Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

Bir markanın və ya şəxsin ünsiyyətdə istifadə etdiyi dil, üslub və tərz onun ümumi xarakterini müəyyən edir. Bu təkcə yazılı və ya şifahi şəkildə ötürülən mesajların məzmunu deyil, həm də bu mesajların necə çatdırılması markanın kimliyini və şəxsiyyətini əks etdirir.

TOV markanın hədəf auditoriya ilə necə danışdığını, özünü necə ifadə etdiyini müəyyən edir və onun izləyicilərlə emosional əlaqə qurmasına kömək edir.

TOV-u müəyyən edərkən veriləcək suallar

Markanız bir insan olsaydı, necə görünərdi?

Enerjili,ciddi,müdrik yoxsa zarafatcıl?
Onu xarakterizə edən əsas xüsusiyyətlər nələrdir? Əgər markanız bir dost olsaydı, mehriban və səmimi, yoxsa ciddi və peşəkar olardı? Məsələn bir texnologiya şirkəti innovativ və gələcəyə yönəlmiş bir şəxsiyyətə sahib ola bilər. Lüks moda brendi daha zərif bir obraz seçə bilər.

Markanız hansı emosiyaları oyatmaq istəyir?
Müştərilər markanızla ünsiyyətdə olarkən hansı hissləri keçirməlidir? Güvən, rahatlıq, motivasiya, yoxsa həyəcan? Məsələn Redbull’un reklamları sizdə hansı hisləri oyadır? Adrenalin,həyəcan?

Markanızın üslubu nə ilə fərqlənir?

Rəsmi, səmimi, dinamik, yoxsa minimalist bir üsluba sahibdir? Məsələn, bir idman geyimləri markası enerjili və ruhlandırıcı dildə danışa bilər, bir hüquq firması isə etibarlı və peşəkar üslub seçməlidir.

Markanız hansı dəyərləri əks etdirir?
Sizin üçün əsas olan nədir? Keyfiyyət, müştəri məmnuniyyəti, ekologiya, yoxsa yenilikçilik? TOV-unuz bu dəyərlərlə uyğun olmalıdır.

tone of voice nədir,tone of voice,tone of voice nedir

Tone of voice nümunələri

Gəlin yazıda tonun necə dəyişə biləcəyinə dair bəzi nümunələrə baxaq.

1.Salam Aysel,
Necəsən? Ümid edirəm hər şey qaydasındadır. Bildiyim qədərilə, şirkətiniz yeni qrafik dizayner axtarır. Mən bu sahədə təcrübəliyəm və müraciət etmək istəyirəm.Məni bu vəzifəyə yönləndirmək imkanın varmı?

Cavab: Rəsmi, Səmimi, Hörmətli

2.İki otaqlı mənzildə mənimlə birlikdə qalacaq bir otaq yoldaşı axtarıram.

Əgər kirayə haqqını vaxtında ödəməyə və ümumi sahələri təmiz saxlamağa hazır deyilsənsə, boş yerə vaxtımı alma!

Cavab: Qəzəbli, İttihamedici, Məlumatverici

3.Sifarişlər gecikir!

Hazırda yüksək tələbat var, buna görə də sifarişlərin çatdırılması bir qədər vaxt apara bilər. Səbriniz üçün təşəkkür edirik!

Cavab: Məlumatverici, Üzr istəyən, Nəzakətli

Yerli bazardan nümunələrə baxaq:

Bonduelle-in reklamı, izləyici ilə qurulan əlaqəni səmimi və rahat bir şəkildə təqdim edir. Reklamın vizualları və musiqisi izləyici üçün təbii və dinamik bir atmosfer yaradır. Bonduelle, sadə və təbii həyat tərzini mənimsəyənlərə öz məhsulunu təqdim edərkən onların etibarını qazanmağa çalışır.

Bakcell-in reklamında isə dinamik və innovativ bir üslub istifadə edilib. Brend, modern dünyada sürət və texnologiya ilə birgə inkişaf edir, buna görə də reklamın üslubu tamamilə müasir və enerjilidir. Vizual elementlər və musiqi, brendin gənc və enerjili obrazını əks etdirir, bir tərəfdən isə texnologiya və yenilikləri ön plana çıxarır. Reklamın dinamik montajı və influencer marketinqinin istifadə edilməsi, izləyicilərin marağını cəlb etməyə və onları brendin modern həyat tərzi ilə tanış etməyə kömək edir. Bakcell, gəncləri və texnologiyaya maraq göstərənləri hədəfləyərək, onların həyatına daha sürətli, asan və innovativ bir təcrübə təqdim edir.

Brendinizin Tone of Voice-inə dair daha çox məlumat əldə etmək istəyirsiniz?

Yaxşı bir tone of voice, brendinizin müştərilərinizlə qurduğu əlaqəni gücləndirir. Siz də müştərilərlə güclü əlaqələrə sahib olmaq istəyirsinizsə, Baku Growth Academy “Marketing Bootcamp 4”  müraciət edin.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !