Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Rəqəmsalçılar üçün html kodlar

HTML nədir?

HTML (HyperText Markup Language) veb səhifələrin əsas strukturunu yaradan kodlardır. Bu kodlar sayəsində internetdə gördüyümüz mətnlər, şəkillər, linklər və digər elementlər düzgün şəkildə göstərilir. 

Marketoloqlar üçün HTML kodların əsaslarını bilmək çox önəmlidir. Belə ki, bu biliklər sayəsində onlar veb saytların strukturunu daha yaxşı anlayır və rəqəmsal kampaniyaların effektivliyini artırırlar. HTML-nin nə olduğunu və necə işlədiyini bilən marketoloqlara landing page-ləri optimallaşdırmaq, SEO strategiyalarını inkişaf etdirmək və kampaniya izləmə kodlarını düzgün yerləşdirmək daha asan olur. 

Ümumiyyətlə, HTML bilikləri marketinq işinin texnoloji tərəfini gücləndirir və rəqəmsal marketinqdə uğurun açarıdır.

<head> nədir?

<head> hissəsi saytın “görünməyən” hissəsidir. Bu bölmədə sayt haqqında texniki məlumatlar yerləşir. İstifadəçilər bu məlumatları görmür, amma brauzer və axtarış sistemləri üçün vacibdir.

<head> bölməsində nələr olur?

  • Saytın başlığı (title)
  • Meta təsvir (SEO üçün vacibdir)
  • Open Graph tag-ları (sosial şəbəkələrdə paylaşım üçün)
  • Google AnalyticsMeta Pixel kimi izləmə kodları
  • Sayta əlavə olunan CSS faylları (dizayn üçün)
head kodu

G-XXXXXXX yerinə öz Google Analytics ID-ni yazmağı,
Content hissəsində isə SEO-ya uyğun qısa təsvir yerləşdirməyi unutma.

<body> nədir?

<body> hissəsi saytın görünən hissəsidir. İstifadəçinin brauzerdə gördüyü bütün məzmunlar – mətnlər, şəkillər, düymələr, videolar və s. – burada yerləşir.

<body> bölməsində nələr olur?

  • Məqalələr, blog yazıları
  • Şəkillər və videolar
  • CTA (Call to Action) düymələri
  • Formlar (məsələn, qeydiyyat forması)
  • İstifadəçi ilə birbaşa əlaqəli bütün elementlər

Niyə bu sizə vacibdir?

  • SEO üçün: <head>-də düzgün title və meta description yazmalısınız.
  • İzləmə kodları üçün: Pixel, tag manager kodları mütləq head və ya body-ə düzgün yerləşdirilməlidir. 
  • Sayt analizi üçün: Hansı məzmunun harada yerləşdiyini başa düşmək sizə struktur analizi aparmağa kömək edir.

Heading tag nədir?

HTML-də heading-lər (başlıqlar) <h1>-dən <h6>-ya qədər dəyişir. Bunlar saytın və ya səhifənin məzmun strukturunu qurmaq üçündür.
Yəni bu tag-lar axtarış motorlarına və istifadəçiyə “bu məzmun nə haqqındadır?” sualının cavabını verir.

Heading

Təyinatı

<h1>

Əsas başlıq (saytda bir dəfə olmalıdır)

<h2>

Bölmə başlığı (ana mövzunun alt mövzuları)

<h3>

Daha kiçik alt başlıq (h2-nin altındakı hissələr)

<h4><h6>

Daha detallı başlıqlar, adətən nadir hallarda istifadə olunur

heading kodu

<p> nədir?

<p>“paragraph” sözünün qısaltmasıdır. HTML-də mətn yazmaq üçün istifadə olunan əsas tag-dir.
Yəni siz bir cümlə, izah və ya blog mətni yazırsınızsa, onu <p> ilə əhatə etməlisiniz.

Marketoloq bu tag-i niyə bilməlidir?

  1. Məzmun düzgün strukturlansın deyə

Google və digər axtarış sistemləri səhifədəki mətni tanıyarkən <p> içindəki mətnə daha çox diqqət edir. Əgər məzmun <p> tag-i olmadan yazılıbsa, o mətn bəzən düzgün oxunmur və səhifənin SEO performansına mənfi təsir edə bilər.

  1. Sayt analizi zamanı

Screaming Frog, Semrush və ya Ahrefs kimi alətlər vasitəsilə analiz apararkən, bu alətlər paraqraf içindəki kontentə əsaslanaraq səhifənin dəyərini ölçür. Ona görə marketoloq başa düşməlidir ki, <p> tag-i olmayan mətnlər “boş” kimi görünə bilər.

  1. Blog və açılış səhifələrinin hazırlanmasında

Əgər siz kontent yazırsınızsa və ya sayt üçün texniki tapşırıq hazırlayırsınızsa, kontent hissələrinin <p> ilə ayrıldığını bilməyiniz, dizayner və developer-ə düzgün təlimat verməniz üçün vacibdir.

  1. İzləmə və dönüşüm analitikası üçün

Bəzi scroll tracking və content analysis alətləri (Hotjar, Google Tag Manager, v.s.) məhz <p> və digər əsas HTML elementləri üzrə davranışı izləyir. O paraqraf düzgün ayrılmayıbsa, istifadəçi davranışı da yanlış analiz edilə bilər.

Qısaca desək:

<p> – vebdə məzmunun doğru şəkildə göstərilməsi və analiz edilməsi üçün əsas rol oynayır. Marketoloq bunu bildikdə, həm SEO, həm istifadəçi təcrübəsi, həm də sayt strukturu baxımından daha düzgün qərarlar verir.

<a> tag-i nədir?

<a> (anchor) tag-i vasitəsilə bir mətni kliklənə bilən keçidə çeviririk. Bu keçid başqa bir səhifəyə, başqa bir sayta və ya eyni səhifədə müəyyən hissəyə aparır.

a kodu

Rəqəmsal marketoloq bunu niyə bilməlidir?

  1. SEO üçün daxili və xarici linklər
  • Daxili keçidlər (internal links): Sayt daxilində bir səhifədən digərinə keçid verir. Bu SEO üçün vacibdir, çünki axtarış motorları səhifələr arasındakı əlaqəni bu linklər vasitəsilə anlayır.
  • Xarici keçidlər (external links): Saytdan başqa bir sayta keçid verir. Doğru istifadə olunarsa, Google-un saytınıza olan etibarını artırır.
  1. Backlink anlayışı bu tag-lə bağlıdır

Backlink – başqa saytdan sizin saytınıza verilmiş keçiddir və bu da <a> tag-i ilə yaradılır. Ona görə də, backlinklərin yerləşdirilməsi, anchor text-lərin düzgün seçilməsi bu tag ilə bağlıdır.

  1. Reklam təqibi üçün UTM linkləri

Marketoloq kampaniya linklərini UTM kodları ilə bəzəyir (məsələn: ?utm_source=instagram&utm_campaign=kampaniya1). Bu linklər də <a> tag-i ilə istifadə olunur, və onların düzgün işləməsi üçün bu tag-i başa düşmək lazımdır.

  1. Call-to-Action (CTA) linkləri

“Ətraflı oxu”, “Qeydiyyat üçün buraya kliklə”, “Endirimdən yararlan” kimi CTA-lar <a> tag-i ilə verilir. Bu linklərin yerləşdirilməsi və analiz olunması üçün bu tag-in necə işlədiyini bilmək vacibdir.

<a> tag-i rəqəmsal marketoloq üçün həm trafik yönləndirməsi, həm SEO, həm konversiya izləməsi, həm də analitika baxımından kritik əhəmiyyət daşıyır. Bu tag-i başa düşmək — uğurlu link strategiyasının əsasını təşkil edir.

a-atribut

Target atributu

 DəyəriİzahıQeyd
_selfLink cari pəncərədə/tabda açılır (default)Ən çox istifadə olunan dəyər
_blankLink yeni pəncərə/tabda açılırTəhlükəsizlik üçün rel="noopener noreferrer" ilə istifadə tövsiyə olunur
_parentLink yuxarı səviyyəli frame-də açılırFrame-lərlə işləyərkən istifadə edilir
_topLink bütün frameset-i əvəz edir və yuxarı səviyyədə açılırFrameset-lərlə bağlıdır

Backlinklərin növləri:

Backlinklər saytın etibarlılığını və axtarış motorlarındakı reytinqini artırır. Onlar digər saytların sizin məzmununuza etibar etdiyini göstərir və daha çox trafik cəlb etməyə kömək edir. Buna görə də, SEO-nun əsas elementlərindən biridir.

backlinklerin növləri

<img> tag-i nədir?

<img> – “image” sözünün qısaltmasıdır. Bu tag saytda şəkil göstərmək üçün istifadə olunur. Yəni bir sayt və ya blog postunda göstərilən bütün şəkillər HTML-də <img> tag-i ilə əlavə olunur.

İmage alt text
img-kodu

Atribut

İzah

src

Şəklin yerləşdiyi ünvan (source)

alt

Alternativ mətn – SEO və əlçatanlıq üçün vacibdir

width / height

Şəklin ölçüləri

loading=”lazy”

Şəklin səhifə tam yükləndikdə yox, istifadəçi ora çatdıqda yüklənməsi (performans üçün faydalıdır)

Marketoloq üçün niyə vacibdir?

  1. SEO üçün ALT atributu
    Axtarış motorları şəkilləri “görə bilmir”, alt mətninə baxaraq anlayır.
    Buna görə şəkillərdə açar sözlər daxil olan təsviri alt mətni yazmaq SEO baxımından önəmlidir.
  2. Sayt sürəti və performansı
    Böyük ölçülü şəkillər saytı yavaşladır.
    Marketoloq bunu anlamalı və şəkilləri optimize etməyi bilməlidir.
    loading=”lazy” atributu şəkillərin gec yüklənməsinə kömək edir.
  3. Kontent düzgün görünməsi üçün
    E-mail marketinq, açılış səhifələri, sosial media inteqrasiyasında şəkillərin düzgün göstərilməsi üçün img tag-i və atributları düzgün yazılmalıdır.
  4. İzləmə və klik ölçməsi
    Bəzən şəkillər CTA ola bilər (“şəkilə kliklə” tərzində).
    Bu zaman şəkil ya linklə bərabər verilir (<a><img></a>), ya da üzərinə event izləmə kodları əlavə olunur (Google Tag Manager ilə).

<img> tag-i — sadəcə şəkil əlavə etmək deyil, həm də SEO, UX və performans baxımından önəmli bir vasitədir.

Rəqəmsal marketoloq olaraq şəkillərin necə işlədiyini və onların sayt təcrübəsinə necə təsir etdiyini anlamaq sizi bir addım qabağa aparır.

Qeyd: alt (alternative text) şəkilin nə olduğunu təsvir edən mətn kimi işləyir və ekran oxuyucu proqramlar tərəfindən istifadə olunur. Görmə problemi olan istifadəçilər saytı ziyarət etdikdə, ekran oxuyucu alt mətnini səsləndirərək şəkilin nəyi göstərdiyini onlara çatdırır.

<title> nədir?

<title> tag-i HTML sənədinin <head> hissəsində yerləşir və səhifənin başlığını təyin edir.
Bu başlıq:

  • Axtarış nəticələrində linkin üstündə görünür.
  • Brauzer tabində görünür.
  • SEO üçün əsas siqnallardan biridir.
title kodu

SEO baxımından yaxşı title necə olmalıdır?

  1. 30–60 simvol arasında olsun.
  2. Əsas açar sözləri əvvəl yerləşdirin.
  3. Sayt adını da daxil edin (sonda).
  4. Hər səhifədə unikal title olmalıdır.
  5. Klick almağa həvəsləndirici və maraqlı yazılmalıdır.
HTML meta kodları

Meta kodlar

Meta taglər veb səhifənin başlıq hissəsində yerləşən və səhifə haqqında axtarış motorlarına və brauzerlərə məlumat verən kod parçalarıdır. Onlar səhifənin təsvirini, açar sözlərini və indeksləmə qaydalarını təyin edir. Düzgün yazılmış meta teqlər SEO üçün vacibdir və saytın axtarış nəticələrində daha yaxşı görünməsinə kömək edir. 

Meta Description nədir?

<meta name=”description” content=”…”> tag-i, veb səhifənin qısa təsvirini göstərir. Bu təsvir axtarış motorlarının nəticələrində linkin altında görünür və istifadəçiyə səhifənin nə haqda olduğunu qısa və aydın şəkildə bildirir.

Meta Description-un SEO üçün əhəmiyyəti

  • İstifadəçi diqqətini cəlb edir: Yaxşı yazılmış təsvir kliklənmə nisbətini (CTR) artırır.
  • Açar sözlərin təbii istifadəsi: Meta təsvirində açar sözlər varsa, onlar qalın halda göstərilir və istifadəçiyə səhifənin uyğun olduğunu bildirir.
  • Səhifənin məzmununu qısa təqdim edir: İstifadəçi səhifəyə klik etməzdən əvvəl əsas mövzunu anlayır.
  • Google meta description-u bəzən istifadəçi sorğusuna uyğun dəyişdirə bilər, amma yaxşı yazılmış təsvir əsas rol oynayır.

Meta Robots Tag nədir?

<meta name=”robots” content=”…”> — Bu tag hər bir HTML səhifənin <head> hissəsində yerləşir və axtarış motorlarına həmin səhifəni necə indeksləmək və linklərini necə izləmək (follow) lazım olduğunu bildirir.

Əsas content dəyərləri:

Dəyər

İzahı

index

Səhifəni indekslə (Google-a göstər)

noindex

Səhifəni indeksləmə (görünməsin)

follow

Səhifədəki linkləri izlə

nofollow

Linkləri izləmə

noarchive

Səhifənin Google keşlənməsini blokla

nosnippet

Səhifənin axtarış nəticəsində snippet göstərmə

Nümunələr:

  • Saytı indekslə və linkləri izləyir:
  • Saytı indeksləmə və linkləri izləmə (default dəyərlər):
  • Saytı indeksləməmə (sayt görünməsin):
  • Yalnız indekslə, linkləri izləmə:
  • Yalnız indeksləmə, linkləri izləmə məhdudlaşdır:

Robots.txt faylı nədir?

robots.txt — bu saytınızın kök (root) qovluğunda yerləşən mətn faylıdır və axtarış motoru botlarına saytın hansı hissələrinə girməyi qadağan etdiyini göstərir.

robots.txt fayl
  • User-agent: * — bütün botlara aiddir.
  • Disallow — giriş qadağan olunan qovluq və ya səhifələr.
  • Sitemap — sitemap ünvanı (axtarış motorlarına sitemap-ı bildirir).

     

SEO üçün tövsiyə

  • Meta robots tag-ı səhifə səviyyəsində incə idarə etmə üçündür.
  • Robots.txt ümumi sayt səviyyəsində botların girişi üçün istifadə olunur.
  • Əgər xüsusi səhifəni Google-da göstərmək istəmirsinizsə, həmin səhifəyə noindex meta tag-ı qoyun.
  • Əhəmiyyətli faylları və admin paneli robots.txt ilə bloklamaq yaxşıdır.

Canonical tag nədir?

<link rel=”canonical” href=”https://example.com/səhifə”> — bu tag bir səhifənin əsas (orijinal) versiyasını axtarış motorlarına göstərmək üçündür.

Əgər eyni və ya oxşar məzmun bir neçə URL-də yerləşibsə, Google hansını əsas sayacağını bilməyə bilər. Bu zaman canonical tag vasitəsilə “Əsas URL budur” deyə bildirmiş olursunuz.

SEO baxımından niyə vacibdir?

  • Dublikat kontentin qarşısını alır
  • Saytın autoritetini bölmür, SEO dəyərini bir URL-də cəmləyir
  • E-ticarət, filtrli səhifələr, UTM linkləri və oxşar strukturlarda məzmun təkrarı problemi yarandıqda istifadə olunur

Meta keywords

Bu teq axtarış motorlarına səhifənin əsas açar sözlərini bildirir, amma günümüzdə çox istifadə olunmur. SEO üçün daha çox meta description və keyfiyyətli məzmun önəmlidir.

meta keywords

Rəsmi olaraq 2009-cu ildən sonra Google meta keywords-un sıralama faktorlarında istifadə edilmədiyini bəyan edib.

Meta keywords teqinə digər platformalar və axtarış motorlarının yanaşması belədir:

  • Bing (Microsoft): Bing əvvəllər meta keywords-dan müəyyən dərəcədə istifadə edirdi, amma son illərdə onun SEO-da əhəmiyyəti çox azalıb. Rəsmi açıqlamalar göstərir ki, Bing əsasən keyfiyyətli məzmun və digər faktorları ön planda saxlayır.

  • Yahoo: Yahoo axtarış nəticələrini əksər hallarda Bing motoru təmin etdiyindən, meta keywords-un rolu Bing kimi qiymətləndirilir.

  • Yandex: Rusiya bazarında populyar olan Yandex meta keywords-a müəyyən qədər önəm verir, lakin yenə də əsas faktorlar arasında deyil. Onun da algoritmi əsasən məzmunun keyfiyyətinə və istifadəçi davranışına fokuslanır.

  • Digər platformalar və CMS-lər: WordPress, Joomla, Drupal kimi platformalar meta keywords-u əlavə etməyə imkan versələr də, SEO tövsiyələri artıq meta description və keyfiyyətli məzmuna daha çox diqqət yetirilməsini vurğulayır.

Google Tag Manager üçün variable-lar

  • Variable — istifadəçi, səhifə, hadisə, ya da başqa mənbələrdən alınan məlumatdır.

  • Bu məlumat tag-ların, trigger-ların işləməsində istifadə olunur.

  • Məsələn, istifadəçinin klik etdiyi elementin ID-si, URL, səhifə adı və s. kimi dəyərlər variable vasitəsilə əldə edilir.

Tag Managerdə click üzərindən seçilmiş variable-lar:

click varibales

Click Text nədir?

Google Tag Manager-də variable (dəyişən) anlayışı çox genişdir və ümumi mənada, variable — məlumatların müvəqqəti saxlandığı, yığıldığı, lazım olduqda çağırılan yerdir.

Click Text — istifadəçinin klik etdiyi elementin içindəki yazıdır.

Click text

Burada istifadəçi linkə kliklədikdə, Click Text dəyişəni "Buraya klik et" mətnini götürür.

Click ID nədir?

Click ID — HTML elementindəki id=”” atributudur. Bu ID sayt daxilində həmin elementə unikal identifikasiya verir.

click id

Burada id="signupBtn" — bu düymənin unikal identifikatorudur və GTM-də və ya JavaScript-də Click ID kimi istifadə edilə bilər.

Bu anlayışlar əsasən Google Tag Manager (GTM)click tracking (klik izləmə) ilə bağlıdır. Lakin bunları başa düşmək üçün HTML elementlərinin atributlarını bilməlisiniz.

Click URL

Click URL — istifadəçi bir linkə klik etdikdə, həmin linkin ünvanını (yəni URL-sini) avtomatik götürən sistem məlumatıdır.
Məsələn, biri “SMM kursuna bax” yazılı linkə klik edəndə, Click URL həmin linkin tam ünvanını (məsələn, https://example.com/smm-kursu) yadda saxlayır.

Event-də URL ona görə istifadə olunur ki, istifadəçinin hara klik etdiyihansı səhifəyə keçdiyi izlənə bilsin. Xüsusilə link klikləri, buton keçidlərikampaniyaların effektivliyini ölçmək üçün vacibdir. URL sayəsində hər kliklə bağlı dəqiq məlumat toplanır və analitik nəticələr daha düzgün olur.

Click Class

Click Class istifadəçi bir elementə (məsələn, düyməyə) klik etdikdə, həmin elementin class atributunda yazılmış dəyərləri götürən GTM dəyişənidir.

Google Tag Manager-də hansı elementin klikləndiyini müəyyənləşdirmək üçün istifadə olunur. Məsələn, əgər bir düymədə class="btn primary contact-button" yazılıbsa, Click Class bu üç sinfi birlikdə oxuyur.

Saytda oxşar düymələr çox olduqda onları class-lar vasitəsilə fərqləndirib düzgün izləmə aparmaq mümkündür.

Buttona WhatsApp linki necə qoyulur?

https://wa.me/994XXXXXXXXX

Burada 994XXXXXXXXX — sizin WhatsApp nömrənizdir (əldə 0 olmadan).
Məsələn: https://wa.me/994501234567

HTML Button nümunəsi:

WhatsApp linki yaratdıqdan sonra linki yerləşdirmək istədiyimiz a teqini tapırıq. Daha sonra href=”” dırnaqlar arasına linki yerləşdiririk.

wa.me — WhatsApp-ın rəsmi link sistemidir.
target=”_blank” — link yeni səhifədə açılsın deyə yazılır.

Zəng linki necə qoyulur?

Telefon nömrəsinə klik edən istifadəçinin mobil cihazda zəng etməsini təmin edən linkdir.

z'ng linki

tel: — zəng funksiyası üçün istifadə olunur.
+994501234567 — sizin nömrəniz (ülkə kodu ilə, 0-sız).

Zəng linkini yerlşdirmək üçün lazım olan nömrənin, iconun və ya düymənin a teqini tapırıq. Daha sonra href=”” dırnaqlar arasına linki yerləşdiririk.

Mobil cihazda işləyir — istifadəçi birbaşa zəng edə bilər.
Desktop-da kliklənəndə zəng etmə tətbiqi açılacaq (əgər qurulubsa).
SEO və UX baxımından əlaqə nömrəsinin link şəklində verilməsi tövsiyə olunur.

Bu biliklər marketoloqa bir neçə istiqamətdə üstünlük qazandırır. İlk növbədə, SEO ilə məşğul olan şəxs üçün saytın mənbə koduna baxaraq meta tag-ların, başlıqların və digər SEO elementlərinin düzgün yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olur. Eyni zamanda, izləmə kodlarının (Facebook Pixel, Google Tag Manager, event kodları və s.) düzgün inteqrasiya olunub-olunmadığını yoxlamaq və lazım gəldikdə müdaxilə etmək bacarığı formalaşır.

Digər tərəfdən, kod bilikləri marketoloqa veb sayt və ya açılış səhifələrində sadə dizayn və məzmun dəyişikliklərini sürətli şəkildə özünün etməsinə imkan verir. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də texniki komandadan asılılığı azaldır. Üstəlik, developer komandası ilə eyni dili danışmaq əməkdaşlığı daha effektiv edir və layihələrin daha sürətli həyata keçməsinə kömək edir.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !