Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Agile nedir?

“Agile” (çevik) – uyğunlaşma və dəyişikliklərə çevik reaksiya qabiliyyətli idarəetmə üsuludur, layihə idarəetməsinin bir metodologiyasıdır. Agile – çevik planlama => çevik araşdırma/təhlil => çevik kommunikasiya => çevik qərar qəbul etmə => çevik icradır. Ənənəvi yanaşmadan fərqli olaraq birgə təhlil əsasında hər zərurətdə dəyişiklik etmək imkanıdır. Bu termin 2001-ci ildə 17 müstəqil proqram təminatı mütəxəssisinin bir araya gələrək Agile Manifestini hazırlaması ilə meydana gəlib.

agile nedir

12 əsas prinsipi:

  1. Müştərini məmnun et
  2. Dəyişən tələblərə qucaq aç
  3. İşlək proqram təminatını tez-tez təqdim et
  4. Gündəlik əməkdaşlıq
  5. Motivasiyalı fərdlər
  6. Üzbəüz söhbət
  7. Proqresi işlək proqram təminatı ilə ölç
  8. Dayanıqlı icraat
  9. Texniki mükəmməlliyə diqqət
  10. Sadəlik əhəmiyyətlidir
  11. Özü-özünü idarə edən komandalar
  12. Davamlı inkişafa davamlı diqqət

Agile- əsas dəyərləri

  1. Şəxslər və ünsiyyət proses və alətlərdən üstündür.
  2. Yanaşmalar mürəkkəb sənədləşmələrdən üstündür.
  3. Fayda sahibi ilə əməkdaşlıq rəsmi razılaşmalardan üstündür.
  4. Dəyişikliyə uyğunluq plana əməl etməkdən üstündür.

Agile yanaşmasının ən-ənəvi yanaşmaya nəzərən üstünlükləri:

  • qısa müddətli planlama
  • komanda və fayda sahibləri arasında qısa məsafə
  • problemləri qısa zamanda müəyyən etmə
  • qərar qəbuletmə və icra arasında qısa müddət
  • aşağı planlama riski
  • yüksək reaksiyavermə imkanı
agile methodology

Scrum nədir ?

Agile metodologiyasının prinsiplərinə əsaslanaraq layihələri idarə etmək üçün müxtəlif framework lər vardır: Scrum, Kanban, XP (extreme programming), Crystal, DSDM (Dynamic Software Development Method), Scrumban, Nexus və s. Bunlardan ən geniş tətbiq olunanı Scrum-dır. Bu metodda komanda özünü müstəqil təşkil etmək və ehtiyac olduqda tez dəyişikliklər etmək imkanına malik olur. Həmçinin, hər gün qısa iclasların keçirilməsini də əhatə edir.

Sprint nədir ?

Sprint – komandalar tərəfindən müəyyən edilmiş işlərin müəyyən müddət ərzində ,yenidən nəzərdən keçirilə bilməklə , nəticə əldə edilənədək yerinə yetirildiyi bir dövrdür.  

2025-ci ildə ən populyar Agile Sertifikatları (Agile Certification)

Sertifikatlar karyeranızı irəliyə aparmaq, agile prinsiplərini dərinləşdirərək təşkilatınıza tətbiq etmək və komandalar arasında əməkdaşlığı gücləndirmək üçün ideal seçimdir.
  1. PMI-ACP: Scrum, Kanban, Lean və s. metodologiyaları əhatə edir. Qiyməti $435 (PMI üzvləri)-$495 (qeyri-PMI üzvləri). https://www.pmi.org/certifications
  2. ICAgile Certified Professional (ICP): Agile-in əsas prinsiplərinə yönəlmişdir, kurs qiyməti $700-dan başlayır. https://agilelab.org
  3. AgilePM Foundation: Agile layihə idarəçiliyinə dair bilikləri artırır. Qiyməti imtahan və sertifikatlaşdırma üçün $650-dır.
  4. Certified ScrumMaster (CSM): Scrum-a dair biliklərinizi tətbiq etməyə kömək edir. Kurs qiyməti $450-dan başlayır. https://www.scrumalliance.org
  5. Professional Scrum Master I (PSM I): Scrum-un əsaslarını öyrənmək üçün idealdır. Qiymət: $200.
  6. SAFe POPM: Agile metodlarını iri təşkilatlarda tətbiq etməyi öyrədir. Kurs qiyməti $595-dan başlayır. https://scaledagile.com/calendar
Bu sertifikatlar agile biliklərinizi təsdiqləyərək, sizə peşəkar üstünlüklər qazandıracaq.

Nəticə

Hazırda dünyanın bir çox böyük şirkətləri – Google, Microsoft, Spotify, Amazon kimi nəhənglər Agile metodologiyasını tətbiq edir. Azərbaycanda isə bəzi banklar, texnologiya şirkətləri və startaplar artıq Agile-a keçid edib. Əgər siz də dinamik və dəyişkən bir mühitdə uğur qazanmaq istəyirsinizsə, Agile sizin üçün doğru yanaşma olacaq. Çeviklik, əməkdaşlıq və yenilik Agile-in əsas təməlləridir və bu, işinizə və komandalarınıza yeni nəfəs gətirəcək.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !