Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Digital marketing sahəsində özünüzü inkişaf etdirəcək 10 youtube kanalı

Digital marketing dünyasında daha çox bilik əldə etmək və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, YouTube sizin ən yaxın dostunuz olacaq! Tövsiyə etdiyimiz kanallar sizə yeni ideyalar, strateji yanaşmalar və praktik biliklər təqdim edəcək. Bu yazıda, digital marketing sahəsində özünüzü inkişaf etdirmək üçün izləməli olduğunuz 10 YouTube kanalını kəşf edəcəksiniz. Hazır olun, çünki bu kanallar sizi yeni hədəflərə doğru aparacaq!

 1. MeasureSchool YouTube kanalı

MeasureSchool YouTube kanalı digital marketingin analitik tərəfinə fokuslanır, xüsusilə videolarda Google Tag Manager (GTM) və Google Analytics dərin izahlarla öyrədilir.

✅ Videolar adətən praktiki dərslər formatında olur və addım-addım izahlarla texniki mövzuları sadələşdirir.

✅ Kodlaşdırma biliyi olmayanlar üçün GTM və analitika dərsləri daha aydın şəkildə dillə keçirilir.

✅ Data əsaslı marketinq strategiyalarına fokuslanılır, marketoloqlar üçün analitik qərarverməni asanlaşdırır.

✅ Yeni başlayanlar üçün çox faydalı olsa da, bəzi dərslər texniki bilik tələb edə bilər.

📌 Öyrəndiklərini dərhal tətbiq etmək istəyənlər üçün effektiv praktik öyrənmə platformasıdır.

  2. Neil Patel’in YouTube kanalı

Rəqəmsal marketinqin müxtəlif sahələrini öyrənmək və tətbiq etmək istəyənlər üçün Neil Patel’in YouTube kanalı, mükəmməl bir qaynaqdır.

✅ 2016-cı ildən bu yana kanalda yüzlərlə video yayımlanmışdır, bu videolarda marketinqin hər sahəsi üzrə dərin təhlillər, strategiyalar və alətlər haqqında ətraflı məlumat təqdim edilir.

✅ Neil Patel’in zəngin təcrübəsi və geniş auditoriyası, kanalını həm təcrübəli mütəxəssislər, həm də yeni başlayanlar üçün dəyərli tədris platformasına çevirir.

✅ SEO, məzmun marketinqi, sosial media və daha çoxu üzrə hər mövzuda, aktuallığını qoruyan dərslərlə izləyicilərinə liderlik edir.

✅ Yeni alətlər və metodlarla bağlı dərslər müntəzəm olaraq yenilənir, bu da izləyicilərin daim ən son yeniliklərdən xəbərdar olmasına imkan tanıyır.

📌 Əgər digital marketing sahəsində irəliləmək və daha böyük uğurlar əldə etmək istəyirsinizsə, Neil Patel’in YouTube kanalı izləməli olduğunuz ən vacib resurslardan biridir.

3.Social Media Examiner YouTube Kanalı

Social Media Examiner YouTube kanalı, sosial media marketinqi və rəqəmsal strategiyalar üzrə faydalı məlumatlar təqdim edir.

✅ Kanal, sosial media marketinqinin ən son yenilikləri və trendləri barədə dərindən məlumat verir, izləyicilərinə ən müasir strateji yanaşmalarla təlimatlar təqdim edir.

✅ Instagram, Facebook, YouTube, LinkedIn kimi sosial şəbəkələrə dair mütəxəssis təhlilləri təqdim edərək izləyicilərinə bu platformalarda effektiv marketinq kampaniyaları qurmağı öyrədir.

✅ Kanalın təqdim etdiyi paylaşımları və real nümunələri, izləyicilərin sosial media dünyasında daha müvəffəqiyyətli olmasına kömək edir.

✅ Daha çox izləyici cəlb etmək və daha yaxşı nəticələr əldə etmək üçün müasir alətlər və metodlardan istifadə etməyi izləyicilərinə öyrədir.

📌 Sosial media dünyasında uğur qazanmaq və ən son trendlərdən xəbərdar olmaq istəyirsinizsə, Social Media Examiner YouTube kanalı sizin üçün çox faydalı bir resursdur.

4.Ozan Tarik Cepni YouTube Kanalı

Ozan Tarik Cepni YouTube kanalı, digital marketingin müxtəlif sahələrində təcrübə qazanmaq və biznesinizi inkişaf etdirmək istəyənlər üçün mükəmməl bir qaynaqdır.

✅ Kanalda sıfırdan rəqəmsal marketinq tədrisi verilir.

✅ Beynəlxalq bazarda brendinizi tanıtmaq və uğurlu brend yaratmaq barədə vacib məlumatlar paylaşılır.

✅ Videolarda sahibkarlıq və marketinq mövzularında mütəxəssis tövsiyələri ilə biznes qurmağı öyrənirsiniz.

✅ Kanalda sıfırdan digital marketing və sosial media tədrisi verilir.

Bu kanal, uğurlu bir biznes qurmaq və inkişaf etdirmək istəyənlər üçün əhəmiyyətli bir mənbədir.

5. Deniz Duman YouTube Kanalı

Deniz Duman YouTube Kanalı digital marketing, onlayn gəlir imkanları və biznes qurmaq haqqında dəyərli məzmun təqdim edir.

✅ A-dan Z-yə Facebook, Instagram və Google Ads üzrə ətraflı izah olunan dərslər mövcuddur.

✅ Hipnotik satış texnikaları və sosial media reklamları ilə effektiv müştəri cəlbetmə üsulları paylaşılır.

✅ Şəxsi inkişaf və motivasiya videoları izləyicilərlə daha güclü bağ qurmağa kömək edir.

Kanal xüsusilə rəqəmsal marketinq sahəsinə yeni başlayanlar üçün dəyərli bir resurs olaraq aktuallığını qoruyur.

 6. Cathrin Manning Youtube Kanalı

Cathrin Manning youtube kanalı youtube-a başlamaq və böyümək istəyənlər üçün bələdçi hesab edilə bilər.

✅ YouTube strategiyaları və məzmun planlaşdırması haqqında praktiki məsləhətlər paylaşır.

✅ Montaj və dizayn üçün vacib redaktə üsulları və proqram tövsiyələri təqdim edir.

✅ YouTube-dan gəlir əldə etmə yollarını izah edir, monetizasiyanın sirlərini bölüşür.

✅ Şəxsi həyatına da yer verərək izləyiciləri ilə səmimiyyət qurur, onlara motivasiya və ilham verir.

📌 YouTube-a başlamaq, videolarınızı inkişaf etdirmək və daha çox qazanc əldə etmək istəyirsinizsə, bu kanal sizin üçün əvəzsiz bir qaynaq ola bilər.

7. Self Made Millennial YouTube kanalı

Self Made Millennial YouTube kanalı, şəxsi brendinqin inkişafı, iş tapmaq və LinkedIn strategiyaları üzrə faydalı məzmunlar təqdim edir. Bu kanal, kariyera qurmaq və özünüzü peşəkar bazarda tanıtmaq istəyənlər üçün mükəmməl bir resursdur.

✅ Şəxsi brendinizi necə qurmağı öyrədir.

✅ LinkedIn-də təsirli strategiyalarla iş tapmağı göstərir.

✅ Karyera inkişafına dair praktiki məsləhətlər verir.

Bu kanal, kariyera qurmaq və özünüzü peşəkar bazarda tanıtmaq istəyənlər üçün mükəmməl bir resursdur.

  8.Alex Cattoni YouTube Kanalı

Alex Cattoni YouTube Kanalı kontent marketinqini öyrənmək istəyənlər və copywriting sahəsinə yeni başlayanlar üçün faydalı resurslar təqdim edir.

✅Kanalda müxtəlif kontent strategiyaları öyrədilir.

✅ Yeni başlayanlar üçün copywriting dərsləri və praktiki tapşırıqlar paylaşılır.

📌 Kontent yazmaq və marketinq sahəsində irəliləmək istəyənlər üçün Alex Cattoni kanalı faydalı bir mənbədir.

 9.Thinkers.az YouTube Kanalı

Thinkers.az YouTube Kanalında maarifləndirici videolar təqdim edilir və iş dünyasına dair dəyərli müzakirələr aparılır. Qonaq olan iş adamları, biznes və iş həyatı ilə bağlı fikirlərini bölüşərək, öz təcrübələri ilə bu müzakirələri daha da zənginləşdirir.

Biznesdən ədəbiyyata, debatlardan fərqli peşələrə qədər müxtəlif sahələrdə dəyərli söhbətləri izləməyə davam edin.

✅ Kanalda fərqli fikirləri dinləyib analiz etməyi sevənlər üçün biznes, gündəlik həyat, fəlsəfə və şəxsi inkişaf mövzularında dərin söhbət videoları paylaşılır.

✅ Özünü inkişaf etdirmək və ilham almaq istəyənlər üçün müxtəlif sahələrdən mütəxəssislərin təcrübələri və məsləhətləri təqdim edilir.

✅ Dünyagörüşünü genişləndirən və yaradıcı düşüncəni stimullaşdıran kitabların müzakirəsi aparılır.

Biznesdən ədəbiyyata, debatlardan fərqli peşələrin müzakirəsinə qədər müxtəlif sahələrdə dəyərli söhbətləri izləmək istəyənlər üçün azərbaycan dilində olduqca faydalı kanallardan biridir.

 10.Digital Hero YouTube Kanalı

Digital Hero YouTube Kanalı, ödənişsiz digital marketing dərsləri, SEO təlimləri və terminlərin izahı ilə izləyicilərinə məlumatlar təqdim edir. Kanal, həmçinin müxtəlif marketinq strategiyaları və alətləri ilə bağlı paylaşımlar edir.

📌 Bu kanal, digital marketing öyrənmək istəyənlər üçün əhəmiyyətli qaynaqlardan biridir.

Daha çoxu üçün telegram kanalımızı izləyin!