzu Günü
30 Aprel – Beynəlxalq Caz Günü

1 May – Beynəlxalq Əmək Günü
3 May – Ümumdünya Mətbuat Günü
8 May – Ümumdünya Qızılxaç və Qızıl Aypara Hərəkatı Günü
9 May – Faşizm Üzərində Qələbə Günü
10 May – Ulu Öndər Hydər Əliyevin Doğum Günü
12 May – Ümumdünya Tibb Bacıları Günü
15 May – Beynəlxalq Ailə Günü
16 May – Beynəlxalq Sülh İçində Birgə Yaşayış Günü
16 May  - Beynəlxalq İşıq Günü
18 May – Beynəlxalq Muzeylər Günü
21 May – Beynəlxalq Çay Günü
23 May – Ekologia və Təbii Sərvətlər Nazirliyi İşçilərinin Peşə Bayramı
25 May – Dünya Futbol Günü
27 May – Dünya Marketinq Günü
28 May – Müstəqillik Günü
31 May – Ümumdünya Tütünlə Mübarizə Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
2 İyun – Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü
3 İyun – Ümumdünya Velosiped Günü
5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü
5 İyun – Ümumdünya Ətraf Mühit Günü
6-7 iyun – Qurban Bayramı
7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü
8 İyun – Okeanlar Günü
12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü
14 İyun – Ümumdünya Qan Donorları Günü
15 İyun – Milli Qurtuluş Günü
15 İyun – Atalar Günü
17 İyun – Azərbayacan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü
18 İyun – İnsan Hüquqları Günü
21 İyun – Beynəlxalq Yoqa Günü
21 İyun – Dünya Musiqi Günü
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü
24 İyun – Diplomatiyada Qadınların Beynəlxalq Günü
25 İyun – Dənizçilərin Peşə Bayramı
26 İyun – Azərbaycan Respublikası Silahlı Qvvələr Günü
26 İyun – Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü
27 İyun – Mikro, Kiçik və Orta Müəssisələr Günü
30 İyun- Ümumdünya Sosial Media Günü

1 İyul – Beynəlxalq Zarafat Günü
2 İyul – Azərbaycan Polis Günü
2 İyul – Ümumdünya UNO Günü
5 İyul – Beynəlxalq Kooperativlər Günü
7 İyul – Ümümdünya Şokolad Günü
9 İyul – Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü
11 İyul – Ümudünya Əhali Günü
15 İyul – Ümumdünya Gənclərin Bacarıqları Günü
17 İyul – Dünya Emoji Günü
18 İyul – Ümumdünya Dinləmə Günü
20 İyul – Beynəlxalq Şahmat Günü
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü
22 İyul – Ümumdünya Beyin Günü
30 İyul – Beynəlxalq Dostluq Günü

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
2 Avqust – Azərbaycan Kinosu Günü
5 Avqust – Hərbi Donanma Günü
8 Avqust – Beynəlxalq Pişiklər Günü
12 Avqust – Beynəlxalq Gənclər Günü
13 Avqust – Ümumdünya Solaxaylar Günü
18 Avqust – Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü
19 Avqust – Ümumdünya Fotoqrafiya Günü
19 Avqust – Ümumdünya Humanitar Yardım Günü
23 Avqust – Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinin Peşə Bayramı Günü
23 Avqust – Həştəq Günü
26 Avqust – Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Doğum Günü
26 Avqust – Beynəlxalq İtlər Günü

1 Sentyabr  - Ümumdünya Məktub Günü
5 Sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günü
7 Sentyabr – Mavi Səma üçün Təmiz Hava Günü
8 Sentyabr – Beynəlxalq Savadlılıq Günü
15 Sentyabr – Bilik Günü
16 Sentyabr -Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü
18 Sentyabr – Milli Musiqi Günü
20 Sentyabr- Neftçilər Günü
20 Sentyabr – Ümumdünya Təmizlik Günü
21 Sentyabr – Beynəlxalq Sülh Günü
23 Sentyabr – Beynəlxalq İşarə dilləri Günü
26 Sentyabr – Ümumdünya Dənizçilik Günü
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Dünya Turizm Günü
29 Sentyabr – Turizm İçşiləri Günü
30 Sentyabr – Beynəlxalq Tərcümə Günü
30 Sentyabr – Beynəlxalq Podkast Günü

1 Oktyabr – Prokrorluq İşçiləri Günü
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü
1 Oktyabr – Ümumdünya Vegeterian Günü
1 Oktyabr – Beynəlxalq Qəhvə Günü
2 Oktyabr – Ümumdünya Zorakılağa Qarşı Mübarizə Günü
3 Oktyabr – Ümumdünya Təbəssüm Günü
4 Oktyabr – Ümumdünya Heyvanlar Günü
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü
9 Oktyabr – Ümumdünya Görmə Günü
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü
10 Oktyabr – Yanğınsöndürənlərin Peşə Bayramı Günü
11 Oktyabr – Beynəlxalq Qız Uşaqları Günü
13 Oktyabr – Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü
16 Oktyabr – Ümumdünya Qida Günü
20 Oktyabr – Energetiklər Günü
20 Oktyabr – Ümumdünya Statistika Günü
28 Oktyabr  - Dünya Animasiya Günü
29 Oktyabr – Beynəlxalq Qayğı və Dəstək Günü
31 Oktyabr – Dünya Şəhərlər Günü
31 Oktyabr  - Holloween

1 Noyabr  - Kənd Təsərrüfatı İşçiləri Günü
1 Noyabr – Ümumdünya Vegan Günü
6 Noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü
8 Noyabr – Bakı Metropoliteniİşçilərinin Peşə Bayramı Günü
8 Noyabr – Zəfər Günü
9 Noyabr -  Dövlət Bayrağı Günü
10 Noyabr – Sülh və İnkişaf Naminə Dünya Elm Günü
12 Noyabr – Konstitusiya Günü
13 Noyabr – Ümumdünya Xeyirxahlıq Günü
14 Noyabr – Ümumdünya Diabetlə Mübarizə Günü
16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü
17 Noyabr -  Milli Dirçəliş Günü
20 Noyabr – Beynəlxalq Fəlsəfə Günü
21 Noyabr – Ümumdünya Salam Günü
22 Noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Günü
25 Noyabr – Qadın Zorakılığına Qarşı Mübarizə Günü
26 Noyabr – Ümumdünya Dayanıqlı Nəqliyyat Günü
28 Noyabr – Black Friday

1 Dekabr – QİÇS”ə Qarşı Beynəlxalq Mübarizə Günü
1 Dekabr – Kiber Bazar Ertəsi
3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü
4 Dekabr- Beynəlxalq Banklar Günü
5 Dekabr – Dünya Torpaq Günü
5 Dekabr  - Beynəlxalq Könüllülər Günü
6 Dekabr – Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günü
7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günü
10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü
11 Dekabr – Beynəlxalq Dağlar Günü
12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü
16 Dekabr – Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı Günü
17 Dekabr -Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günü
20 Dekabr – Beynəlxalq İnsan Həmrəyliyi Günü
21 Dekabr – Ümumdünya Meditasiya Günü
21 Dekabr – Dünya Basketbol Günü
24 Dekabr – Azərbyacan Respublikası Prezidenti İlham Əliyevin Doğum Günü
28 Dekabr – Vəkillər Günü Peşə Bayramı
29 Dekabr – AsanXidmət İşçilərinin Peşə Bayramı Günü
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Digital marketinq kursumuza qoşulmaq üçün klik edin !