Real Time Marketing (RTM), cəmiyyətdə trendə çevrilmiş hadisələrin brendlər tərəfindən uyğun reklam və kommunikasiya kanalları vasitəsilə istehlakçılara operativ şəkildə çatdırılmasıdır. Bu strategiya media platformalarının imkanlarından istifadə edərək marka tanıtımını və diqqət çəkmə gücünü artırmağı hədəfləyir.
RTM şirkətlərə nə qazandırır?
Sürətli reaksiya: RTM brendlərə aktual hadisələrə və trendlərə dərhal reaksiya vermə imkanı yaradır. Bu markanın trenddə qalmasını təmin edir.
Artan interaktivlik: İstifadəçilərin diqqətini cəlb edən və onlarla əlaqə quran məzmun yaratmaq markanın postlarını viral olaraq paylaşılmasına və istifadəçi bağlılığını artırır.
Daha yaxşı ROI: Sürətli yayılma(Virallıq) marketinq büdcəsinin səmərəli istifadəsini təmin edir və daha yaxşı geri dönüş (ROI) əldə etməyə kömək edir.
Azərbaycanda RTM
Bizim Tarla RTM
Game of Thrones-dakı məhşur “Winter is coming” ifadəsinə görə hazırlanmış RTM post nümunəsi.
Myshops.az RTM
2021 ci ildə oğluna azərbaycanlı gəlin alan Jean-Claude Van Damme aid RTM postu
Ali və Nino RTM
Squid Game-ə xitafən hazırlanmış Poster. Postları qədər SMM-ləridə məzəlidir.
2023 cü ildə TV-yayımlanan bir verilşdə deyilən söz üzərinə hazırlanmış RTMlər. Videoya 2:20 baxın.
Bumeranq Kart
İspaniyanın İbiza adasında 2.3 milyonluq saatı oğurlanan Azərbaycanlı turistlə bağlı edilmiş RTM.
Cinemaplus (Cinemastercard)
Yeni İphone 11-ə xitafən hazırlanmış RTM postu
Azəriexpress
Ən sözünü işlətdiyi üçün cərimələnən Araz Marketlər şəbəkəsinə aid RTM etmək üçün hazırlanan post. həmin hadisə ilə bağlı ətraflı
2020 ci ildəki 2 ci Qarabağ müharibəsinə aid RTM nümunələr
Təhsil Sektorunda RTM
2020 Parlament seçkiləri zamanı baş vermiş dialoqa RTM
“O sizin üçün ölüb, bizim üçün yaşayır”
Ərəblərin Azərbaycanda Qanunsuz ov ovladığı ilə bağlı çıxan xəbərlər sonrası RTM)
2018 ci ildə Cənubi Koreya ilə Şimali koreya arasındakı sərhədin uzun illər sonra açılmasına aid RTM
Carry.az RTM nümunəsi
Expargo tərəfindən Müştərilərinə səhvən göndərilmiş ifadə sonrasına Carry.az-ın RTM nümunəsi
Uğursuz və Silinən RTM postları
1FIT RTM postu
Astronomer-in CEO-su Andy Byron həmkarı ilə birlikdə Coldplay konsertində “kisscam”ə tuş gəldi.Bu an sosial mediada sürətlə yayıldı və bir çox şirkətlər fürsəti əldən verməyərək, bu hadisəyə reaksiya verdilər.1FİT də bu tendensiyadan geri qalmadı.
World Telecom RTM postu
2023 cü ildə baş vermiş Zəlzələyə aid RTM post. İctimai qınaq olduğu üçün silindi.
Embawood RTM nümunəsi
2025 ci ildə baş vermiş maşın qəzasına görə hazırlanmış RTM örnəyi. İctimai qınaq olduğu üçün silindi
Kapital Bank RTM nümunəsi
Game of Thrones-in məhşur olduğu vaxtlarda Kapital Bankdan RTM nümunəsi. Müəllif hüquqlarının alınması ilə bağlı çoxlu suallar gəldiyi üçün silindi.
Maxi.az RTM nümunəsi
2022-ci ildə Black Friday-da Xose Bernardonu reklam üzü seçərək “seçilmiş qara rəngli məhsullara endirim” ifadəsinin işlətməsi.
Dünyada RTM nümunələri
Nike RTM nümunəsi
2024 cü il Copa Amerika futbol müsabiqəsi zamanı çəkilmiş şəkildən Nike-ın ustaca istifadə etməsi.
NIVEA RTM nümunəsi
İnsanların yaşlı və uşaqlıq şəkillərinin təxmini hansı formalarda olacağını göstərən FaceApp proqramı yeni çıxan zaman NIVEA bundan istifadə etməsi.
Duracell RTM
Super bowl oyunlarının istirahət arasında star wars temalı Duracell reklamı.
KFC-dan RTM nümunəsi
Real-Time Marketing hansı kanallarda həyata keçirilə bilər?
Real-Time Marketing sosial media, e-mail marketinqi, mobil tətbiqlər, və hətta ənənəvi media kanallarında (TV, radio) həyata keçirilə bilər.
RTM nə vaxt effektivdir?
Real-Time Marketing hadisələrin və ya trendlərin zirvəsində, yəni onlar hələ də aktual və populyar olduqda effektivdir.
Real-Time Marketing hansı riskləri daşıyır?
Yanlış anlaşılma və ya mənfi reaksiya riski daşıyır, çünki hadisələrə vaxtında və düzgün cavab vermək vacibdir.