Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

texniki seo nedir

Texniki SEO nədir?

Texniki SEO veb saytın axtarış motorlarında sıralamasını yüksəltmək üçün tətbiq edilən optimallaşdırma prosesidir.Bu optimallaşma nəticəsində veb sayt axtarış motorları tərəfindən daha rahat tarama və indekslənmə mərhələlərini keçəcək.Texniki SEO veb saytın texniki tərəfdən inkişaf etdirməklə yanaşı istifadəçilər üçün ən yaxşı nəticələr əldə etməyə imkan verir.

Texniki SEO-nun əhəmiyyəti

Texniki SEO veb saytınızın axtarış motorlarında tarama və indeksləmə mərhələlərindən keçməsinə kömək edir.Veb saytınızda nə qədər dəyərli və faydalı kontent də paylaşsanız belə axtarış motorlarını tərəfindən görünmədiyi halda axtarış nəticələrində görünməzlər.Texniki SEO nəticəsində istifadəçilərin veb saytdan istifadəsini də yaxşılaşdırmış oluruq bunun vasitəsilə daha çox trafik gətirə bilərik.Düzgün tətbiq edilən texniki SEO nəticəsində veb saytınız SEO performanısını artıra bilirsiniz.

Veb-sayta texniki SEO-nu necə tətbiq edə bilərsiniz?

Veb-saytınıza texniki SEO tətbiq edən zaman aşağıdakı elementləri nəzərə almaq lazımdır:

1.Sayt arxitekturası

Sayt arxitekturası (və ya sayt strukturu), saytdakı səhifələrin bir-biri ilə necə əlaqələndirildiyini və təşkil edildiyini göstərir. Effektiv bir sayt strukturu, səhifələrin axtarış motorları tərəfindən daha asan tapılmasına və indeksləşdirilməsinə kömək edir. Bütün səhifələrin ana səhifəyə maksimum üç tıklama uzaqlığında olması vacibdir. Ana səhifə → Kateqoriya səhifələri → Alt səhifələr kimi məntiqli bir iyerarxiya qurulmalıdır. Bu struktur yetim səhifələrin sayını da azaldır. Yetim səhifələr, daxili bağlantısı olmayan və axtarış motorları və istifadəçilər tərəfindən tapılması çətin olan səhifələrdir. Sayt strukturunu düz qurmaq, səhifələrin daha tez indeksləşdirilməsini və saytda istifadəçi təcrübəsini artırmağı təmin edir. sayt arxitekturası

2.Tarama (Crawling)

Tarama, axtarış motoru botlarının veb saytınızdakı səhifələrə daxil olaraq məzmunu analiz etməsi prosesidir. Veb saytınızın tarana bilməsi hədəf auditoriyanıza çatmaq üçün olduqca önəmlidir. Yanlış bağlantılar, server problemləri ,zəif yükləmə sürəti, 301 və 404 kimi yönləndirmə xətaları və robots.txt faylındakı qeyri-dəqiq ayarlar tarama prosesinə mənfi təsir göstərə bilər. Axtarış motorlarına doğru siqnallar göndərməklə, əsas səhifələrinizi daha əlçatan edə və lazımsız və ya məxfi səhifələrin taranmasını məhdudlaşdıra bilərsiniz. Həmçinin, axtarış motorları tərəfindən ayrılan crawl budget-dan (tarama büdcəsi) səmərəli istifadə edərək daha geniş auditoriyaya çatmaq mümkündür. tarama

3.İndeksləmə (Indexing)

İndeksləmə veb-saytda olan səhifənin axtarış nəticələrində görünməsidir.İndekslənməyən səhifə axtarış nəticələrində görünməz və trafik ala bilməz. Bunun üçün meta teqlərini optimallaşdırmaq, dublikat kontenti aradan qaldırmaq və canonical tag-lərdən düzgün istifadə etmək vacibdir. Eyni zamanda, axtarış motoru botlarının səhifələrinizi asanlıqla taraya bilməsi üçün texniki SEO-nu gücləndirmək indeksləşməyə müsbət təsir edir. indexleme

4.Mobil uyğunluq

Günümüzdə artıq istifadəçilərin böyük bir qismi mobildən axtarışları həyata keçirirlər.Ona görədə veb-saytın mobil uyğunluğu olması həm istifadəçilərin istifadəsi baxımından həm də texniki SEO-nun yaxşılaşdıran elementlərindən biridir. mobil uygunluq

5.Səhifə sürəti

Səhifə sürəti həm istifadəçi təcrübəsini, həm də SEO nəticələrini birbaşa təsir edən vacib faktordur. Yavaş yüklənən səhifələr istifadəçilərin saytdan tez çıxmasına (bounce rate) və reytinqin aşağı düşməsinə səbəb ola bilər. Saytın sürətini artırmaq üçün şəkillərin həcmini azaltmaq, HTML, CSS və JavaScript fayllarını sıxlaşdırmaq və məzmun çatdırılma şəbəkəsindən (CDN) istifadə etmək tövsiyə olunur. Sürətli yüklənən səhifələr istifadəçi məmnuniyyətini artırır və axtarış motorlarında daha yüksək mövqe əldə etməyə kömək edir. səhifə sureti

6.HTTPS

HTTPS veb saytın təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. SSL/TLS sertifikatı vasitəsilə istifadəçi məlumatlarının, xüsusilə parol və ödəniş məlumatlarının qorunmasını təmin edir. Google və digər axtarış motorları HTTPS istifadə edən saytları sıralamada üstün tutduğundan, HTTPS strukturuna keçmək həm istifadəçi etibarını artırır, həm də SEO nəticələrini yaxşılaşdırır.  https səhifə təhlukəsizliyi

