Mündəricat
ToggleCanonical tag nədir?
Canonical tag – əsas yazını dublikat yazıdan ayırmaq üçün istifadə olunan HTML elementidir. Təkrarlanan və ya oxşar məzmunlu veb səhifələr arasında – axtarış motorlarına -hansı URL-in əsas olduğunu və həmin URL in indexlənməsi lazım olduğunu bildirir. Bu, axtarış motorlarının dublikat məzmun səbəbindən səhifə reytinqinin aşağı düşməsinin qarşısını alır və SEO performansını yaxşılaşdırır. SEO-da Duplicate kontent ciddi problemlərdən biridir və axtarış sistemlərinə mənfi siqnal kimi qəbul edilir. Google Search Consoledakı index bölməsində saytımızda olan duplicate contentləri idekslənməmə səbəbi kimi sayını və listini qeyd edir(1). Siz dublikat olanlara cannonical verdikcə aşağıdakı 2 ci formaya düşür. 2 ci də olanların SEO-nuza çoxda ciddi təsiri olmasa belə 1 ci də olanların sayının çox olması sizin SEO faliyyətinizə ciddi mənfi təsir gösdərir.Canonical tag seo
Canonic URL digər SEO amilləri kimi vacib meyarlardan biridir. Rel = “canonical” teqi müxtəlif domen adları altında mövcud olan və sonradan birləşdirilən dublikat məzmun problemini həll etmək üçün istifadə olunur. O, yalnız Google-a deyil, həm də digər axtarış motorlarına tətbiq edilməli olan canonical və nüfuzlu görünməsi arzu olunan URL-i müəyyən etmək üçün istifadə olunur. Dublikat və ya oxşar məzmununlu bir neçə fərqli URL -in mövcud olduğu hallarda, hansı versiyanın əsas hesab olunacağını göstərmək lazım. Məsələn, aşağıdakı misalda göstərilmiş 2 nümunə URL-lər eyni məzmunu təqdim edirsə: ✅ example.com/meqale ❌ example.com/category/meqale Burada canonic URL olaraq birincisi (example.com/meqale) seçilir və digər versiya bu URL-ə yönləndirilir. Bu, SEO üçün vacibdir, çünki:- Axtarış motorları səhifənin əsas versiyasını tanıyır.
- Dublikat məzmun problemi yaranmır.
- Saytın SEO dəyəri parçalanmır, əsas URL üzərində toplanır.
Öz-Özünə Canonical Tag vermək nədir?
Vacib Qeyd: Səhifəniz Unikal olsa belə özü özünə Cannonical verilməlidir.Canonical Tag necə yoxlanılır?
Bunu Browser tərkibində olan müxtəlif extetionlar ilə yoxlaya bilərsiniz. (Yuxarıda screendə göründüyü kimi) Bu linkdən keçid edərək SEO extetionu Chrome-a əlavə edə bilərsiniz.Canonical Tag-in düzgün istifadəsi
Canonical tag istifadə edərkən aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:- Düzgün URL seçimi: Canonical tag-in göstərdiyi URL-in səhifənin əsas versiyası olduğundan əmin olun.
- Daxili keçidlər: Saytınızdakı daxili keçidlərin canonical URL-ə yönləndirildiyinə diqqət yetirin.
- Sitemap yeniləməsi: Sitemap faylınızda canonical URL-ləri daxil edin ki, axtarış motorları bu URL-ləri asanlıqla tapa bilsin.
WordPress-də Canonical Tag-in əlavə edilməsi
WordPress-də canonical tag əlavə etməyin bir neçə yolu var. – SEO pluginlərindən istifadə etmək – Kod vasitəsi ilə əllə əlavə etmək Ən çox istifadə olunan üsullardan biri SEO plaginlərindən istifadə etməkdir. Məsələn, bəzi SEO plaginləri hər bir səhifə və ya yazı üçün canonical URL təyin etməyə imkan verir. Bunun üçün aşağıdakı addımları izləmək lazımdır:- WordPress idarəetmə panelinə daxil olun.
- Canonical tag əlavə etmək istədiyiniz yazı və ya səhifəni açın.
- İstifadə etdiyiniz SEO plagininin ayarlarına keçin və “Advanced” (Ayrıntılar) bölməsini seçin.
- “Canonical URL” sahəsinə əsas URL-i daxil edin.
- Dəyişiklikləri yadda saxlayın və səhifəni yeniləyin.
Nəticə
Canonical tag, veb saytınızın axtarış motorları tərəfindən düzgün indekslənməsi və təkrarlanan məzmun problemlərinin qarşısını almaq üçün əhəmiyyətli bir vasitədir. Düzgün istifadə edildikdə, canonical tag saytınızın SEO performansını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. SEO kurslarımıza qoşularaq daha çox SEO haqqında məlumat əldə edə bilərsiniz. SEO kursumuz haqqında. Digital Marketinqi daha dərindən öyrənmək üçün Digital Marketing kurslarımız müraciət edin.Daha çoxu üçün teleqram kanalımızı izləyin !