Mündəricat
ToggleFiverr nədir?
Fiverr, freelancerlər və biznes sahibləri üçün dünyanın ən böyük onlayn iş platformalarından biridir. Qrafik dizayndan proqramlaşdırmaya, məqalə yazımından SEO optimizasiyasına qədər geniş sahələri əhatə edən bu platforma, iş axtaranlar və keyfiyyətli xidmət almaq istəyənlər üçün ideal seçimdir. Bir sözlə evinizdə oturaraq pul qazanacağınız platformadır.
Fiverr necə işləyir?
Fiverr-in iş prinsipi olduqca sadədir. Burada freelancerlər öz xidmətlərini təklif edir, işəgötürənlər isə ehtiyaclarına uyğun mütəxəssislər taparaq xidmət alır.
Freelancerlər üçün Fiverr-də iş tapmaq
Əgər siz Fiverr-də pul qazanmaq istəyirsinizsə, bu addımları izləyin:
- Profil yaradın – Peşəkar bio və portfolio əlavə edin.
- Gig-lərinizi yerləşdirin – Bacarıqlarınıza uyğun xidmətlər yaradın.
- Müştərilərlə ünsiyyət qurun – Sürətli və nəzakətli ünsiyyət mühümdür.
- Keyfiyyətli iş təqdim edin – Müştəri məmnuniyyəti sizi daha çox qazandıracaq.
İşəgötürənlər üçün Fiverr-də freelancer tapmaq
Əgər biznesiniz üçün peşəkar xidmət axtarırsınızsa, Fiverr sizə geniş seçim imkanı verir:
- Uyğun freelancer tapın – Axtarış filtrindən istifadə edərək kateqoriya və qiymət aralığını seçin.
- Portfoliolara baxın – Freelancerin əvvəlki işlərini və rəylərini yoxlayın.
- Sifariş yerləşdirin və detalları müzakirə edin – Freelancerlə ünsiyyət quraraq işin tələblərini dəqiqləşdirin.
- İşi qəbul edib qiymətləndirin – Freelancerə rəy bildirməklə platformadakı digər istifadəçilərə də kömək edin.
Fiverr-də hansı xidmətlər mövcuddur?
Fiverr-də demək olar ki, hər sahə üzrə xidmətlər var, lakin ən populyar kateqoriyalar bunlardır:
Qrafik dizayn
Loqo, vizit kart, brendinq, illüstrasiya və digər qrafik dizayn xidmətləri.
Rəqəmsal marketinq
SEO, Google Ads, sosial media idarəçiliyi və reklam kampaniyaları. (Əgər rəqəmsal marketinqi bilmirsinizsə, kurslarımıza qoşula bilərsiniz)
Kopiraytinq və kontent yaradılması
Blog məqalələri, kopiraytinq, tərcümə və e-kitab yazımı.
Video və animasiya
YouTube intro, reklam çarxları, animasiya və montaj xidmətləri.
Proqramlaşdırma və texnologiya
Veb sayt hazırlanması, mobil tətbiqlər, süni intellekt və chatbot həlləri.
Freelancerlər üçün Fiverr-də uğur strategiyaları
1. Profilinizi optimallaşdırın – SEO yönümlü şəkillər və açar sözlərdən istifadə edin.
2. Müştərilərlə ünsiyyəti gücləndirin – Sürətli cavab vermək sizi daha etibarlı edəcək.
3. Qiymət strategiyanızı düzgün müəyyən edin – Sərfəli və rəqabətli qiymətlər təyin edin.
4. Pulsuz yada ucuz qiymətə işlər görün! – Bunun səbəbi işini gördüyünüz şəxs 1 ci növbədə sizdən razı qalıb yaxşı review yazsın
5. Özünüz özünüzə iş verin – Bir işəgötürən profili yaradıb özünüz işçı axtarırsınız sonra işçi profili ilə işi götürürsünüz sonra Biznes sahibi sizə yaxşı review-lar verir və nəticədə profiliniz cəlbedici görünür.
İşəgötürənlər üçün məsləhətlər
1. Freelancer seçərkən keyfiyyətə diqqət edin – Yüksək reytinqli və yaxşı rəy alanları arasından seçim edin. Sona saxladığınız freelancerlərdən aşağı bal verənlərin yazdığı rəyləri diqqətlə oxuyun.
2. İşin detalları barədə freelancerlə dəqiq ünsiyyət qurun – Gözləntilərinizi aydın şəkildə ifadə edin.
3. Yaxşı freelancerlərlə uzunmüddətli əməkdaşlıq edin – Peşəkarlarla işləmək biznesinizin inkişafına kömək edəcək.
Fiverr sizin üçün uyğundurmu?
- Freelancerlər
- Kiçik biznes sahibləri
- Startap qurucuları
- Böyük şirkətlər üçün sərfəli alternativ axtaranlar
Fiverr-ə daxil olmaq üçün:
fiverr.com klik edə bilərsiniz.
Bu yazımızda Fiverr nədir ilə bağlı danışdıq. Digər bloqlarımızdan anında xəbər tutmaq üçün Telegram kanalımızı izləyin.
Fiverr freelancerlərin müxtəlif xidmətlər təqdim etdiyi platformadır. Müştərilər freelancerlərin təklif etdiyi xidmətlərdən istifadə edərək sifariş verə bilərlər.
Qeydiyyat prosesi sadədir fiverr.com saytından – e-mail və ya sosial media hesabınızla qeydiyyatdan keçib, profilinizi tamamlamalısınız.
Xidmət (Gig) yaradaraq müştərilərdən sifariş qəbul edə və görülən işin müqabilində ödəniş ala bilərsiniz.
Əsas kateqoriyalar: • Qrafik dizayn • Kopiraytinq və məqalə yazımı • SEO və digital marketinq • Video montaj və animasiya • Proqramlaşdırma və veb inkişafı
Ödəniş çıxarmaq üçün PayPal, Payoneer və ya bank köçürməsindən istifadə edilə bilər.
Bəli, rəqabət güclüdür. Daha çox müştəri cəlb etmək üçün fərqlənən portfolio yaratmaq və müştəri məmnuniyyətini artırmaq vacibdir.
Müştərilərlə Fiverr-in daxili mesajlaşma sistemi vasitəsilə ünsiyyət qurmaq lazımdır. Platforma qaydalarına əməl etmək vacibdir.
Daha çoxu üçün teleqram kanalımızı izləyin !