Mündəricat
Toggleİnvestisiya nədir?
İnvestisiya gəlir və ya qiymət artımı əldə etmək məqsədi ilə əldə edilmiş aktivdir. Əgər hazırda investisiya etmək üçün büdcəniz yoxdursa Kredit Kartı əldə edərək investisiyanızı reallaşdıra bilər və aylıq hissə-hissə ödəməklə rahat şəkildə ödənişinizi edə bilərsiniz.
İnvestisiya necə həyata keçirilir?
Bir şəxs investisiya kimi bir məhsul satın aldıqda, məqsəd malı istehlak etmək deyil, gələcəkdə onun dəyərlənməsini gözləmək, yatırım etməkdir.
İnvestisiya hansısa resursun – vaxtın, səyin, pulun və ya aktivin – gələcəkdə ilkin qoyulduğundan daha böyük gəlir əldə etmək ümidi ilə alınmasına aiddir. Məsələn, investor hər hansı məhsulu gələcəkdə daha dəyərli ola biləcəyiniz düşünərək alır, bu avtomobil, ev, qiymətli kağır və s ola bilər.
İnvestisiya necə işləyir?
İnvestisiya fəaliyyətinin məqsədi gəlir əldə etmək və zamanla alınan malın dəyərinin artmasıdır. İnvestisiya gələcəkdə gəlir əldə etmək üçün istifadə olunan istənilən mal və xidmətə istinad edə bilər. Buraya istiqrazların, səhmlərin və ya daşınmaz əmlakın alınması daxildir.
İnvestisiya heç bir gəlir gətirməyə də bilər və ya zamanla dəyərini itirə də bilər. Məsələn, investisiya qoyduğunuz şirkət müflis ola bilər. Alternativ olaraq, əldə etmək üçün vaxt və pul qoyduğunuz ixtisasımız yaxud təhsilimiz bu sahədə güclü iş bazarı ilə qarşılaşmaya bilər. Buna görə də, investisiya edərkən, daima riskləri nəzərdə saxlamaq vacibdir.
İnvestisiyaya nece başlamaq olar?
İnvestisiya fəaliyyəti edərkən və ya pulu kənara qoyarkən haradan başlamaq lazım olduğunu öyrənərkən bir çox fərqli yol var. İnvestisiyaya başlamaq üçün bəzi məsləhətlər:
Maliyyə ehtiyaclarınızı analiz edin
Əvvəlcə risk, investisiya məqsədi və ailə üzvlərinin və qazanan üzvlərin sayı, məqsədləri kimi digər amillərlə bağlı maliyyə vəziyyətinizi təhlil edin. Hətta bir maliyyə mütəxəssisindən kömək ala bilərsiniz.
İnvestisiyalarınızı devrsifikasiya edin
Risk və gəlirlər arasında düzgün balansı saxlamaq üçün vəsaitlərinizi müxtəlifləşdirməlisiniz..
Vaxt periodu
Tələblərinizdən asılı olaraq qısamüddətli və ya uzunmüddətli fondlar seçə bilərsiniz. Vaxt periodunu müəyyən edərək investisiyanızı həyata keçirin. Gəlirin tez və ya gec əldə oluna bilməsini əvvəlcədən hesablayıb investisiyalarınızı reallaşdırmağa çalışın.
Dövri qiymətləndirmə
Təqaüdə çıxdıqdan sonra gəlir mənbəyi kimi xidmət edəcək bir fond yaratmaq üçün əmanətlərinizi bir neçə investisiya seçimlərinə yatıra bilərsiniz.
Daha çoxu üçün teleqram kanalımızı izləyin !