Mündəricat
ToggleBroken link nədir?
Broken link (qırıq keçid) — mövcud olmayan və ya silinmiş bir səhifəyə və ya resursa yönləndirmə edən hiperlinkdir. İstifadəçi və ya axtarış motoru botları belə bir keçidə daxil olduqda, server tərəfindən 404 (Tapılmadı) və ya 410 (Silinmiş) status kodları qaytarılır.Bu cür keçidlər veb saytın SEO performansına mənfi təsir göstərir. Onlar istifadəçi təcrübəsini zəiflədir, axtarış motorlarının saytınızı effektiv şəkildə analiz etməsinə mane olur və saytın ümumi etibarlılığına zərər verə bilər.Broken link yaranma səbəbləri
Səhifə silinib:
Broken linklərin ən çox yayılmış səbəbi yönləndirilmə edilən saytın silinməsi və ya köçürülməsidir.Adətən belə halda 404 xətası ilə qarşılaşırıq.URL sturukturu dəyişilib:
Saytdakı səhifələrin URL-ləri dəyişdirildikdə, köhnə linklər artıq işləməyə bilər. Əgər bu dəyişikliklər zamanı yönləndirmə (redirect) qurulmayıbsa, istifadəçilər həmin linkə klik etdikdə “404 – Səhifə tapılmadı” xətası ilə qarşılaşacaqlar. Nümunə: Əvvəlki URL: www.example.com/blog/marketing-yollari Yeni URL: www.example.com/marketing/strategiyalar Əgər köhnə URL-yə yönləndirmə edilməzsə, bu linki paylaşan və ya istifadə edən şəxslər səhifəyə daxil ola bilməzlər.Yanlış URL daxil edilib:
URL-lərin düzgün işləməsi üçün müəyyən sintaksis qaydalarına əməl edilməlidir. Həm sayt sahibləri, həm də istifadəçilər URL yazarkən boşluq, xüsusi simvollar və struktura diqqət etməlidirlər. Əks halda, 400 – Səhv sorğu (Bad Request) və ya 404 – Səhifə tapılmadı xətaları baş verə bilər. Nümunə: Düzgün URL: https://www.example.com/marketing/social-media-strategy Yanlış yazım: https://www.example.com/marketing/social-media-%strategy Burada “%” işarəsinin yanlış istifadə olunması səbəbindən səhifə açılmayacaq və istifadəçi xəta ilə qarşılaşacaq.Broken linki necə tapmaq olar?
Xüsusi SEO alətləri:
Screaming Frog
Screaming Frog vasitəsilə saytınızdakı bütün URL-ləri analiz edib, hansı linklərin işləmədiyini (məsələn, 404 səhifələr) asanlıqla müəyyən edə bilərsiniz. Əsasən texniki SEO üçün istifadə olunur.Ahrefs
Ahrefs vasitəsilə saytınızda mövcud olan “broken link”ləri tapmaq mümkündür. Bunun üçün saytınızın linkini broken link checher-ə əlavə edib,broken linkləri siyahısını aşkar edə bilərsiniz .SemRush
Saytınızdakı broken linkləri aşkarlamaq üçün güclü “Site Audit” funksiyasına malik çoxfunksiyalı SEO alətidir. Saytı skan etdikdən sonra broken linklər və digər səhvlər barədə ətraflı hesabat təqdim edir.Google Search Console:
Saytda mövcud olan broken linkləri Google Search Console kimi pulsuz vasitə ilə aşkarlayab düzəliş edə bilərsiniz.Plugin-lər
Əgər veb-saytınız WordPress-dirsə, broken linkləri tapmaq üçün müxtəlif plugin-lər, məsələn, Broken Link Checker və ya Rank Math SEO kimi broken link checker pluginlərindən istifadə etmək mümkündür.
Broken linkləri aradan qaldırmaq yolları
Broken linkləri silmək
Əgər link verdiyiniz səhifə artıq mövcud deyilsə və əvəzləyici bir səhifə yoxdursa, həmin linki saytdan silmək ən doğru yoldur. İstifadəçilərin “404 səhifə tapılmadı” səhvləri ilə qarşılaşmaması üçün linki tamamilə məqalədən və ya səhifədən çıxarmaq istifadəçi təcrübəsini yaxşılaşdırar və SEO-ya müsbət təsir edər.Yönlərdirmə etmə
Əgər link verdiyiniz səhifə yeni bir ünvana köçürülübsə, köhnə linki 301 yönləndirmə ilə yeni səhifəyə yönləndirmək lazımdır. Bu, həm istifadəçilərin düzgün səhifəyə çatmasını təmin edəcək, həm də SEO baxımından keçmiş linkin dəyərinin itirilməsinin qarşısını alacaq. 301,404 və başqa status kodları haqqında ətraflı məlumat üçün status kodları nədir bloqunu oxuya bilərsiniz.Linkləri yeniləmək
Bəzən səhifənin URL strukturu dəyişir, lakin səhifənin özü mövcud qalır. Bu halda, sadəcə köhnə linki yeni, düzgün URL ilə əvəzləmək kifayətdir. Bu metod həm sayta daxil olan trafiki qoruyur, həm də istifadəçilərin axtardığını rahatlıqla tapmasına şərait yaradır. Broken linklər sadəcə texniki bir problem deyil — onlar istifadəçi təcrübəsini zəiflədir, SEO reytinqlərini aşağı salır və saytınıza olan etibarı sarsıdır. Saytınızı mütəmadi olaraq audit etməklə, qırıq keçidləri vaxtında aşkarlayıb aradan qaldırmaq həm istifadəçiləriniz, həm də axtarış motorları üçün müsbət nəticələr doğuracaq. Əgər bu kimi texniki SEO biliklərini və ümumilikdə digital marketinq öyrənmək istəyirsinizsə,Digital Marketing kursumuza müraciət edə bilərsiniz.Daha çoxu üçün teleqram kanalımızı izləyin !