Mündəricat
ToggleCRM nədir?
CRM (Customer Relationship Management) — Müştəri Əlaqələri İdarəetməsi, şirkətlərin müştəriləri ilə əlaqələrini yaxşılaşdırmaq və idarə etmək üçün istifadə etdiyi bir yanaşmadır. CRM müştəri məlumatlarını toplayan, saxlayan və analiz edən bir sistemdir. Məqsəd müştərilərlə daha sıx və davamlı əlaqələr qurmaq, onların ehtiyaclarına uyğun xidmətlər təqdim etmək və nəticədə biznesin böyüməsini təmin etməkdir. CRM sistemi müştərilərlə əlaqə saxlamağa, satışları artırmağa, marketinq və müştəri xidmətlərini optimallaşdırmağa kömək edir. Bu yanaşma, müştəri məlumatlarını mərkəzləşdirir və biznesin hər sahəsində daha yaxşı qərarların qəbul edilməsinə imkan yaradır.CRM-in biznesinizə verəcəyi 5 fayda
-
Müştəri məlumatlarının təhlükəsiz və nizamlı idarəsi
Hər bir müştəri sizin üçün dəyərlidir. Lakin onlarla düzgün əlaqə qurmaq üçün eyni metodu istifadə etməyiniz işlərinizin nəticəsiz olmasına səbəb olacaq. CRM ilə müştəri məlumatlarını mərkəzləçdirilmiş şəkildə saxlayın, satış tarixçəsi və maraqlarını izləyin.
-
Satışların proqnozlaşdırması və dəqiq zamanlama
Satış komandaları artıq “soyuq zənglər”dən yorulub. CRM, müştəri davranışlarını analiz edərək onların nə vaxt satın almağa hazır olduğunu proqnozlaşdırmağa kömək edir.
-
Marketinqinizin fərdiləşdirilməsi
Əvvəlki dövrlərdə eyni e-mailləri bütün müştərilərə göndərirdik. Bugün isə, CRM ilə fərdi təkliflər hazırlayıb, A/B testlərindən istifadə edə bilərsiniz, bu da müştəriləri daha yaxşı cəlb etməyə imkan yaradacaq.
-
Müştəri dəstəyinin yaxşılaşdırılması
Müştəri dəstəyi heç vaxt “baxaq, geri dönəcəyik” deyil. CRM ilə bütün müştəri sorğuları qeyd olunur, chatbotlar və avtomatik cavab sistemləri qurulur, bu da müştəri məmnuniyyətini artırır.
-
Məlumatlar üçün güclü analitika və hesabatlar
Populyar CRM Sistemləri:
Müxtəlif biznes ehtiyaclarına uyğun olaraq, CRM sistemləri müxtəlif xüsusiyyətlər və imkanlar təklif edir. Aşağıda ən çox istifadə olunan CRM-ləri təqdim edirik:- Salesforce – Böyük bizneslər üçün ideal. Güclü analitika və avtomatlaşdırma imkanları ilə, şirkətinizin müştəri əlaqələrini yüksək səviyyədə idarə etməyə imkan verir.
- HubSpot CRM – Kiçik və orta bizneslər üçün mükəmməl seçim. Pulsuz və istifadəsi çox rahatdır, həmçinin müştəri əlaqələrini asanlıqla idarə etməyə kömək edir.
- Zoho CRM – Əlverişli qiymətə geniş funksionallıq və özəlləşdirilə bilən xüsusiyyətlər təklif edir, kiçik və orta bizneslər üçün idealdır.
- Microsoft Dynamics 365 – Korporativ şirkətlər üçün mükəmməl seçim. Geniş miqyaslı inteqrasiya və avtomatlaşdırma imkanları ilə biznesinizin müxtəlif sahələrini əlaqələndirə bilir.
Siz Hansı CRM-i Seçməlisiniz?
Salesforce, HubSpot, Zoho CRM və ya Microsoft Dynamics 365 kimi bir çox seçim mövcuddur, amma doğru CRM sistemini seçmək asan deyil. Əsas sual budur: Biznesinizə hansı CRM lazımdır?- Kiçik biznes və yeni başlanğıclar üçün HubSpot CRM və Zoho CRM sadə və əlverişli variantlardır.
- Böyük bizneslər və müştəri bazası geniş olan şirkətlər üçün Salesforce və Microsoft Dynamics 365 güclü analitika və genişlənə bilən xüsusiyyətlər təqdim edir.
Real nümunə: Nike-in CRM təcrübəsi
Nike, dünyaca məşhur idman brendidir. Nike, CRM tətbiq etməklə yalnız satışlarını artırmaqla qalmayıb, həmçinin müştəri bağlılığını və markasına olan sadiqliyi də yüksəldib. Şirkət öz müştəri əlaqələrini idarə etmək üçün Salesforce CRM istifadə edir. Gəlin daha yaxından nəticələri görək. Problemlər: Nike, əvvəlcə müştəri məlumatlarını ayrı-ayrı sistemlərdə saxlayırdı və bu, düzgün izləmə və əlaqələndirmə çətinlikləri yaradırdı. Müştəri təcrübəsi qeyri-bərabər idi, yəni bir müştəri mağazada fərqli, onlayn satış kanallarında isə başqa bir təcrübə yaşayırdı. Şirkət müştəri məlumatlarından optimal istifadə etmədiyi üçün, fərdiləşdirilmiş marketinq təklifləri yaratmaq çətin idi. Həll: Nike, Salesforce CRM sistemini tətbiq etməklə bütün müştəri məlumatlarını mərkəzləşdirərək real zamanlı əlaqə yaratdı. Bu, aşağıdakıları mümkün etdi:- Müştəri məlumatlarını inteqrasiya etmək: Nike, müxtəlif kanallarda (online mağaza, fiziki mağazalar, mobil tətbiq) toplanan müştəri məlumatlarını birləşdirərək daha dolğun və doğru məlumat bazası yaratdı.
- Fərdiləşdirilmiş marketinq: CRM istifadə edərək Nike, müştərilərinə xüsusi təkliflər və promosyonlar təqdim etməyə başladı. Məsələn, hər bir müştərinin əvvəlki alış-verişinə əsasən ona uyğun məhsul tövsiyələri təqdim edilirdi.
- Yüksək səviyyəli müştəri xidməti: CRM ilə müştəri dəstəyi daha sürətli və təsirli oldu. Nike müştəri şikayətlərinə daha tez cavab verir, onları daha yaxşı başa düşür və həll yolları təklif edirdi.
- Müştəri sadiqliyi: CRM tətbiqi Nike-ə müştəriləri ilə fərdi əlaqələr qurmağa və onları daim motivasiya etməyə imkan verdi, bu da markanın sadiq müştəri bazasını genişləndirdi. Şirkət müştəriləri ilə daha da yaxınlaşaraq uzun müddətli əlaqələr qurdu.
- Satışların artması: Fərdiləşdirilmiş marketinq kampaniyaları və təkliflər sayəsində Nike-in onlayn satışları əhəmiyyətli dərəcədə artdı.
Daha çoxu üçün teleqram kanalımızı izləyin !