Mündəricat
ToggleGoogle Analytics nədir ?
Google Analytics, veb-sayt və mobil tətbiqlərdə istifadəçi davranışlarını izləməyə və analiz etməyə imkan verən Google tərəfindən təqdim olunan ödənişsiz analitika platformasıdır. Bu alət, istifadəçilərin saytınıza hansı mənbədən gəldiklərini, hansı səhifələrdə daha çox vaxt keçirdiklərini, hansı cihazlardan istifadə etdiklərini və hansı addımlarla konversiya etdiklərini ətraflı şəkildə göstərir.
Google Analytics hansı məqsəd ilə istifadə edilir ?
Google Analytics yalnız statistik məlumat toplamaq üçün deyil, həm də biznes hədəflərinə çatmaq üçün doğru qərarların verilməsində əsas rol oynayır. Google Analytics-in istifadəsi müxtəlif məqsədlərə xidmət edir. Aşağıda sadalanan punktlar həmin məqsədlərə nümunədir:
- İstifadəçi davranışlarının analizi
Google Analytics vasitəsilə istifadəçilərin veb-saytda necə davrandığını, hansı səhifələri ziyarət etdiyini, hansı düymə ilə qarşılıqlı əlaqədə olduğunu izləməyə imkan verir ki, bu da təcrübəsinin təkmilləşdirilməsi üçün əvəzsizdir.
- Trafik mənbələrinin müəyyən edilməsi
İstifadəçilərin veb-sayta hansı kanallar vasitəsilə gəldiyini (məsələn, Facebook, Instagram, e-mail, axtarış edərək və s.) göstərir. Bu məlumat ilə hansı kanalların daha effektiv olduğunu müəyyənləşdirməyə kömək edir.
- Ҝonversiya optimizasiyası
İstifadəçilərin müəyyən bir məqsədi yerinə yetirib-yetirmədiyini (məsələn, məhsul alışı etmək, forma qeydiyyatdan keçmək, abunəlik almaq və s.) öyrənmək üçün konversiya izlənməsi həyata keçirərək, reklam kampaniyalarının effektivliyini ölçmək və dönüşüm nisbətlərini artırmaq rolunu oynayır.
- Hədəf auditoriyanın tanınması
Google Analytics istifadəçilərin yaşı, cinsi, maraqları, yerləşmə yeri və istifadə etdiyi cihazlar kimi demoqrafik və texnoloji xüsusiyyətlərini təqdim edir.
- Performansın real vaxtda izlənməsi
Veb-saytın və ya mobil tətbiqin performansı real vaxt rejimində izlənilə bilər. Bu xüsusilə texniki problemlərin olub-olmadığını yoxlamaq üçün faydalıdır.
Google Analytics-də əsas hesabat növləri
Realtime hesabatlar
Bu hesabatlar real vaxta uyğun istifadəçi məlumatlarını müxtəlif cədvəl, qrafik, xəritə şəklində məlunatları əks etdirir.
Acquisition hesabatları
“Acquisition” axın kimi də başa düşülə bilər. Çünki burada əldə edilən data istifadəçilərin veb-sayta və ya aplikasiyaya olan axınından və veb-sayt və aplikasiyaya olan trafikin axınını ilə bağlıdır. Bu menyu öz daxilində “Overview”, “User acquisition”, “Non Google Cost”, “Traffic acquisition”, “User acquisition cohorts”, “Lead acquisition”dır.
yeni (new users) və yenidən qayıdan istifadiçilər də (returning users) daxil olmaqla istifadəçilərn haradan gəldiyini və ya axın etdiyini göstərir. Bu hissə veb-saytda və ya aplikasiyada günlük istifadəçi sayı, dəqiqəlik istifadəçi sayı, və 30 dəqiqəyə düşən istifadəçi sayı kimi dataları axın və ya ziyarət etdiyi ölkəyə görə təqdim edir.
Veb-sayta ilk ziyarətini edən köhnə ve yeni istifadəçilərin bunu hansı kanaldan etdiyini həmin kanalları cədvəl-qrafik şəklində göstərir. Sözügedən kanallara “Organic Search”, “Direct”, “Referral”, “Organic Social”, “Unassigned”, “Organic Video”, “Paid Search”aiddir.
Veb-saytınıza və ya mobil tətbiqinizə daxil olan istifadəçilərin haradan gəldiyini, hansı kanallar vasitəsilə daxil olduqlarını və trafik mənbələrinin ümumi performansını əks etdirir. Bu baxımdan User Acquisition hesabatından fərqlənir. User Acquisition, yalnız ilk dəfə gələn istifadəçilərin hansı mənbələr vasitəsilə gəldiyini göstərir. Halbuki Traffic Acquisition həm ilk, həm də təkrar ziyarətləri nəzərə alaraq ümumi trafik mənzərəsini təqdim edir. Burada da kanallar yenə eynidir: “Organic Search”, “Direct”, “Referral”, “Organic Social”, “Unassigned”, “Organic Video”, “Paid Search”
“Google Ads” və yaxud “Google”un heç bir produktu olmayan reklam alətlərindən istifadə edilərək əldə edilən məlumatları verir. Məsələn, Bing və Meta Ads ilə verilən reklamlar bunun üçün yaxşı nümunədir.
Veb-sayta ilk ziyarətini edən yeni istifadəçilərin bunu hansı kanaldan etdiyini həmin kanalları cədvəl-qrafik şəklində göstərir.
Veb-sayta ilk ziyarətini edən yeni lead-lərin (kontakt məlumatları) bunu hansı kanaldan etdiyini həmin kanalları cədvəl-qrafik şəklində göstərir.
Engagement hesabatları
Bu menyu istifadəçilərin veb-saytdakı hərəkətlərini detallı şəkildə təqdim edir. Son 30 dəqiqə ərzində tez-tez ziyarət edilən veb-səhifəni və ya təyin edilmiş zaman periodunda ən çox ziyarət edilən səhifələr kimi məlumatlara baxa bilərsiniz. Bu menyunun daxilində “Overview”, Events, Pages and screens, Landing page kimi altmenyular mövcuddur.
Bura istifadəçilərin veb-saytda olan bütün hərəkətlərinin məcmusunu əhatə edir. Bir növ Engagement menyusunun xülasəsidir. Mouse biraz aşağı eləsək burada seçilmiş müddət üzrə səhifələrdə nə qədər baxış olduğunu və nə qədər “event” icra edildiyini sayını göstərir. Sağ hissəsində icra edilən müxtəlif event-lərin və onların sayı (Event count by event name), baxış alan müxtəlif səhifələr və onların sayını (Views by Page title ands screen class) verir.
Veb-saytda edilən event-lər barəsində ətraflı məlumat təqdim edir. Bura klik edəndə açılan ekranın solunda event-lərin siyahı şəkildə adını, sağda isə hər event-in qarşısında icra edilmə sayı (event count), event-i icra edən ümumi istifadəçi sayı (total users) hər event-ə düşən aktiv istifadəçi sayı və əgər varsa ümumi gəlir (total revenue).
Bu menyu veb-səhifələr haqqında məlumatları tapdığımız hissədir.
Landing page, istifadəçinin veb-saytı ziyarətində ilk açdığı və ya olduğu veb-səhifəyə deyilir və bu menyu məhz həmin məlumatların əksi üçün nəzərdə tutulub.
Monetization hesabatları
Monetization menyusu, veb-sayta və aplikasiyaya ziyarət edən istifadəçilərdən əldə edilən gəlir haqqında dataları göstərir və 6 altmenyu ilə edir. “Overview”, “Ecommerce journey”. “Purchase journey”, “Checkout journey”, “Promotions”, “Transactions”.
Bu hissə veb-saytdan, aplikasiyadan və reklamlardan əldə edilən cəmi gəlir haqqında detallı məlumatları təqdim edir. Digər overview menyuları kimi aid olduğu əsas menyunun – Monetization menyusunun xülasəsidir.
Ecommerce journey satılan məhsul və xidmətlərin gətirdiyi gəlir və onlara olan qarşılıqlı əlaqəni təqdim ediərək bunu edir.
Bura eyni zamanda istifadəçinin “məhsulu alma cığırı” və ya “məhsulu almaq üçün qət etdiyi yol” kimi başa düşülə bilər. Purchase journey istifadəçinin ilk addımından son addımına kimi izlədyimiz təqib etdiyimiz yerdir. Bura klik edəndə qarşımıza çıxan “funnel” sözügedən prosesi əks etdir
Menyusu istifadəçilərin səbətə əlavə etdikləri məhsulu almaq üçün etdikləri irəliləməni mərhələli şəkildə göstərir
Endirim, ödənişsiz çatdırılma, əlavə xidmətləri özündə birləşdirən rekamlar məhsulun və ya xidmətin alışında əhəmiyyətli dərəcədə təsiri olur. Və bu təsiri öyrənmək üçün promotions altmenyusu bizə kömək edir.
Veb-sayt və ya aplikasiyada həyata keçirilən hər bir tranzaksiya əməliyyatlı ilə bağlı informasiyalara sahibdir. Transactions-un köməyi ilə yekunlaşan alışların sayı, miqdarı və xalis gəliri öyrənmək mümkündür.
User attributes hesabatları
Bu menyu veb-sayt və aplikasiyanı istifadə edən istifadəçilər haqqında ən detallı məlumatı təqdim edir. Və üç altmenyudan ibarətdir. “Overview”, “Demographic details”, “Audiences”.
Burada veb-sayt və aplikasiyanıza ziyarət edən istifadəçilər haqqında ümumi məlumat əldə edirsiniz.
Veb-sayt və ya aplikasiya ziyarət edənlərin əsas xüsusiyyətlərini istifadəçinin yaşı cinsi maraqları lokasiyası və dilinə əsaslanan detallı məlumat təqdim edir
Daha yüksək nəticə və qazanc gətirən auditoriyanı müəyyənləşdirmək üçün Audiences altmenyusundan istifadə edirik. Və burada yaratdığımız audtoriyalar haqqında müxtəlif metriklər ilə ətraflı məlumat almış oluruq.
Tech hesabatları
Bu menyu veb-sayt və aplikasiyaya ziyarət edən istifadəçilərin işlətdikləri texnologiyalar haqqında ən detallı məlumatı təqdim edir. Və iki altmenyudan ibarətdir. “Overview”, “Tech details”.
Burada veb-sayt və aplikasiyanıza ziyarət edən istifadəçilər işlətdiyi texnolji vasitələr haqqında ümumi məlumat əldə edirsiniz
Overview-da veb-sayt və ya aplikasiyaya ziyarət edən istifadəçilərin işlətdikləri texnologiya haqqında ümumi data əldə edirdinizsə, tech details-də individual şəkildə hər bir dimensiona və metric görə daha detallı məlumat əldə etmiş olursunuz.
Google Analytics hesabı necə yaradılır ?
GA4-ün üstünlüklərindən yararlanmadığınız üçün ilk növbədə GA4 hesabınız olmalıdır. GA4 hesabının yaradılması qaydası isə aşağıdakı kimidir:
1. https://analytics.google.com/analytics/web/?utm_campaign=2024-q2-hc-ga&utm_source=xsmb&utm_medium=ipp-art1&utm_content=ga-create-account&utm_term=hc-ga-ipp-v1 bu linkə daxil olub “start measuring” düyməsinə kik edin.
2. Açılan səhifədə səhifənizə ad verin daha sonra istək asılı olaraq GA4-ün aşağıdakı təkliflərin klikləyin ya da boş buraxıb next düyməsinə klik edin.
3. Növbəti mərhələdə rəqəmsal mülkə (property) ad verin ölkəni və saat qurşağını daha sonra isə ödənişlər nəzərdə tutulduğu halda üstünlük verdiyiniz valyutanı daxil edib yenə next düyməsini seçin.
4. Biznesin kateqoriyasını və altdakı məlumatları daxil edin.
5. Bu hissədə Google Analytics-in istifadə məqsədlərini seçə bilirsiniz. Maksimum 5 məqsəd seçə bilirsiniz.
6. Bu şərtləri qəbul edin və davam etmək üçün “next” düyməsinə bir daha klikləyin.
7. Veb-saytdan data axınını təmin etmək üçün “web data stream” seçimini edin.
8. Veb-saytdan data axınını təmin etmək üçün “web data stream” seçimini edin.
9. Daha sonra açılan növbəti səhifdəki “Stream ID” və “Measurement ID” kodlarını növbəti mərhələdə GA4-ün veb-sayt inteqrasiya edilməsi üçün kopyalayıb yadda saxlayın.
10. Son olaraq aşağıdakı next düyməsinə basın “data yığılması prosesi”ni aktivləşdirin və aşağıdakı “continue to home” düyməsinə klik edib yeni yaratdığını hesaba daxil olun.
Bu prosesdən sonra Google Analytics hesabı artıq yaradılmış olur. Ancaq hesabın veb-sayta inteqrasiya edilmədiyi halda yaradılmasının bir məna daşımadığı üçün hesab mütləq veb-sayta inteqrasiya edilməlidir. Bəs GA4 hesabını yaratdıq, veb-sayta necə inteqrasiya edək ?
Google Analytics-in veb-sayta inteqrasiya edilməsi qaydası
Google Analytics-i veb-sayta əlavə etmək üçün iki əsas yol var:
- Google Tag Manager-dən istifadə edərək
- Plugin-lərdən istifadə edərək
Bu iki yol arasında Google Tag Manager daha çox istifadə edildiyinə və tövsiyə edilən olduğuna görə onun istifadasi ilə Google Analytics hesabının veb-sayta inteqrasiyasını nəzərdən keçirək.
1. Öncəliklə veb-saytınıza bağlı olan Google Tag Manager hesabına giriş edin. https://tagmanager.google.com/
2. “New tag” düyməsinə klik edin.
3. Tag-ə ad verərək fərdiləşdirin.
4. Aşağıda “Tag Configuration” klik edin və sağ hissədən “Google Analytics” seçin.
5. Növbəti dəfə “Google Tag Manager” seçin.
6. “Tag ID” hissəsinə Google Analyitcs hesabı yaradarkən kopyaladığınız “Measurement ID”ni daxil edin.
7. Yuxarıdakı “save” düyməsinə basaraq tag-i yaradın.
8. Yaratdığımız tag-in işlədiyini test etmək üçün yuxarıdakı “preview” düyməsinə klik edirik.
9. Açılan səhifədə veb-saytın URL-ni daxil edib “connect” düyməsinə klik edirik.
10. Bu zaman “DebugView” işə düşərək “Tag Fired” bildirişini verir.
11. Tag-in düzgün işlədiyinə əmin olduqdan sonra yuxarıdakı “Submit” düyməsinə basaraq tag-i publish edirik.
Bütün bu proseslər ardıcılıığından sonra GA4 veb-sayta inteqrasiya edilməsi təmin edilir və data yığımına başlayır.