Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

digital hero,breadcrumb nədir,seo

Breadcrumb nədir? 

Breadcrumb (çörək qırıntısı) , azərbaycanca “naviqasiya izi” və ya “sayt içi istiqamət göstəricisi” kimi tanınır. Bu, istifadəçilərin və axtarış motoru botlarının veb saytınızda mövcud olan iyerarxiyanı başa düşməsinə və bu struktur daxilində rahatlıqla hərəkət etməsinə kömək edən bağlantılar toplusudur. Alt kateqoriyalardan ibarət olan bu sistem, həm istifadəçilər, həm də Google botları üçün istifadə rahatlığı yaradır.

Təsəvvür edin, siz dağa çıxmısınız və geri dönmək üçün GPS tətbiqi istifadə edirsiniz. Orada sizin keçdiyiniz yol işarələnir – hansı yoldan gəldiniz, harada dayandınız. Breadcrumb-lar da saytın içində istifadəçinin keçdiyi yolu göstərən belə izlərdir.

Əsasən, üç növ breadcrumb mövcuddur:

Breadcrumb-ın 3 növü

1. Location Breadcrumb (Yer əsaslı)

Ən çox istifadə edilən növüdür. Saytdakı səhifənin struktur içərisindəki yerini göstərir. Məsələn, istifadəçi istənilən yolla həmin səhifəyə gəlsə də, qarşısına çıxan breadcrumb quruluşu dəyişməyəcək. Bu, istifadəçiyə saytda harada olduğunu anlamağa və istədiyi təqdirdə birbaşa yuxarı kateqoriyalara və ya ana səhifəyə qayıtmağa şərait yaradır.

seo,breadcrumb nədir

2. Attribute Breadcrumb (Xüsusiyyət əsaslı)

Bu breadcrumb növü istifadəçinin keçdiyi səhifələrin adlarını deyil, onların xüsusiyyətlərini və filtr parametrlərini göstərir. Beləliklə, istifadəçiyə saytın iyerarxik strukturunu deyil, seçdiyi filtr variantlarını əks etdirir. Əsasən e-ticarət saytlarında tətbiq olunur.

 

breadcrumb nedir,seo

3. Path Breadcrumb (İz əsaslı)

Bu breadcrumb, “çörək qırıntısı” anlayışına ən uyğun olanıdır. İstifadəçinin dəqiq olaraq keçdiyi yolu dinamik şəkildə göstərir. Lakin vebdə bir səhifəyə bir neçə fərqli yolla çatmaq mümkün olduğu üçün bu qədər dinamik bir struktur SEO baxımından duplicate (təkrarlanan səhifə) problemi yarada bilər. Həmçinin, xarici linklə daxil olan istifadəçilər bu breadcrumb ilə daha yuxarı kateqoriyalara qayıtmaqda çətinlik çəkə bilər, çünki bu struktur brauzerin “geri” düyməsindən fərqli bir funksiyaya sahib deyil.

 

seo,breadcrumb nədir

 

Hansı breadcrumb daha faydalıdır?

Tövsiyə olunan yanaşma location-based sistemindən istifadə etməkdir. Lakin kateqoriya sayı çox olan və filtr seçimləri təqdim edən saytlar üçün location və attribute breadcrumb strukturlarını birləşdirmək daha faydalı ola bilər.
Aktiv filtrləri dinamik şəkildə location breadcrumb linklərinin sonuna əlavə etməkdir. Beləliklə, əsas kateqoriya səhifələri location-based, tətbiq olunan filtrlər isə attribute-based olacaq. İstifadəçi həm aktiv filtrləri, həm də aid olduğu yuxarı səviyyəli kateqoriyaları eyni yerdə görə bilər. 

Breadcrumb İstifadəsinin İstifadəçi Təcrübəsinə Təsiri 

Veb saytınızın və ziyarətçilərin ehtiyaclarına uyğun şəkildə qurulmuş breadcrumb strukturu, istifadəçilərin təqdim etdiyiniz məzmundan maksimum fayda əldə etməsini asanlaşdıra bilər. İstifadəçi təcrübəsi isə “bounce rate” (saytdan tez çıxma faizi) kimi mənfi faktorları azaldaraq dolayı yolla SEO performansına təsir göstərir.

Breadcrumb quruluşunun istifadəçi təcrübəsinə təsirləri aşağıdakı kimidir:

  • Ziyarətçilərin saytın strukturunu daha yaxşı anlamasını təmin edir, bir üst kateqoriyaya qayıtmaq və ya oxşar səhifələr arasında keçid etmək asanlaşır
  • İstifadəçilərin səhifələr arasında hərəkət sürətini artırır
  • Anlaşılması asandır, istifadəçilər bu sistemi istifadədə çətinlik çəkmirlər
  • Saytı əvvəldən tanımayan və xarici keçid vasitəsilə daxil olan istifadəçilər bu struktur sayəsində sayt daxilində rahatlıqla gəzə bilirlər.

 

Breadcrumb İstifadəsinin SEO Performansına Təsiri

İstifadəçi təcrübəsi ilə təmin olunan dolayı təsirdən başqa, breadcrumb strukturunun birbaşa SEO performansına da təsiri ola bilər. Çünki bu quruluş təkcə istifadəçilər üçün deyil, həm də axtarış motoru botları üçün saytın anlaşılmasını asanlaşdırır:

  • Alt səviyyələrdən ana səhifəyə qədər qurulmuş breadcrumb linkləri sayt daxilində daxili keçid (internal linking) yaradır. Bu isə axtarış motorlarının sayt strukturunu və səhifələrin əhəmiyyətini daha yaxşı başa düşməsini təmin edir;
  • Breadcrumb-da istifadə olunan anchor textlər (kliklənə bilən link mətnləri) hədəf açar sözləri ehtiva edərək, səhifənin mövzusu haqqında botlara məlumat verir
  • Schema inteqrasiyası vasitəsilə axtarış motorlarına bu linklərin breadcrumb linki olduğu məlumatı ötürülə bilər.

Breadcrumb nümunələri

breadcrumb,seo

 

 

breadcrumb nədir,seo

 

 

 

 

Daha çoxu üçün teleqram kanalımızı izləyin !