Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

radio marketing nədir

Radio Marketing nədir?

Radio marketing, bir məhsulun, xidmətin və ya brendin radio dalğaları vasitəsilə reklam olunması prosesidir. Bu, marketinq növlərindən biridir . İnternetdən əvvəlki dövrlərdə radio və televiziya əsas tanıtım vasitəsi olub. Hazırkı rəqəmsal dövrümüzdə belə, radio öz effektliyini tam itirməyib və hələ də , daha spesifik auditoriyalara çatmağa imkan verir. Radio reklamı əsasən, qısa audio mesajlar formasında olur. Bu mesajlar musiqi arasında, xəbər proqramlarından əvvəl və ya sonra canlı yayımlarda səsləndirilə bilər.

Radio reklamları harada istifadə edilir?

Radio reklamları istifadəsi bir çox sahədə effektiv hesab edilir. Xüsusilə lokal auditoriyaları hədəfləyən biznes və təşkilatlara görə reklamın bu növü həm sərfəli, həm də təsirlidir.

Radio reklamlarının ən çox istifadə edildiyi sahələr:

Pərakəndə satış mağazaları: Supermarketlər, geyim və texnologiya mağazaları radio vasitəsilə kampaniyalarını və endirimlərini tez bir zamanda geniş kütləyə çatdıra bilərlər.
Tədbirlər və Festivallar:  Radio reklamları , yerli konsertlər, sərgilər və teatrlar üçün daha böyük kütləyə çatmağa imkan verir.
Siyasi və Sosial Layihələr :  Radio, siyasi namizədlərin və ya qeyri – hökumət təşkilatlarının mesajlarını geniş kütləyə çatdırması üçün əlverişli hesab edilir.

radio reklamı, radio marketing

Radio marketingin üstünlükləri nələrdir?

Radio marketing potensial müştərilər ilə emosional əlaqə yaratmaq baxımından üstünlük verir. Xüsusilə,  geniş auditoriyaya çatmaq istəyənlər üçün radio reklamları həm sərfəli, həm də yadda qalan olur.
1. Geniş auditoriyaya çatmaq – Hələ də , Azərbaycanda yüzlərlə insan səhər tıxacda işə gedərkən və ya işdən qayıdarkən radioya qulaq asır.
2.Əlverişli reklam büdcəsi – televiziya və rəqəmsal reklam kanalları ilə müqayisədə radio reklamları daha sərfəli qiymətə təqdim olunur. Bu, aşağı büdcəsi olan kiçik və orta bizneslər üçün radio marketinqi cəlbedici edən xüsusiyyətidir. Eyni mesajı təkrar-təkrar yayımlamaqla reklamın təsirini artırmaq mümkündür.
3. Emosional təsir edən səsli mesajlar — xüsusilə melodiyalar, səmimi səs tonları  dinləyicidə emosional bağ yaradır. İnsanlar eşitdiklərini gördüyü vizuallardan daha uzun müddət xatırlayırlar. Bu, markanın tanınmasını artırır və müştərinin qərar verməsinə təsir edir.

Radio Marketinq nümunələri nələrdir?

Radio Marketinq nümunələri ilə aşağıda qeyd edilmiş siyahıdan həm yerli bazar, həm də xarici bazar ilə  tanış ola bilərsiniz.

Yerli bazarda:

Bravo, Araz, Bazarstore : “Bu həftə meyvə-tərəvəz bölməsində böyük endirimləri qaçırma!”.
Konsertlər, teatr, festivallar : “Bu cümə Röya Crystal Hall səhnəsində! Biletlər iticket.az-da”.

Xarici bazarda:

Snickers  “You’re Not You When You’re Hungry” : dinləyicilərdə əyləncə yaratmaqla yanaşı, istehlakçı davranışını yönləndirmişdir.
Wheaties — “The Breakfast of Champions” (1933) : General Mills, Wheaties taxıl məhsulunu tanıtmaq üçün idmançıları sponsorlu radio proqramlarında təqdim etdi. Bu sloqan və format o qədər uğurlu oldu ki, brend satışlarını qısa zamanda 30% artırdı. Hələ də sloqan istifadə olunur.
McDonald’s “I’m Lovin’ It”  melodiyası : 2003-cü ildə hazırlandı və qlobal səviyyədə markanın simvoluna çevrildi.
Coca-Cola — “Radio Christmas Specials” (1930-lar):  Coca-Cola radio vasitəsilə Yeni il və Milad mövzulu proqramlar sponsor edərək Santa Claus obrazını populyarlaşdırdı.
Volkswagen “Think Small”:  VW Beetle avtomobili üçün hazırlanmış bu reklam kampaniyası səsli mesajlarla sadəlik və dürüstlük ideyasını təqdim edərək reklam tarixində iz qoymuşdur.

Radio marketinqdə reklamın effektivliyi necə ölçülür?

Radio marketinqdə reklamın effektivliyini ölçmək rəqəmsal marketing qədər dəqiq deyil. Ona görə də, kampaniyaya izlənilə bilən elementlər əlavə etmək tövsiyə olunur.
Reklamın nə qədər insanı hərəkətə keçidiyini bir neçə üsulla nəticəni izləmək mümkündür:
Xüsusi promokod ilə:  yalnız radio dinləyicilərinə özəl promokod təklif etməklə reklamın nə qədər effektiv olduğunu ölçə bilərik.

Subdomain vasitəsilə: dinləyicilərə sifariş və ya əlaqə üçün subdomainə yönləndirə bilərik. Beləliklə, Search Console, Google Analitycts və digər analitik alətlər ilə həmin subdomain trafikini analiz edə bilərik.
Sorğu və anketlərlə : müştəri ilə əlaqə zamanı bu məhsul və ya xidmətlə bağlı məlumatı hardan əldə etdiyini öyrənə bilərik. Amma bəzi müştərilər bunu xatırlamaya bilər.radio reklamları, radio marketing

Radio Marketingin tarixi və inkişafı

Radio marketinq 1920-ci illərin əvvəllərində ABŞ-da formalaşmağa başladı. İlk kommersiya radio reklamı daşınmaz əmlak şirkətini tanıtmaq üçün 1922-ci ildə Nyu-Yorkda yayımlandı.  O dövrdə radio, kütləvi informasiya vasitələrindən ən güclüsü idi və reklam verənlər birbaşa milyonlarla insana çata bilirdilər.
1930–1950-ci illər radio reklamçılığının “qızıl dövrü” hesab olunur. Bu illərdə radio proqramları, seriallar və canlı musiqi efirləri vasitəsilə markalar geniş auditoriyalara tanındı. Coca – Cola , Procter &amp, Gamble , Colgate kimi brendlər radio sayəsində populyarlaşdı.

Televiziyanın inkişafı radio marketingə təsiri oldu?

Televiziyanın inkişafı 1950-ci illərdə radio marketingi müəyyən qədər geri plana atsa da, radio çevik, ucuz və lokal auditoriyaya çatması sayəsində öz mövqeyini qorudu.
2000-ci illərdən etibarən rəqəmsal texnologiyaların inkişafı ilə radio marketinq yeni mərhələyə qədəm qoydu. İnternet radio, podkastlar və mobil tətbiqlər sayəsində reklamlar maraq və davranış əsasında hədəflənməyə başladı. Spotify və iHeartRadio kimi platformalar radio reklamçılığını qloballaşdırdı və onun effektivliyini ölçməyi asanlaşdırdı.
Bu gün radio reklamları həm ənənəvi FM/AM dalğalarında, həm də rəqəmsal kanallarda reklamçılar üçün güclü və çevik bir vasitə olaraq qalır.

Radio marketing brendlərin öz məhsullarını radio vasitəsilə geniş auditoriyaya tanıtmaq üçün istifadə edilən reklam növüdür.

Həm kiçik, həm də beynəlxalq şirkətlər daxil olmaqla hər kəs radio marketingdən istifadə edə bilər. Əsasən lokal auditoriyalara çatmaq istəyən brendlərə uyğundur.

Bəli, radio reklamları minlərlə lokal insana çatmaq üçün effektiv reklam növüdür.

Qiymət reklamın uzunluğu, yayımlanma vaxtı və reklamın təkrarlanma sayına görə dəyişir.

Ənənəvi reklam növünə televiziya, radio, qəzet, jurnal, billboardlar, afişalar, flayerlər və s. reklamlarını nümunə göstərmək olar.

Ənənəvi marketingdə televiziya, radio, qəzet kimi offline vasitələrlə, rəqəmsal marketingdə isə sosial media, axtarış motorları, web saytlar və s. ilə auditoriyaya çatır.

Hansı marketingin effektiv olması hədəf auditoriyanın kim olmasından, büdcədən, məhsul və xidmətin növündən asılıdır.