Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

rtm nədir

Real Time Marketing nədir?

Real Time Marketing (RTM), cəmiyyətdə trendə çevrilmiş hadisələrin brendlər tərəfindən uyğun reklam və kommunikasiya kanalları vasitəsilə istehlakçılara operativ şəkildə çatdırılmasıdır. Bu strategiya media platformalarının imkanlarından istifadə edərək marka tanıtımını və diqqət çəkmə gücünü artırmağı hədəfləyir.

 

RTM şirkətlərə nə qazandırır?

  1. Sürətli reaksiya: RTM brendlərə aktual hadisələrə və trendlərə dərhal reaksiya vermə imkanı yaradır. Bu markanın trenddə qalmasını təmin edir.
  2. Artan interaktivlik: İstifadəçilərin diqqətini cəlb edən və onlarla əlaqə quran məzmun yaratmaq markanın postlarını viral olaraq paylaşılmasına və istifadəçi bağlılığını artırır.
  3. Daha yaxşı ROI: Sürətli yayılma(Virallıq) marketinq büdcəsinin səmərəli istifadəsini təmin edir və daha yaxşı geri dönüş (ROI) əldə etməyə kömək edir.

Azərbaycanda RTM

Bizim Tarla RTM

Game of Thrones-dakı məhşur “Winter is coming” ifadəsinə görə hazırlanmış RTM post nümunəsi.

Bizim Tarla

Myshops.az RTM

2021 ci ildə oğluna azərbaycanlı gəlin alan Jean-Claude Van Damme aid RTM postu

Myshops.az rtm

Ali və Nino RTM

Squid Game-ə xitafən hazırlanmış Poster. Postları qədər SMM-ləridə məzəlidir.

 

2023 cü ildə TV-yayımlanan bir verilşdə deyilən söz üzərinə hazırlanmış RTMlər. Videoya 2:20 baxın.

Bumeranq Kart

İspaniyanın İbiza adasında 2.3 milyonluq saatı oğurlanan Azərbaycanlı turistlə bağlı edilmiş RTM.

Cinemaplus (Cinemastercard)


Yeni İphone 11-ə xitafən hazırlanmış RTM postu

Azəriexpress

Ən sözünü işlətdiyi üçün cərimələnən Araz Marketlər şəbəkəsinə aid RTM etmək üçün hazırlanan post. həmin hadisə ilə bağlı ətraflı

2020 ci ildəki 2 ci Qarabağ müharibəsinə aid RTM nümunələr

Təhsil Sektorunda RTM

2020 Parlament seçkiləri zamanı baş vermiş dialoqa RTM

 

Ərəblərin Azərbaycanda Qanunsuz ov ovladığı ilə bağlı çıxan xəbərlər sonrası RTM)

Upper Education

2018 ci ildə Cənubi Koreya ilə Şimali koreya arasındakı sərhədin uzun illər sonra açılmasına aid RTM

Carry.az RTM nümunəsi

Expargo tərəfindən Müştərilərinə səhvən göndərilmiş ifadə sonrasına Carry.az-ın RTM nümunəsi 

Uğursuz və Silinən RTM postları

1FIT RTM postu

Astronomer-in CEO-su Andy Byron həmkarı ilə birlikdə Coldplay konsertində “kisscam”ə tuş gəldi.Bu an sosial mediada sürətlə yayıldı və bir çox şirkətlər fürsəti əldən verməyərək, bu hadisəyə  reaksiya verdilər.1FİT də bu tendensiyadan geri qalmadı.

1fit, real time marketing, rtm

World Telecom RTM postu

2023 cü ildə baş vermiş Zəlzələyə aid RTM post. İctimai qınaq olduğu üçün silindi.

WorldTelecom

Embawood RTM nümunəsi

2025 ci ildə baş vermiş maşın qəzasına görə hazırlanmış RTM örnəyi. İctimai qınaq olduğu üçün silindi

Embawood RTM nümunəsi

Kapital Bank RTM nümunəsi

Game of Thrones-in məhşur olduğu vaxtlarda Kapital Bankdan RTM nümunəsi. Müəllif hüquqlarının alınması ilə bağlı çoxlu suallar gəldiyi üçün silindi.

Kapital Bank RTM

Maxi.az RTM nümunəsi

2022-ci ildə Black Friday-da Xose Bernardonu reklam üzü seçərək “seçilmiş qara rəngli məhsullara endirim” ifadəsinin işlətməsi.

Dünyada RTM nümunələri

Nike RTM nümunəsi

2024 cü il Copa Amerika futbol müsabiqəsi zamanı çəkilmiş şəkildən Nike-ın ustaca istifadə etməsi.

nike reklam rtm

NIVEA RTM nümunəsi

İnsanların yaşlı və uşaqlıq şəkillərinin təxmini hansı formalarda olacağını göstərən FaceApp proqramı yeni çıxan zaman NIVEA bundan istifadə etməsi.

Duracell RTM

Super bowl oyunlarının istirahət arasında star wars temalı Duracell reklamı.

star wars rtm nədir

KFC-dan RTM nümunəsi

Real-Time Marketing hansı kanallarda həyata keçirilə bilər?

Real-Time Marketing sosial media, e-mail marketinqi, mobil tətbiqlər, və hətta ənənəvi media kanallarında (TV, radio) həyata keçirilə bilər.

RTM nə vaxt effektivdir?

Real-Time Marketing hadisələrin və ya trendlərin zirvəsində, yəni onlar hələ də aktual və populyar olduqda effektivdir.

Real-Time Marketing hansı riskləri daşıyır?

Yanlış anlaşılma və ya mənfi reaksiya riski daşıyır, çünki hadisələrə vaxtında və düzgün cavab vermək vacibdir.

RTM-i daha yaxşı mənimsəyib işinizdə işlətmək üçün Digital Marketing kurslarımıza qoşulun.

Real-Time Marketing müştərilərin və ya cəmiyyətin cari hadisələrinə və trendlərinə əsaslanaraq dərhal reaksiya verən marketinq strategiyasıdır.

Real-Time Marketing sosial media, e-mail marketinqi, mobil tətbiqlər, və hətta ənənəvi media kanallarında (TV, radio) həyata keçirilə bilər.

Real-Time Marketing hadisələrin və ya trendlərin zirvəsində, yəni onlar hələ də aktual və populyar olduqda effektivdir.

Yanlış anlaşılma və ya mənfi reaksiya riski daşıyır, çünki hadisələrə vaxtında və düzgün cavab vermək vacibdir.

Strategiya hadisələri izləməyi, sürətli kontent yaratmağı və müvafiq kanallarda dərhal paylaşmağı tələb edir.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !