Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

e-commerce,e-ticarət nədir,e-ticaret nedir, e-ticarət

E-ticarət alıcı ilə satıcının alqı- satqı münasibətlərinin internet üzərindən həyata keçirilməsidir.

Adətən e-ticarət sahəsində işlədiyimizi eşidəndə bir çoxları dropshippinglə məşğul olduğumuzu,yaxud da e-ticarətin sadəcə satmaqdan ibarət olduğunu düşünürlər..Lakin ilk olaraq anlamalıyıq ki,dropshipping e-ticarətdən törəyən bir anlayışdır və daxildə bir biri ilə əlaqəli sistemləri özündə birləşdirir.

E-ticarət və ya elektron ticarət, mal və xidmətlərin internet üzərindən satışı və alışı deməkdir. Bunu şəhərin mərkəzində, insanların sıx olduğu bir küçədə fəaliyyət göstərən mağaza kimi təsəvvür edə bilərsiniz. Dünyada təxminən 2,14 milyard insan onlayn alış-veriş edir.E-ticarət, insanların məhsul və xidmətlər əldə etməsinin ən populyar yollarından biridir.Həm yeni başlayanlar, həm kiçik bizneslər, həm də iri şirkətlər e-ticarət sayəsində məhsullarını geniş auditoriyaya təqdim edə və dünya miqyasında müştərilərə çata bilirlər.

E-ticarətin üstünlüyü

  • E-ticarət sürətlə inkişaf edir
  • Qlobal bazara çıxış imkanı yaradır
  • Məhsul sifarişini asanlaşdırır
  • Adətən daha aşağı biznes xərcləri tələb edir
  • Birbaşa istehlakçıya çıxışı təmin edir
  • Bütün bu məqamlar e-ticarətlə məşğul olmaq üçün güclü imkanlar yaradır. Gəlin hər birini ətraflı nəzərdən keçirək:

E-ticarət Sürətlə İnkişaf Edir 

Son illərdə onlayn alış-verişdə baş verən artımın əsas səbəblərindən biri COVID-19 pandemiyası olsa da, mütəxəssislər bu tendensiyanın davam edəcəyini proqnozlaşdırır.

Qlobal Bazara Çıxış

Keçmişdə bir biznesin müştəri bazası, fiziki mağazasına yaxın olan insanlarla məhdudlaşırdı. Lakin e-ticarət sayəsində dünyanın istənilən yerindən müştərilərə çatmaq mümkündür. İnternetin geniş yayılması və sosial medianın sürətli inkişafı e-ticarət bizneslərinin müxtəlif auditoriyalara daha rahat çıxışını təmin edir.

Məhsul Sifarişinin Asanlığı

Müxtəlif e-ticarət platformaları müştərilərə cihazlarından seçim etmək və sadəcə bir neçə kliklə sifariş vermək imkanı yaradır.

Daha Aşağı Biznes Xərcləri

Bildiyimiz kimi,onlayn mağaza qurmaq və satış həyata keçirmək, fiziki mağaza açmaqdan daha sərfəlidir. Siz böyük bir ticarət məkanı icarəyə götürmədən, işçi heyəti tutmadan və böyük anbar xərclərinə girmədən e-ticarət biznesinizi asanlıqla qura bilərsiniz.

Birbaşa İstehlakçıya Çıxış

İnternet sayəsində e-ticarət brendləri hədəf auditoriyası ilə birbaşa ünsiyyət qurur. Daha çox diqqət çəkmək üçün böyük reklam lövhələri icarəyə götürməyə və ya televiziya reklamlarına ehtiyac yoxdur. Siz marketinq strategiyanızı və təkliflərinizi müştərilərinizin istək və ehtiyaclarına uyğun şəkildə fərdiləşdirə bilərsiniz.

E-ticarət biznesi quraraq məhsul və xidmətlərinizi daha geniş auditoriyaya təqdim etmək imkanını əldə edə bilərsiniz.

e-ticarət

E-ticarət strukturu

Reporting – Hesabat
Order management – Sifarişlərin idarə edilməsi
Payment gateway – Ödəmə keçidi
Inventory management – Anbar idarəetməsi
Support – Dəstək
Shipping – Çatdırılma
Security – Təhlükəsizlik
ERP (Enterprise Resource Planning) – Müəssisə resurslarının planlaşdırılması
Hosting – Hostinq

Loyalty Program – Sadiqlik proqramı

Search Tools – Axtarış alətləri
CRM (Customer Relationship Management) – Müştəri əlaqələrinin idarə edilməsi
Performance – Performans
Marketing Software – Marketinq proqram təminatı

E-ticarət kateqoriyaları

Dörd əsas mexanizm üzərində qurulur: Məhsul, Region, Stok və Sistem. Hər birini düzgün müəyyənləşdirmək uğurlu strategiya qurmaq üçün vacibdir.

1.Məhsul seçimi

Məhsullar iki əsas kateqoriyaya bölünür:

Niş məhsullar – Spesifik olaraq bir məhsulun satışına fokuslananlardır. Məsələn, yalnız ofis kresloları və ya restoran masalarının satışı

Çoxkateqoriyalı məhsullar (multiple product)  – Fərqli kateqoriyalardan olan geniş çeşiddə məhsullar. Məsələn, Trendyol bu modelə misal göstərmək olar.

E-ticarətə yeni başlayanlar üçün büdcəyə uyğun seçim etmək vacibdir. Əgər məhdud büdcəniz varsa, niş məhsullara fokuslanmaq daha məqsədəuyğundur, çünki bu, rəqabətə davam gətirməyi və hədəf auditoriyanı daha tez tapmağı asanlaşdırır.

2. Region seçimi

E-ticarət fəaliyyətinin əhatə dairəsinə görə iki kateqoriyaya ayrılır:

  • Regional – Məhsullar bir neçə ölkəyə satılır.

  • Lokal – Yalnız bir ölkə və ya şəhərdə fəaliyyət göstərilir. Məsələn, Umico lokal bazarda fəaliyyət göstərən platformadır.

3. Stok idarəetməsi

Məhsulların saxlanma vəziyyətinə görə iki növ stok modeli mövcuddur:

  • With Stock – Məhsullar sahibkarın anbarında saxlanılır.

  • Without Stock – Məhsullar istehsalçı və ya topdansatışçının anbarında saxlanılır, sifariş gəldikdə isə birbaşa müştəriyə göndərilir.
    Yeni başlayanlar üçün without stock modeli daha sərfəlidir, çünki anbar xərcləri və risklər minimuma endirilir. Sifariş sayı artdıqca with stock modelinə keçid edilə bilər.
4. Sistem seçimi
  • Kirayə olunan platformalar – Shopify, Shopier kimi hazır platformalardan aylıq ödəniş əsasında istifadə edilir.

  • Şəxsi platforma – Sıfırdan fərdi e-ticarət saytı yaradılır və tam nəzarət sahibkara,yəni bizə məxsus olur.
e-ticarət

2025-ci il E-ticarət trendləri nələrdir?

1-Blokçeyn texnologiyası ilə təhlükəsizlik və şəffaflıq yaratmaq

Onlayn alış-verişin sürətlə inkişaf etməsi ilə alıcılar və satıcılar arasında məlumat təhlükəsizliyi və fırıldaqçılıqla bağlı narahatlıqlar da artır. Məhz burda blokçeyn texnologiyası əhəmiyyətli rol oynayır.

Statista-nın məlumatına görə, qlobal blokçeyn bazarı 2023-cü ildə 17 milyard dollar olsa da, 2032-ci ildə 943 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Bu, blokçeyn texnologiyasının e-ticarətdə sürətlə yayıldığını göstərir.

2-Canlı yayımla alış-veriş trendləri yüksəlişdədir

Canlı yayımla alış-veriş (livestream shopping) istehlakçıların məhsulları kəşf etmə və alma üsulunu dəyişdirərək, əyləncəni və real vaxtda alış-veriş təcrübəsini birləşdirir. Günümüzdə Whatnot, eBay Live və TikTok Live kimi platformalar sayəsində əsas satış kanallarından birinə çevrilib.

Statista-nın məlumatına görə, ABŞ-da canlı yayımla e-ticarət satışları 2023-cü ildə 50 milyard dollar olub və 2026-cı ilə qədər 68 milyard dollara çatacağı gözlənilir. Sosial media və e-ticarətin vəhdəti brendlərə auditoriya ilə birbaşa əlaqə qurmaq, məhsulları canlı təqdim etmək və ani satışları artırmaq imkanı yaradır.

3-AR texnologiyası mağaza təcrübəsini onlayna daşıyır

Onlayn alış-verişin ən böyük çətinliklərindən biri məhsula əllə toxunub yoxlaya bilməmək və ya real mühitdə necə görünəcəyini bilməməkdir. Bu problemi artırılmış reallıq (AR) həll edir.Böyük pərakəndə satıcılar artıq AR texnologiyasını virtual geyim və aksesuar sınaqları, 3D məhsul baxışları  üçün istifadə edirlər. Bu isə müştəri inamını artırır və məhsul qaytarılmalarının sayını azaldır.

4-Səsli axtarış trendləri yüksəlişdədir

Amazon Alexa, Google Assistant və Siri kimi səsli köməkçilər ağıllı e-ticarət platformaları (BigCommerce, Shopify və s.) ilə inteqrasiya olunaraq istifadəçilərə əl ilə yazmadan məhsul axtarmaq, sifariş etmək və izləmək imkanı verir.

Buna uyğun olaraq, bir çox e-ticarət şirkətləri veb-saytlarını səsli axtarış üçün optimallaşdırır, bununla da müştərilər tez və dəqiq cavab ala bilirlər. Səs texnologiyasının inkişafı ilə onlayn alış-veriş prosesi daha rahat hala gələcək.

5-Süni intellekt müştəri problemlərini həll edir

Süni intellekt (AI) və maşın öyrənməsi (ML) artıq e-ticarət dünyasında əsas oyunçulara çevrilib.

Son illərdə AI, e-ticarəti tamamilə dəyişdirərək brendlərin iş proseslərini avtomatlaşdırmasına, müştəri xidmətlərini təkmilləşdirməsinə imkan yaradıb.

AI əsaslı çatbotlar, müştəri xidmətlərini sürətləndirərək istifadəçilərə real vaxtda cavab verir. Fərdiləşdirilmiş alış-veriş təcrübəsi yaratmaq üçün süni intellekt alıcıların davranışlarını təhlil edir və onların ehtiyaclarına uyğun məhsul tövsiyə edir.

Bu texnologiyalar 2025-ci ildə e-ticarətdə əsas trendlərdən biri olacaq və onlayn mağazaların daha effektiv işləməsinə kömək edəcək.

E-ticarətlə bağlı daha detallı məlumat üçün Youtube kanalımızda Farid Maharramli ilə olan seminarımızı izləməyi unutmayın.

 

Daha çoxu üçün teleqram kanalımızı izləyin !