7.Kanonikləşmə (Canonical Tag)

Kanonikləşmə veb saytdakı eyni və ya çox oxşar kontentin axtarış motorlarında çaşqınlıq yaratmasının qarşısını almaq üçün tətbiq edilir. Kanonik URL-li səhifələr əsas və üstünlük verilən versiyasını axtarış motorlarına bildirir. Xüsusilə e-ticarət saytlarında oxşar məhsul və ya kateqoriya səhifələrinin olması sıralama potensialına zərər verə bilər. Kanonik teqlərdən istifadə etməklə, axtarış motorlarına əsas səhifəni göstərə və digər versiyaların bu səhifənin variantları olduğunu bildirə bilərsiniz.Bu, dublikat kontent problemini həll edir və SEO nəticələrini yaxşılaşdırır. Canonical tag ilə bağlı daha ətraflı məlumat üçün canonical-tag-nedir blogunu oxuya bilərsiniz. kanonikal tag

8.Schema

Schema veb saytınızın məzmununu axtarış motorlarına daha dəqiq izah etmək üçün HTML koduna əlavə edilən mikroməlumatlardır. Schema kodları məhsul qiyməti, reytinqlər, rəylər, tədbir detalları və tez-tez verilən suallar kimi əlavə məlumatların axtarış nəticələrində görünməsinə imkan verir. Bu, klikləmə dərəcəsini (CTR) və sıralamada yüksəlmə şansını artırır. Texniki SEO baxımından schema kodları axtarış motorlarının saytınızı daha yaxşı başa düşməsinə kömək edir və istifadəçi üçün daha informativ nəticələr göstərir. schema  

9.404 səhifələr

Veb-saytınızda səhifə tapıla bilməyəndə 404 xətası verir.404 xəta olması SEO nəticələri ilə yanaşı istifadəçi təcrübəsinə mənfi təsir göstərir.Həmin səhifəni digər səhifələrə və ya ana səhifəyə yönləndir etmək lazımdır.404 error

Texniki SEO zamanı istifadə edə biləcəyimiz alətlər

Google Search Console – Texniki SEO üçün vacib olan alətlərdən biridir. Saytın indekslənməsi, axtarış nəticələrindəki mövqeyi və səhvləri təhlil etməyə kömək edir. İndeksləmə problemlərini və struktur xətalarını aşkarlayaraq düzəltmək üçün imkanlar təqdim edir. Screaming Frog – Saytın texniki strukturunu analiz edən güclü alətdir. Qırıq linklər, təkrarlanan məzmun, meta təsvirlər və başlıq etiketlərindəki problemləri müəyyən edərək texniki SEO təkmilləşdirmələri üçün ətraflı hesabat təqdim edir.screamingfrog search console Ahrefs – Texniki SEO-da geri bağlantı (backlink) profilini təhlil etmək və rəqiblərin strategiyasını öyrənmək üçün istifadə olunur. Saytın link quruluşunu gücləndirmək və zərərli bağlantıları müəyyən etmək üçün effektivdir. PageSpeed Insights – Saytın yüklənmə sürətini ölçərək texniki SEO üçün vacib göstəriciləri təqdim edir. Saytın sürətini artırmaq üçün kod və şəkil optimizasiyası kimi tövsiyələr verir. ahrefs googlespeed Semrush – Texniki SEO auditləri aparmaq üçün geniş imkanlar təqdim edir. Saytdakı indeksləmə problemlərini, struktur xətalarını və SEO ilə bağlı digər texniki detalları analiz edərək inkişaf üçün tövsiyələr verir. Octopus.do – Sayt xəritəsini (site map) yaratmaq və strukturunu vizuallaşdırmaq üçün texniki SEO alətidir. Naviqasiya və daxili keçidlərin (internal linking) optimallaşdırılmasına kömək edir.semrush octupus

Nümunələr

Kitchen Door Kitchen door saytınını analiz edən zaman əsas problemin Google-un səhifələri taraya və indeksləyə bilməməsi olduğunu aşkara çıxarılmışdır . Saytın quruluşu yalnız istifadəçilərin sorğu daxil etməsi ilə nəticə qaytaran bir sistem üzərində qurulmuşdu. Bu o demək idi ki, Google nəticə səhifələrini görə bilmirdi və buna görə də saytın əsas səhifələri indekslənmirdi.texniki seo numunə Bu problemi həll etmək üçün saytın texniki arxitekturası yenidən quruldu.Ana səhifəyə əyalət və metro səhifələrinə birbaşa keçidlər əlavə olunmaqla Google-un bu səhifələri birbaşa tapa bilməsinə şərait yaradıldı.Hər əyalət üçün indeks səhifəsi yaradıldı və bu səhifədən həmin əyalətə aid olan səhifələrə keçidlər əlavə olundu.Metro səhifələri yaradıldı və bu səhifələrdə həmin bölgədəki bütün mətbəxlərin siyahısı göstərildi.Fərdi mətbəx səhifələri yaradılmaqla istifadəçilər və Google birbaşa həmin səhifələri tapa bildilər. Texniki seo nümunə Bu struktur sayəsində saytın səhifələri asanca taranıb indekslənməyə başladı və nəticədə axtarış nəticələrində sıralanmaq mümkün oldu.Texniki SEO nümunə SEO-nu daha dərindən öyrənmək istəyirsinizsə, SEO kursumuza müraciət edə bilərsiniz.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !