Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

seo,status kodları,http status kodları

Http status kodları nədir?

HTTP status kodu  veb saytın serverinin brauzerə göndərdiyi bir mesajdır və bu mesaj həmin sorğunun yerinə yetirilib-yetirilmədiyini göstərir. Status kodlarının spesifikasiyası W3C tərəfindən müəyyən olunur. Bu kodlar səhifənin HTTP başlıqlarında yerləşir və brauzerə etdiyi sorğunun nəticəsi barədə məlumat verir. HTTP status kodları 5 əsas qrupa bölünür. Hər bir qrup xətanın harada baş verdiyini, nömrə isə konkret xətanın nə olduğunu göstərir.

Status kodları və onların mənaları

http status kodları,seo status kodları 1xx – Məlumat xarakterli: Sorğu qəbul edilib və emal olunmağa davam edir. 100 –  Bu status kodu sorğunun ilkin hissəsinin server tərəfindən qəbul olunduğunu və serverin qalan hissənin də göndərilməsini gözlədiyini göstərir. Əsasən böyük həcmli məlumatların ötürülməsi zamanı istifadə olunur ki, müştəri serverin hazır olub-olmadığını yoxlasın. 101 –  Bu status kodu serverin əlaqə zamanı istifadə olunan protokolu dəyişdiyini müştəriyə bildirmək üçün istifadə olunur.  Məsələn:HTTP-dən WebSocket-ə keçid zamanı bu kodla cavab verilir. 102 – Bu status kodu serverin sorğunu emal etdiyini, lakin hələ cavab göndərmədiyini bildirən ara cavabdır. Xüsusilə mürəkkəb və vaxt aparan əməliyyatlar zamanı server bu statusla müştəriyə hələ işlədiyini göstərir, bu da əlaqənin vaxtında qırılmasının qarşısını alır. status kodları,seo status kodları,http status kodu 200 – Uğurlu Səhifənin 200 statusu ilə açılması, arzu edilən nəticədir. Serverlər 200 və ya 2xx aralığında kodlar qaytarırsa, deməli hər şey düzgün işləyir.  201 – Yeni resurs uğurla yaradılıb. Bu status kodu sorğunun uğurla yerinə yetirildiyini və nəticədə bir və ya bir neçə yeni resursun yaradıldığını bildirir. Nümunə: İstifadəçi qeydiyyat formunu doldurur → “Hesabınız yaradıldı” cavabı gəlir. 203- Bu status kodu sorğunun uğurlu olduğunu bildirir.  Lakin alınan meta-məlumatlar əsas serverdən deyil, üçüncü tərəfdən və ya lokal nüsxədən götürülüb.Məsələn,saytın cache-dən gələn versiyasının göstərilməsi. 207 – Multi-Status Bu status kodu birdən çox resursa aid olan vəziyyətlərdə, bir neçə fərqli status kodunun eyni cavabda göstərilməsi lazım olduqda istifadə olunur. http status kodlari,status kodları,seo 3xx – Yönləndirmə: İstənilən səhifə başqa bir ünvana köçürülüb.  301 – Daimi yönləndirmə 301 status kodu o zaman qaytarılır ki, istənilən URL daimi olaraq başqa bir ünvana köçürülüb. İstifadəçi köhnə URL-i ziyarət etdikdə, brauzer 301 status alır və onu yeni URL-ə yönləndirir. Əgər köçürdüyünüz səhifəyə 301 yönləndirmə əlavə etməsəniz, istifadəçilər 404 xətası ilə qarşılaşacaq. 301 yönləndirmə həm də əvvəlki səhifənin bütün “link gücünü” (link juice) yeni ünvana ötürür. Qeyd: Bəzi saytlar istifadəçiləri avtomatik ana səhifəyə yönləndirir ki, 404 səhvlər görünməsin, lakin bu SEO üçün mənfi təsir göstərə bilər.   302 – Müvəqqəti yönləndirmə  302 status kodu brauzerə bildirir ki, istənilən səhifə var, amma başqa bir URL-dədir. Brauzer həmin yeni URL-ə sorğu göndərir. Amma bu status daimi deyil, ona görə səhifə daimi köçürülürsə 301 daha doğrudur. Yəni 302 istifadə edilə bilər, amma qeyri-müəyyəndir. 307-Yönləndirmə 307 protokolu, bir veb səhifəni müvəqqəti olaraq başqa bir URL-ə yönləndirmək üçün istifadə olunur.Yəni istifadəçi axtarış edən zaman url dəyişir başqa yerə redirect yönləndirmə olunur.Bu zaman axtarış motorlarına (Google və s.) deyirik ki, mənim bu yönləndirməm müvəqqətidir.Google da bunu anlayır əvvəlki url-mi əsas url olaraq özündə saxlayır.Bilir ki hal hazırkı url müvəqqətidir Bəs niyə istifadə olunur? Səhifə müvəqqəti olaraq təmirə bağlana bilər -Hər hansı bir kampaniya həyata keçirən zaman məsələn endirim və s Nümunə: Məsələn fərz eləyək ki mağazamızın əsas qapısı təmirdədir. Müştəriləri də müvəqqəti olaraq arxa qapıdan içəri yönləndirməli oluruq. Amma təmir bitəndə yenə əsas qapıdan giriş olacaq. 307 yönləndirmə də buna bənzəyir

SEO-ya necə təsir edir?

SEO-ya heç bir mənfi təsiri yoxdur.Google bilir ki bu yönləndirmə müvəqqətidir ona görə də bu status koduna 301 kimi(permanently) davranmır

307 və 302 status kodları arasındakı fərqlər

İlk baxışda bu iki status kodu arasında oxşarlıq olduğunu hiss etdik.Hər ikisi müvəqqəti olaraq url dəyişdirir.Bəs fərqləri nələrdir? 307 protokolu 302-nin modern və yeni versiyası olaraq düşünə bilərik.302 də eyni ilə müvəqqəti yönləndirməni bildirir amma: 1.serverin niyyəti nədir niyə bu proses baş verməlidir və s google-a dəqiq ötürmür 2.Bəzən bunu səhvən 301 kimi də qəbul edir. Nümunə: 302 Redirect: Bir restoran deyir ki, “Müvəqqəti olaraq yeni yerə köçdük,” amma müştərilər bunu qalıcı zənn edə bilər. 307 Redirect: Eyni mesajı verir, amma əlavə edir: Biz müvəqqəti buradayıq, əsas yerimiz qalır. status kodlari,http status kodları,seo status kodları,seo 4xx – Brauzer xətası (müştəri xətası): Səhifə sorğusu düzgün göndərilməyib,problem var. 403-Qadağan olunmuş HTTP 403 Forbidden (Qadağan olunmuş) status kodu müştəri xətası kimi qəbul olunur və serverin sorğunu başa düşdüyünü, lakin onu yerinə yetirməkdən imtina etdiyini bildirir. Bu status kodu 401 koduna bənzəyir, lakin 403 cavablarında istifadəçinin identifikasiyası və ya yenidən identifikasiyası heç bir fərq yaratmır — yəni, girişin qadağan olunduğu açıq şəkildə bildirilir. 404 – Tapılmadı Ən məşhur 4xx kodudur. İstifadəçi olmayan bir URL-i ziyarət etdikdə server 404 statusu qaytarır. Bu həm istifadəçi təcrübəsinə, həm də SEO-ya mənfi təsir edir. Google bir çox 404 xətası olan saytları zəif idarə olunan sayt kimi qiymətləndirə bilər. Məsləhət: 404 səhvləri Google Search Console vasitəsilə izləyin və minimuma endirin. Köçürülən səhifələri yönləndirin (301), silinənlərə isə 410 status verin. 410 – Silinib Bu status serverin istifadəçidən gələn URL-i birdəfəlik sildiyini göstərir. İstifadəçi üçün 404 ilə eyni nəticədir, amma axtarış sistemləri üçün bu URL-in artıq mövcud olmadığını bildirir və indeksdən çıxarır. Silməzdən əvvəl düşünün — həmin səhifəni oxşar başqa bir səhifəyə 301 yönləndirmə edə bilərsinizmi? 429- Çox sayda sorğu göndərilib HTTP status kodu 429, yəni Çox Sayda Sorğu (Too Many Requests) , bir istifadəçinin və ya müştərinin müəyyən zaman aralığında serverə həddindən artıq sayda sorğu göndərdiyini bildirir. Bu status kodu 4xx seriyasına aiddir və əsasən serverlər tərəfindən trafiki idarə etmək və resursların istifadəçilər arasında ədalətli bölünməsini təmin etmək məqsədilə istifadə olunur. Əgər bir müştəri müəyyən bir resursa icazə verilən limitdən çox sorğu göndərərsə, server ona cavab olaraq 429 status kodunu qaytarır. Bu cavab müştəriyə bildirir ki, qısa zaman ərzində çox sayda sorğu göndərib və serveri yükləməmək üçün sorğuların tezliyini azaltmalıdır. 451 – Hüquqi səbəblərlə mövcud deyil Bu daha yeni status kodudur və hüquqi səbəblərlə (məsələn, məhkəmə qərarı, müəllif hüququ şikayəti) silinmiş səhifələr üçün istifadə olunur. status kodları,seo,http status kodları 5xx – Server xətası: Server səhifəni göndərməyə çalışarkən problem baş verib. 500 – Daxili server xətası Bu zaman brauzer düzgün sorğu göndərir, lakin server daxilindəki problem səhifəni göndərməyə imkan vermir. Axtarış sistemləri bu səhvi sevmir, çünki çox ümumidir və problemi başa düşmək olmur. 503 – Xidmət əlçatan deyil Server bu statusu, tələb olunan anda mövcud olmadıqda qaytarır. Planlı texniki işlər zamanı bu statusdan istifadə edin. Bu, axtarış sistemlərinə bildirir ki, sayt müvəqqəti əlçatan deyil və bir müddət sonra yenidən yoxlaya bilərlər.

Veb saytın status kodlarına hardan baxa bilərik?

Bir veb-saytın və ya onun alt səhifələrinin hansı HTTP status kodunu qaytardığını öyrənməyin bir neçə yolu var. Ən praktik və geniş istifadə olunan metodlardan biri Screaming Frog SEO Spider proqramıdır. Bu proqram vasitəsilə saytdakı bütün URL-ləri analiz edə, onların hansı status kodunu (məsələn, 200, 301, 404 və s.) verdiyini görə bilərsiniz. Bunun üçün sadəcə: screaming frog,seo,status kodları,http status codes 1.Screaming Frog proqramını açın. 2.Üst hissədəki axtarış yerinə saytın URL-ni yazın və “Start” düyməsinə klikləyin. 3.Analiz başa çatdıqdan sonra aşağıdakı “Status Code” sütununda hər səhifənin cavab kodunu izləyə bilərsiniz. Bu alət həm texniki SEO analizləri üçün, həm də saytın sağlamlığını yoxlamaq üçün olduqca faydalıdır.     http status kodları,status kodları,seo

301 və 302 status kodları fərqləri nələrdir?

Sayt istifadəçilərini və axtarış motorlarını istədikləri URL-dən fərqli bir ünvana yönləndirmək üçün istifadə edilən iki əsas yönləndirmə (redirect) növü var: 301 və 302 redirectlər. Hər iki yönləndirmə  oxşar nəticə verir, amma aralarında mühüm fərqlər var. Yanlış redirect seçsəniz və ya redirectə ehtiyac olmadığı halda istifadə etsəniz, saytınızın SEO sıralamalarına mənfi təsir edə bilərsiniz. Bunun qarşısını almaq üçün redirect növlərini və onları nə zaman və necə istifadə etməli olduğunuzu yaxşı başa düşməlisiniz.

301 Redirect Nədir?

301 redirect — daimi yönləndirmə növüdür. Bu redirect, səhifənin qəti olaraq başqa bir URL-ə köçürüldüyünü bildirir. Brauzerlər bu yeni ünvanı yadda saxlayır (cache edir), bu da növbəti girişlərdə daha sürətli yönləndirməyə imkan yaradır.

301 Redirect Nə Zaman İstifadə Olunmalıdır?

301 yönləndirmələr bu hallarda tətbiq olunur:
  • Saytınızın URL-ni daimi olaraq dəyişdirmək istədikdə 
  • Saytı HTTP-dən HTTPS-ə keçirdikdə 
  • Birdən çox sayt və ya səhifəni tək ünvanda birləşdirmək istədikdə 
  • URL strukturunda daimi dəyişiklik etdikdə 
  • www və ya non-www versiyalarını birləşdirmək lazım gəldikdə 
Əgər yönləndirmə davamlı olacaqsa, 301 istifadə edilməlidir.

302 Redirect Nədir?

302 redirect — müvəqqəti yönləndirmə növüdür. Bu yönləndirmə qısa müddətli dəyişikliklər üçün istifadə olunur və axtarış motorlarına səhifənin keçici olaraq başqa ünvana köçürüldüyünü bildirir.  Əgər sonradan əvvəlki ünvana qayıtmaq fikriniz varsa, 302 redirect daha uyğundur.

302 Redirect Nə Zaman İstifadə Olunmalıdır?

  • Qısa müddətli kampaniya və ya aksiyalar zamanı 
  • Sayt və ya səhifə dizaynını A/B test etdikdə 
  • İstifadəçiləri lokasiya və dilə görə yönləndirmək istədikdə 
  • Yeni dizayn üçün feedback toplamaq, amma SEO sıralarına təsir etməmək istədikdə 
Redirect seçimi SEO üçün çox önəmlidir. Axtarış sistemləri 301 və 302 yönləndirmələri fərqli şəkildə qiymətləndirir:  301 redirect — daimi dəyişiklik göstərir və SEO dəyərinin ötürülməsini təmin edir. 302 redirect — müvəqqəti dəyişikliklər üçündür və orijinal səhifənin SEO dəyəri qorunur. Yanlış yönləndirmə növü seçsəniz, axtarış motorları səhifənin statusunu düzgün başa düşməyə bilər və bu da sıralamalara mənfi təsir göstərə bilər. 301 və 302 redirectlərin fərqini anlamaq və onları düzgün kontekstdə tətbiq etmək saytınızın SEO sağlamlığı üçün vacibdir. Düzgün istifadə sayəsində həm istifadəçi təcrübəsini, həm də axtarış nəticələrindəki mövqeyinizi qoruya bilərsiniz. HTTP status kodları, SEO baxımından vebsaytınızın texniki sağlamlığını ölçmək üçün olduqca vacibdir. Bu kodları düzgün anlamaq və istifadə etmək axtarış motorlarında yüksək mövqe tutmağınıza kömək edə bilər.Daha çox SEO bilikləri üçün digər bloqlarımıza da keçid edin

Daha çoxu üçün teleqram kanalımızı izləyin !