Mündəricat
ToggleKPİ Nədir?
KPİ(Key Performance İndicator) Sadə dildə desək, KPI-sizin bir işi və ya məqsədi nə qədər uğurla yerinə yetirdiyinizi ölçmək üçün istifadə olunan göstəricidir.
Məsələn,siz bir hədəfə doğru irəliləyirsiniz və bilmək istəyirsiniz ki, doğru yoldasınız ya yox. KPI məhz bu yolda sizin performansınızı ölçür və irəliləyişinizi izləməyə kömək edir.
Əsas performans göstəriciləri iş həyatında qarşıya qoyulan hədəflərin daha sistematik, ölçülə bilən və konkret şəkildə ifadə olunan formasıdır.
KPI-lar komandalar üçün hədəflər təyin edir, irəliləyişi qiymətləndirmək üçün mərhələlər göstərir və təşkilat daxilində insanların daha yaxşı qərarlar qəbul etməsinə kömək edən anlayışları təqdim edir.
KPİ Niyə Vacibir?
Əsas Performans Göstəricilərinin(KPİ) nə olduğunu bildik.Bəs şirkətlər niyə əsas performans göstəricilərinə ehtiyac duyur?
KPİ işçinin motivasiya artımına olduqca yüksək təsir göstərən faktorlardandır.Bu göstərici işçidən daha çox çalışmasını yox,əksinə daha sistemli və planlı çalışmasını tələb edir.Adətən uzun müddətdir eyni şirkətdə işləyən işçilərdə bir müddət sonra “mən şirkətə nə fayda verirəm?” sualı yaranır.Bu zaman isə köməyə KPİ çatır.Onun tətbiqi ilə işçi müəyyən müddət aralığında şirkətə qatdığı dəyəri,öz iş performansını analiz edə bilər.Bu isə işçinin iş motivasiyasını artırır,yəni KPİ vasitəsilə əvvəlcədən müəyyənləşdirilən periodda işçi nə qədər uğur qazanıb? sualına da cavab tapılır.
Əsas performans göstəricilərinin faydalarına nəzər yetirək:
Komandalararası əlaqə: Layihənin uğurunu və ya işçinin performansını ölçməkdən asılı olmayaraq, KPİ-lər komandaların eyni istiqamətdə hərəkət etməsini təmin edir.
Təşkilatın real vəziyyətinin analizi: Əsas Performans Göstəriciləri təşkilatınızın risk faktorlarından maliyyə göstəricilərinə qədər real bir baxış təqdim edir.
Düzəlişlər edin: KPİ-lər sizə uğurlarınızı və çatışmazlıqlarınızı aydın şəkildə göstərir ki, işə yarayanları daha çox, işə yaramayanları isə daha az edə biləsiniz.
Əsas Performans Göstəriciləri ilə hər kəsin dəyər yaratdığından əmin olun – bu göstəricilər işçilərin irəliləyişini izləməyə və menecerlərin işləri davam etdirməsinə kömək edir.
SMART KPİ Nədir?
Məqsədə çatmaq üçün KPİ-ləri məqsədli şəkildə seçmək vacibdir. SMART metodu, məqsədlərinizə doğru irəliləmək üçün yaxşı KPİ-ləri seçməyinizə kömək edən təsirli bir yoldur.
SMART spesifik, ölçülə bilən, əldə edilə bilən, əlaqəli və zamana bağlı deməkdir. İnsanlar bu metodu adətən öz məqsədlərini müəyyənləşdirmək üçün istifadə edirlər.Bu meyarları effektiv KPİ-ləri seçmək üçün necə tətbiq edə biləcəyinizə baxaq:
Spesifik (Məqsədli): Nəyə nail olmaq istəyirsiniz? KPİ mənə lazım olan məlumatı düzgün təqdim edirmi?
Ölçülə bilən: Bu göstərici ümumi biznes məqsədlərinin uğurunu ölçürmü və özü də ölçülə bilirmi?
Əldə edilə bilən: Məqsədiniz həqiqətən əldə edilə biləndirmi? Bu KPİ-ni düzgün ölçmək və əldə etmək üçün resurslarım varmı?
Əlaqəli: Bu göstərici mənim məqsədlərimlə və nə əldə etmək istədiyimlə əlaqəlidirmi?
Zamana bağlı: Məqsədinizə nə zaman çatacaqsınız və vacib mərhələlər hansılardır?Başlanğıc və son tarixləri varmı?
KPI Nümunələri
Biznes KPI-ları: İş əməliyyatlarınızın və ümumi performansınızın ölçülməsi üçün lazımlıdır.
Gəlir artımı
Mənfəət marjaları
Müştəri rəyləri
Sadələşmə dəyərləri
Maliyyə KPI-ları: Maliyyə sağlamlığınızı ölçməyə kömək edir.
Kredit xərcləri
Kassa dövriyyəsi
Cəmi aktivlər
Kredit tətbiqi cədvəlləri
Satış KPI-ları: Satış performansınızı və satış nəticələrinizi ölçmək üçün istifadə olunur.
Satış gəliri
Konversiya dərəcəsi
Əməkdaş başına gəlir
Satış hədəflərinə çatma faizi
Yeni müştəri qazanma
Satış xərcinin gəlirə nisbəti
Marketinq KPI-ları: Marketinq tədbirlərinizin və kampaniyalarınızın effektivliyini ölçməyə kömək edir.
Marka tanınmışlığı
E-poçt marketinqinin effektivliyi
Aylıq veb sayt trafiki
Layihə idarəetmə KPI-ları: Layihə performansınızı ölçmək üçün lazımlıdır. Layihə başlanğıcının müddəti,
Layihəyə olan vaxt
Proyektin təməl məqsədlərinə nə qədər yaxınlaşdığınız və digər metrikləri ölçə bilərsiniz.
Müştəri əlaqələri KPI-ları: Müştəri ilə qurulan münasibətləri və təcrübəni ölçmək üçün istifadə olunur
Müştəri şikayəti dərəcəsi
Müştəri loyallığı
Şikayətlərin həll nisbəti
Sorğu sonrası məmnuniyyət
KPI-ları ölçmək üçün istifadə edilən 3 effektiv sayt
Vebsayt performansı,kampaniyaları izləmə,istifadəçi davranışı,dönüşüm nisbətləri və başqa analizlər üçün istifadə olunan olduqca effektiv bir saytdır
Marketinq kampaniyaları,e-poçt performansı,satış və müştəri xidməti ilə bağlı KPI-ları izləmək üçün çoxfunksiyalı bir vasitədir.
Vizual analitiklər və fərdiləşdirilmiş hesabatlar yaratmaq üçün güclü bir platformadır. KPI-ların qrafik formasında təhlili üçün uyğundur.
Əsas Performans Göstəriciləri biznesin fəaliyyətini ölçmək və təkmilləşdirmək üçün vacib bir vasitədir. Doğru KPI-ları müəyyən etmək və izləmək, həm strateji hədəflərə çatmağa, həm də resurslardan effektiv istifadə etməyə imkan yaradır. Bu səbəbdən KPI-ların davamlı olaraq yenilənməsi və analiz edilməsi lazımdır.
KPI iş həyatında qarşıya qoyulan hədəflərin daha sistematik, ölçülə bilən və konkret şəkildə ifadə olunan formasıdır.
Məqsədə çatmaq üçün KPİ-ləri məqsədli şəkildə seçmək vacibdir. SMART metodu, məqsədlərinizə doğru irəliləmək üçün yaxşı KPİ-ləri seçməyinizə kömək edən təsirli bir yoldur.
Əsas Performans Göstəriciləri (KPI-lar) biznesin inkişafında vacib bir rol oynayır. Onlar bir təşkilatın biznes və marketinq hədəflərinə çatıb-çatmayacağını müəyyən etmək üçün lazım olan məlumatları təmin edir.
Hər kəs KPI-lardan öz performansını ölçmək üçün istifadə edə bilər. Bizneslər KPI-ları hədəflərə çatmaqda uğurlarını qiymətləndirmək üçün istifadə edir.
Marketinq tədbirlərinizin və kampaniyalarınızın effektivliyini ölçməyə kömək edir. Buna marka tanınmışlığı, e-poçt marketinqinin effektivliyi,aylıq veb sayt trafiki aid ola bilər.
Daha çoxu üçün teleqram kanalımızı izləyin !