Mündəricat
ToggleHttp status kodları nədir?
HTTP status kodu veb saytın serverinin brauzerə göndərdiyi bir mesajdır və bu mesaj həmin sorğunun yerinə yetirilib-yetirilmədiyini göstərir. Status kodlarının spesifikasiyası W3C tərəfindən müəyyən olunur. Bu kodlar səhifənin HTTP başlıqlarında yerləşir və brauzerə etdiyi sorğunun nəticəsi barədə məlumat verir. HTTP status kodları 5 əsas qrupa bölünür. Hər bir qrup xətanın harada baş verdiyini, nömrə isə konkret xətanın nə olduğunu göstərir.Status kodları və onların mənaları
SEO-ya necə təsir edir?
SEO-ya heç bir mənfi təsiri yoxdur.Google bilir ki bu yönləndirmə müvəqqətidir ona görə də bu status koduna 301 kimi(permanently) davranmır307 və 302 status kodları arasındakı fərqlər
İlk baxışda bu iki status kodu arasında oxşarlıq olduğunu hiss etdik.Hər ikisi müvəqqəti olaraq url dəyişdirir.Bəs fərqləri nələrdir? 307 protokolu 302-nin modern və yeni versiyası olaraq düşünə bilərik.302 də eyni ilə müvəqqəti yönləndirməni bildirir amma: 1.serverin niyyəti nədir niyə bu proses baş verməlidir və s google-a dəqiq ötürmür 2.Bəzən bunu səhvən 301 kimi də qəbul edir. Nümunə: 302 Redirect: Bir restoran deyir ki, “Müvəqqəti olaraq yeni yerə köçdük,” amma müştərilər bunu qalıcı zənn edə bilər. 307 Redirect: Eyni mesajı verir, amma əlavə edir: Biz müvəqqəti buradayıq, əsas yerimiz qalır.Veb saytın status kodlarına hardan baxa bilərik?
Bir veb-saytın və ya onun alt səhifələrinin hansı HTTP status kodunu qaytardığını öyrənməyin bir neçə yolu var. Ən praktik və geniş istifadə olunan metodlardan biri Screaming Frog SEO Spider proqramıdır. Bu proqram vasitəsilə saytdakı bütün URL-ləri analiz edə, onların hansı status kodunu (məsələn, 200, 301, 404 və s.) verdiyini görə bilərsiniz. Bunun üçün sadəcə:301 və 302 status kodları fərqləri nələrdir?
Sayt istifadəçilərini və axtarış motorlarını istədikləri URL-dən fərqli bir ünvana yönləndirmək üçün istifadə edilən iki əsas yönləndirmə (redirect) növü var: 301 və 302 redirectlər. Hər iki yönləndirmə oxşar nəticə verir, amma aralarında mühüm fərqlər var. Yanlış redirect seçsəniz və ya redirectə ehtiyac olmadığı halda istifadə etsəniz, saytınızın SEO sıralamalarına mənfi təsir edə bilərsiniz. Bunun qarşısını almaq üçün redirect növlərini və onları nə zaman və necə istifadə etməli olduğunuzu yaxşı başa düşməlisiniz.301 Redirect Nədir?
301 redirect — daimi yönləndirmə növüdür. Bu redirect, səhifənin qəti olaraq başqa bir URL-ə köçürüldüyünü bildirir. Brauzerlər bu yeni ünvanı yadda saxlayır (cache edir), bu da növbəti girişlərdə daha sürətli yönləndirməyə imkan yaradır.301 Redirect Nə Zaman İstifadə Olunmalıdır?
301 yönləndirmələr bu hallarda tətbiq olunur:- Saytınızın URL-ni daimi olaraq dəyişdirmək istədikdə
- Saytı HTTP-dən HTTPS-ə keçirdikdə
- Birdən çox sayt və ya səhifəni tək ünvanda birləşdirmək istədikdə
- URL strukturunda daimi dəyişiklik etdikdə
- www və ya non-www versiyalarını birləşdirmək lazım gəldikdə
302 Redirect Nədir?
302 redirect — müvəqqəti yönləndirmə növüdür. Bu yönləndirmə qısa müddətli dəyişikliklər üçün istifadə olunur və axtarış motorlarına səhifənin keçici olaraq başqa ünvana köçürüldüyünü bildirir. Əgər sonradan əvvəlki ünvana qayıtmaq fikriniz varsa, 302 redirect daha uyğundur.302 Redirect Nə Zaman İstifadə Olunmalıdır?
- Qısa müddətli kampaniya və ya aksiyalar zamanı
- Sayt və ya səhifə dizaynını A/B test etdikdə
- İstifadəçiləri lokasiya və dilə görə yönləndirmək istədikdə
- Yeni dizayn üçün feedback toplamaq, amma SEO sıralarına təsir etməmək istədikdə
Daha çoxu üçün teleqram kanalımızı izləyin !