Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Buzz marketinq nədir? Digital hero

Buzz marketinq nədir?

“Buzz marketinq nədir?” sualına cavab verməmişdən əvvəl gəlin bu marketinq texnikasının belə adlandırılması səbəbinə baxaq. Texnikanın əsas məğzini ifadə edən buzz sözü  “vızıltı”, “söhbət” və ya “qulaqda eşidilən cingiltili səs” mənasını verir. Belə ki, buzz marketinq taktikaları təbiət etibarı ilə də kampaniya və ya məhsul haqqında məlumatların ağızdan-ağıza söhbətlərin və müzakirələrin aparılmasını təşviq edərək qoyulan hədəfə çatılmasına uyğun gəlir.

Buzz marketinq proses olaraq sosial-media platformaları daxilində onlayn və ya insanların üz-üzə oflayn olmaqla söhbət və ya müzakirələrin aparılması nəticəsində insanların müzakirə edilən marka, məhsul, kampaniya ilə bağlı addım atmaları üçün güclü hərəkət verici impuls yaranmasını özündə ehtiva edir. Bu marketing növündə təşviqedici impulsun insanlar arasında qısa müddətdə sürətlə yayılması nəticəsində müzakirə edilən marketinq obyektinin ətrafında partlayış effekti yaranmasına gətirib çıxararaq trendə düşməsinə səbəb olur.

Tarixinə baxsaq buzz marketinqə oxşar yanaşma daha öncələr insanlar içində mövcud olsa da 1980-ci illərin sonu və 1990-cı illərin əvvələrində bu texnika daha peşəkar şəkildə tətbiq edilməyə başlanılmışdı. İnternetin yayılması və xüsusilə web 2.0  dövründə bu marketinq texnikasının daha da inkişafına geniş imkanlar açılmışdır.

Buzz marketinq elementləri

  •  Unikallıq

    İnsanların diqqətini qazanmaq üçün insanların qarşısına rəqiblərindən fərqli qeyri-adi yanaşma ilə önə çıxmaq.

  • Emosional bağlantı  

İnsanlarda duyğular yaratmaq məlumatın daha sürətli yayılmasına kömək edir. Eyni zamanda məhsul və ya marka ilə bağlı xüsusi bir hekayənin olması, bildiyimiz kimi insanlar eşitdikləri hekayələri paylaşmağı sevdikləri üçün də insanların hekayələrə emosional bağlılıq yarandığı zaman məhsul və ya markaya bağlılığa çevrilə bilir. Son nəticədə bu brend məlumatlılığının artmasına səbəb olur.

  • Eksklüzivlik

Buzz marketinqdə ən çox istifadə edilən taktikalardan biri məhsulun məhdud sayda olması təəssüratın yaradılmasıdır. Bu, insanlarda “itirmə qorxusu” (FOMO – Fear of Missing Out) effekti yaradır və insanları hərəkətə keçirərək məhsul və ya markaya tələbatı artırır.  Bəzən məhsul haqqında müəyyən məlumatların gizli saxlanılması eksklüzivliyi və məhsulun  unikallığını insanlara göstərmək baxımından edilir. Məsələn bəzən məhşur texnologiya şirkətləri mövcud məhsul xəttinə aid yeni məhsulları bazara təqdim etməyə hazırlaşdığı zaman həmin məhsulla bağlı müəyyən məlumatların gizli saxlayır.

  • Sosial Dəlil (Social Proof)

Məşhur və ya inflyuser adlandırdığımız sosial mediada nüfuzlu şəxslərin məhsulu bəyənməsi və ya haqqında danışması cəmiyyət içərisində qəbul edilməsi baxımından müəyyən təsirə malikdir. Bəzən izləyicilər izlədikləri şəxslərin fikirlərinə güvənərək müəyyən markalar və məhsulla bağlı addım atmağa qərar verirlər. Bundan əlavə məhsul haqqında istifadəçilər arasında müsbət fikirlərin bölüşülməsi də məhsula tələbat yaratmaqda böyük rola malikdir.

  • Paylaşıla bilmə xüsusiyyəti

Məlumatın qısa video, maraqlı şəkil, yaddaqalan bir hashtag kimi asanlıqla paylaşıla bilən bir formatda olması və uyğun platformalarda paylaşılması insanların məlumatı tez qəbul etməsinə və digərlərinə ötürməsinə şərait yaradar. Payılaşılan məzmunun internet “meme” tərzində olması daha geniş auditoriyaya çıxışa təsir edə bilər.

  • Düzgün zamanlama

Kontekst baxımından marketinq kampaniyasının öncədən gündəmdə olan aktual hadisələr və ya trendlərə paralel baxılaraq nəzərdən keçirilməsi önəmlidir və vacib faktorlardan biri də məzmunun ən çox diqqət çəkəcəyi vaxtda paylaşılmasıdır.

Buzz yoxsa viral marketinq

Buzz marketinq oflaynda da baş verməsinə baxmayaraq viral marketinq onlayn olaraq həyata keçir.

Buzz marketinq müzakirələrin interaktiv baş verməsini və insanlarda müzakirə obyekti ilə bağlı həyacanverici, əyləncəli hisslər yaranması nəticəsində insanların bu üzrə addım atmalarını təşviq edir.

Viral marketinqdə isə əsas hədəf məlumatların, mesajın sürətli şəkildə yayılması ilə məlumatların maksimum geniş kütləyə çatdırılmasını nəzərdə tutur. Viral marketinqdə məqsəd buzz marketinqdə olduğu kimi məhsul, kampaniya, brend ətrafında “söz-söhbət” yayılması, “müzakirələrin” aparılması deyil, əsas kontent adlandırdığımız məzmunun yayılmasıdır.

Buzz marketinq nümunələri

İndi isə bu marketinq texnikasının uğurla istifadə edildiyi nümunələrə baxaq

Buzz marketinq nədir? Nusret Gokce






https://www.youtube.com/shorts/CoDSPF7Gqkw

Buzz marketinq texnikasının uğurlu nümənələrindən biri müştərilərlə səmimi münasibət və keyfiyyətli xidmətlə yanaşı, öz peşəsini insanlara fərqli üslubda təqdimetməsi ilə önə çıxan 2017-ci ildən sosial media üzərindən məhşurlaşaraq insanları özünə cəlb edən “Salt bae” fenomeni olmuşdur.

Buzz marketinq nədir? Dubay şokoladı

Sosial mediada yayılması, insanlara sıradan şokolad dadından fərqli qeyri-adi dad vədi və eksklüzivlik aşılanması ilə digər bir uğurlu nümunə “Dubay şokoladı” nümunəsidir. İlk başda inflyuser paylaşımı ilə başlayıb daha sonra insanların dadmaq üçün əldə etməyə çalışdığı bu təam haqqında müzakirələr geniş yayılmışdı.

Buzz marketinq nədir? No lays no game

https://www.youtube.com/watch?v=AgnWabkN3Hw

Lay’s brendinin çipslərinin futbol oyunlarının həyacanını yaşayarkən ən uyğun atışdırmalıq olduğunu insanlara şüuraltı şəkildə təlqin edildiyi “No LAY’s, No Game” reklam kampaniyası uğurlu şəkildə təqdim olunmuşdu.

Louis Vuitton Ronal Messi şahmat

https://www.youtube.com/watch?v=Ws-smx9exl4

Buzz marketinq elementlərinin yerli yerində və düzgün şəkildə buzz marketinq kampaniyaları daxilində tətbiq edilməsi  məhsulun və ya markanın ətrafında müsbət mənada rezonans yaranmasına və insanlar arasında müsbət marka imicinin formalaşmasına şərait yaradır.  Uğurlu buzz marketinq kampaniyaları, sadəcə reklam olunma deyil, həm də insanların bir-biri ilə danışdığı hərəkətə çevrildiyi zaman əsl hədəfinə çatmış olur.

 

Buzz marketinq kontentin sosial-mediada onlayn və ya insanların arasında oflayn yayılması ilə kampaniya və ya məhsul haqqında söhbət və ya müzakirələrin aparılmasını təşviq edən marketinq taktikasıdır

Texnikanın əsas məğzini ifadə edən buzz sözü “vızıltı”, “söhbət” və ya “qulaqda eşidilən cingiltili səs” mənasını verir.

İnternetin yayılması və xüsusilə web 2.0 dövründə bu marketinq texnikasının daha da inkişafına geniş imkanlar açmışdır ki, xüsusilə də sosial medianın bu sahədə önəmli təsiri olmuşdur.

Kontentin unikallığı, istifadəçilərlə emosional bağlantı, məhsul və ya kampaniyaya eksklüziv yanaşma, kontentin müsbət qəbul edilməsi, paylaşıla bilinməsi və zamanlama bu texnikasının elementlərini təşkil edir.

Viral marketinqdən fərqli həm də oflayn da olması, məzmunun yayılmasından daha çox istifadəçilərlə interaktiv şəkildə məhsul və kampaniya ətrafında söhbət və müzakirələrin təşviqi əsas fərqləndirici xüsusiyyətləridir.

Bəzən texnologiya şirkətləri isteklakçılarda məhdud say fikri yaratmaq üçün yeni məhsulları bazara təqdim etməyə hazırlaşdıqları zaman məhsulla bağlı məlumatları gizli saxlayırlar ki, bu da eksklüzivlik hissi yaradır.

“Salt bae” fenomeni Nüsret Gökçe, Dubay şokoladı, Lays “No lays, no game”, Louis Vuitton “Ronaldo Messi play chess” nümunələri uğurla həyata keçirilmişdir.