Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Google Product Expert Nədir? Digital Hero - Google Product Expert nedir

 Google Product Expert, Google-un məhsulları (məsələn, Gmail, YouTube, Google Ads, Chrome və s.) üzrə istifadəçilərə yardım edən könüllü şəxslərə verilən rəsmi statusdur. Bu proqram çərçivəsində iştirakçılar support.google.com platformasında digər istifadəçilərin suallarına cavab verir, texniki məsələlərdə yardım göstərirlər. Bu şəxslər Google-da rəsmi olaraq işləmir, lakin Google tərəfindən tanınır və müəyyən imtiyazlara malik olurlar. Proqramın əsas məqsədi məhsul istifadəçilərinə sürətli və keyfiyyətli dəstək göstərmək, bilik alış-verişini artırmaqdır.

Google Product Expert Növləri

 Product Expert proqramı iştirakçıları göstərdikləri aktivlik və texniki biliklərinə əsasən müxtəlif səviyyələrə təltif olunur.Təltif olunma üçün hər səviyyənin keçməli olduğu xal və tövsiyyə dəyəri mövcuddur:  Bronz: Yeni qoşulan və yeni sual cavablayan istifadəçilər; Gümüş: Davamlı aktivlik göstərən və tanınmağa başlayan istifadəçilər; Qızıl: Əsaslı cavabları və texniki biliyi ilə seçilən istifadəçilər; Platin: Dərin texniki təcrübəyə malik istifadəçilər; Almaz: Elit səviyyəli, uzun müddətli və çoxlu yardım etmiş istifadəçilər.

Google Product Expert Olmağın Üstünlükləri

 Google Product Expert proqramı yalnız texniki dəstək göstərmək üçün deyil, həm də şəxsi və peşəkar inkişaf üçün əhəmiyyətli imkanlar yaradır. Əsas üstünlüklər bunlardır: Tanınırlıq: Ekspert statusu Google tərəfindən tanınır və şəxsi brendin gücləndirilməsində böyük rol oynayır. Google tədbirlərinə dəvət: Ən aktiv ekspertlər müxtəlif Google tədbirlərinə qatılmaq imkanı əldə edirlər. Networking: Fərqli ölkələrdən olan ekspertlərlə təcrübə mübadiləsi və əməkdaşlıq imkanı yaranır. Sertifikatlar və hədiyyələr: Google tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunur.

Google Product Expert Necə Olmaq Olar?

 Google Product Expert proqramına qoşulmaq üçün hər hansı imtahan və ya ödəniş tələb olunmur. Əsas məsələ Google məhsulları barədə bilikli olmaq, insanların suallarını cavablamaq və aktiv olmaqdır.  Başlanğıc olaraq Google məhsulları siyahısında bir məhsul seçib məlumat toplaya bilərsən. Bundan sonra isə qeydiyyat linki vasitəsilə ilə qeydiyyatdan keçib prosesə başlaya bilərsən.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !