Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Google Ads Nədir?

Google Ads — Google şirkətinə məxsus olan və bizneslərin onlayn mühitdə reklam verməsinə imkan yaradan rəqəmsal reklam platformasıdır.

Bu sistem vasitəsilə şirkətlər məhsul və xidmətlərini Google axtarış nəticələrində, YouTube-da, müxtəlif veb saytlarında və mobil tətbiqlərdə hədəf auditoriyaya təqdim edə bilirlər.

Google Ads-in əsas üstünlüyü ondan ibarətdir ki, reklamlar yalnız maraqlı olan istifadəçilərə göstərilir və reklamverən yalnız klik və ya nəticəyə görə ödəniş edir.

Bu isə büdcənin daha səmərəli istifadəsinə imkan yaradır.

Google Ads nədir və necə işləyir?

Google Ads açar sözlər (keywords) əsasında işləyən bir sistemdir.

İstifadəçi Google-da müəyyən bir ifadə axtardıqda, həmin açar sözlər üzrə reklam verənlərin elanları axtarış nəticələrinin yuxarı və ya aşağı hissəsində görünür.

Reklamların sıralanması aşağıdakı əsas amillərə görə müəyyən edilir:

  • Açar sözlərin uyğunluğu
  • Reklam mətninin keyfiyyəti
  • Təklif olunan klik dəyəri (CPC)
  • Keyfiyyət balı (Quality Score)

Yüksək keyfiyyət balına sahib olan reklamlar daha aşağı büdcə ilə daha yaxşı mövqe qazana bilir.

Google Ads Reklam Növləri

Axtarış Reklamları (Search Ads)

Search reklamları istifadəçi Google-da müəyyən açar sözləri axtardıqda göstərilən mətn əsaslı reklamlardır. Bu reklamlar adətən axtarış nəticələrinin yuxarı və aşağı hissəsində yerləşir.

Search reklamların əsas üstünlükləri:

  • İstifadəçi artıq aktiv axtarış etdiyi üçün niyyəti yüksək olur
  • Satış və lead toplamaq üçün daha effektivdir
  • Nəticələr asan ölçülür

Search reklamlar əsasən aşağıdakı hallarda istifadə olunur:

  • məhsul və ya xidmət satışı
  • form doldurulması
  • zənglərin artırılması

Əsas ölçülər:

  • Impression – Elanın neçə dəfə göstərilməsi
  • Click – Klik sayı
  • CTR = Klik / Impression × 100
  • CPC = Xərc / Klik
  • Conversion – Satış, qeydiyyat və s.
  • CPA = Xərc / Conversion

Display Reklamları

Display reklamları Google Display Network-də yerləşən saytlar, mobil tətbiqlər və YouTube üzərindən göstərilən vizual reklamlardır. Bu reklamlar şəkil, banner və ya animasiya formatında olur.

Display reklamların əsas məqsədləri:

  • brend tanıtımı
  • remarketing
  • yeni auditoriyaya çatmaq

Display reklamlar istifadəçinin birbaşa axtarış etmədiyi hallarda belə ona göstərilə bilir.

Əsas ölçülər:

  • Impression – Göstəriş sayı
  • CPM = (Xərc / Impression) × 1000
  • Click – Klik sayı
  • CTR = Klik / Impression × 100
  • Conversion – Dönüşüm (ikinci mərhələdə)

Video Reklamlar

Video reklamlar əsasən YouTube platformasında yayımlanır.

Bu reklam növü istifadəçilərlə emosional bağ qurmaq və brend tanınırlığını artırmaq üçün idealdır.

Shopping Reklamları

Shopping reklamları e-ticarət saytları üçün nəzərdə tutulub. Məhsulun şəkli, qiyməti və adı birbaşa axtarış nəticələrində göstərilir.

Mobil Tətbiq Reklamları

Bu reklamlar mobil tətbiqlərin yüklənmə sayını artırmaq məqsədi ilə istifadə olunur və Android və iOS istifadəçilərini hədəfləyə bilir.

Google Ads-in Üstünlükləri

Google Ads istifadə etməyin bir çox üstünlükləri mövcuddur:

  • Dəqiq hədəfləmə imkanı (yaş, cins, lokasiya, maraqlar)
  • Büdcəyə tam nəzarət
  • Sürətli nəticə əldə etmə
  • Reklam performansının ölçülməsi
  • Lokal və qlobal reklam imkanı

Bu xüsusiyyətlər Google Ads-i rəqəmsal marketinq strategiyalarının əsas hissəsinə çevirir.

Google Ads Kimlər Üçün Uyğundur?

Google Ads demək olar ki, bütün sahələr üçün uyğundur:

  • Kiçik və orta bizneslər
  • E-ticarət saytları
  • Xidmət sektorunda fəaliyyət göstərən şirkətlər
  • Freelancerlər və startaplar

Düzgün qurulmuş reklam kampaniyası ilə istənilən biznes hədəf auditoriyasına tez bir zamanda çata bilər.

Google Ads İstifadə Edərkən Diqqət Edilməli Məqamlar

Uğurlu Google Ads kampaniyası üçün aşağıdakı məqamlara diqqət yetirilməlidir:

  • Doğru açar söz araşdırması aparılmalıdır
  • Reklam mətnləri cəlbedici və aydın olmalıdır
  • Açılış səhifəsi (landing page) optimallaşdırılmalıdır
  • Reklamlar mütəmadi analiz edilməli və optimizasiya olunmalıdır
  • Lazımsız xərclərin qarşısını almaq üçün mənfi açar sözlərdən istifadə edilməlidir

 Google Ads Büdcəsi Necə Müəyyən Edilir?

Google Ads-in ən vacib üstünlüklərindən biri elastik büdcə idarəetməsidir.

Reklamverən gündəlik və aylıq xərcləri özü müəyyən edir. Minimum büdcə tələbi yoxdur və kiçik məbləğlərlə belə reklam vermək mümkündür.

Büdcə planlaşdırılarkən aşağıdakı faktorlar nəzərə alınmalıdır:

  • Sektor üzrə rəqabət səviyyəsi
  • Açar sözlərin klik dəyəri (CPC)
  • Reklamın məqsədi (satış, müraciət, trafik)
  • Hədəf auditoriyanın ölçüsü

Düzgün büdcə planlaması Google Ads kampaniyasının uğurunda əsas rol oynayır.

Google Ads-də Hədəfləmə Növləri

Google Ads istifadəçilərə çox detallı hədəfləmə imkanları təqdim edir. Bu da reklamların doğru insanlara çatmasını təmin edir.

Əsas hədəfləmə növləri bunlardır:

  • Coğrafi hədəfləmə: şəhər, ölkə və region üzrə
  • Demoqrafik hədəfləmə: yaş, cins, ailə vəziyyəti
  • Cihaz hədəfləməsi: mobil, desktop, tablet
  • Maraq və davranış hədəfləməsi
  • Yenidən marketinq (Remarketing)

Xüsusilə remarketing strategiyası sayəsində saytı daha əvvəl ziyarət etmiş istifadəçilərə yenidən reklam göstərmək mümkündür.

Google Ads Performansı Necə Ölçülür?

Google Ads-in ən güclü tərəflərindən biri reklam nəticələrinin tam ölçülə bilməsidir. Google Ads paneli vasitəsilə aşağıdakı göstəriciləri izləmək mümkündür:

  • Klik sayı (Clicks)
  • Göstəriş sayı (Impressions)
  • Klikləmə faizi (CTR)
  • Konversiya sayı
  • Reklam xərci və gəlir

Bu məlumatlar əsasında reklam kampaniyaları davamlı şəkildə optimizasiya edilə bilər.

Conversion nədir və necə ölçülür?

Conversion istifadəçinin reklama kliklədikdən sonra gördüyü istənilən dəyərli hərəkətdir. Məsələn: məhsul alışı, form doldurulması, zəng etmə, sayt qeydiyyatı

Google Ads-də conversion ölçmək üçün:

Google Ads hesabında Tools → Conversions bölməsində conversion yaradılır

Verilən conversion kodu sayta əlavə olunur (və ya Google Tag Manager vasitəsilə)

İstifadəçi həmin hərəkəti etdikdə conversion avtomatik qeydə alınır

Bu ölçüm reklamın real nəticə verib-vermədiyini göstərir.

Ad Set (Ad Group) nədir?

Ad Group (Ad Set) kampaniyanın daxilində yerləşən reklam qrupudur.

Ad Group-un tərkibi:

  • müəyyən keyword-lar
  • həmin keyword-lara uyğun reklam mətnləri

Məsələn:

  • Kampaniya: “Ayaqqabı Satışı”
  • Ad Group 1: “İdman ayaqqabıları”
  • Ad Group 2: “Qadın ayaqqabıları”

Düzgün qurulmuş ad group reklamın keyfiyyət balını artırır və xərci azaldır.

Google Ads Extension-lar nədir?

Extensions reklam elanına əlavə məlumat verən əlavələrdir və reklamın daha diqqətçəkən olmasını təmin edir.

Ən çox istifadə olunan extension-lar:

  • Sitelink Extension – əlavə linklər
  • Call Extension – telefon nömrəsi
  • Location Extension – ünvan
  • Callout Extension – üstünlüklər (Pulsuz çatdırılma və s.)
  • Structured Snippet – xidmət və məhsul kateqoriyaları

Extension-lar CTR-i artırır və reklama daha çox yer qazandırır.

Search Term-lər nədir?

Search Term istifadəçinin Google-da real olaraq yazdığı axtarış sözüdür.

Keyword ilə fərqi:

  • Keyword – reklam verənin seçdiyi söz
  • Search Term – istifadəçinin yazdığı real ifadə

Search term-lərin analizi:

  • lazımsız axtarışları tapmaq
  • negative keyword əlavə etmək
  • yeni effektiv keyword-lar tapmaq

Bu analiz reklam büdcəsinin boş yerə xərclənməsinin qarşısını alır.

Uyğun Keyword seçilməsi niyə vacibdir?

Düzgün keyword seçimi Google Ads-in ən əsas hissəsidir.

Yaxşı keyword:

  • istifadəçinin niyyətinə uyğun olur
  • çox ümumi və ya çox geniş olmur
  • real satış və ya conversion potensialı daşıyır

Keyword seçərkən:

  • Search Volume
  • Competition
  • Commercial intent

nəzərə alınmalıdır. Bunun üçün Google Keyword Planner istifadə olunur.

Google Ads-də Tez-Tez Buraxılan Səhvlər

Bir çox biznes Google Ads-dən düzgün istifadə etmədiyi üçün istədiyi nəticəni əldə etmir. Ən çox rast gəlinən səhvlər bunlardır:

  • Yanlış və geniş açar söz seçimi
  • Mənfi açar sözlərin istifadə edilməməsi
  • Zəif reklam mətnləri
  • Uyğunsuz açılış səhifələri
  • Analiz və optimizasiyanın aparılmaması

Bu səhvlərdən qaçmaq reklam büdcəsinin boşa getməsinin qarşısını alır.

Google Ads reklamlarınızdan daha çox nəticə əldə etmək istəyirsinizsə, bu linkə keçid edib baxın: https://upperedu.az/google-ads-nedir

Google Ads Öyrənmək Çətindirmi?

Google Ads başlanğıcda bir qədər mürəkkəb görünə bilər, lakin əsas prinsiplər öyrənildikdən sonra idarəetməsi daha asan olur.

Google tərəfindən təqdim olunan rəsmi təlimlər, praktiki testlər və analizlər vasitəsilə bu platformanı effektiv şəkildə mənimsəmək mümkündür.

Kiçik kampaniyalarla başlamaq və nəticələrə görə strategiyanı təkmilləşdirmək tövsiyə olunur.

Nəticə

Google Ads düzgün strategiya ilə istifadə edildikdə bizneslər üçün sürətli, ölçülə bilən və effektiv reklam nəticələri təqdim edən güclü bir platformadır.

Dəqiq hədəfləmə, büdcəyə nəzarət və davamlı optimizasiya sayəsində Google Ads həm satışların artmasına, həm də brend tanınırlığının yüksəlməsinə kömək edir.

Rəqəmsal mühitdə uğur qazanmaq istəyən bizneslər üçün Google Ads vacib və etibarlı reklam alətidir.

 

Bu bloq sizin üçün faydalı oldusa, “Ən çox izlənən maraqlı reklamlar” adlı yazımızı da mütləq oxuyun:

https://digitalhero.az/en-cox-izlenen-maraqli-reklamlar/

Müəllif: Fatimə Babaşlı