Əlaqə nömrələri:

+994 51 656 73 59
+994 50 295 05 64

E-mail ünvanları:

info@lightcyan-lark-637021.hostingersite.com
office@lightcyan-lark-637021.hostingersite.com

Adres:

Chinar Park, 1/25 Ahmad Rajabli, Baku

meta-pixel-nədir

Meta Pixel nədir ?

Meta Pixel, veb-saytınız ilə olan qarşılıqlı əlaqəni ölçməyə imkan verən analitik alətdir. Bu alət kod parçasının veb-sayta əlavə edilməsi ilə işə düşür və “Meta Ads Manager” ilə yaradılan reklamları görən insanların daha sonra veb-sayt ilə necə qarşılıqlı əlaqə olduğunu öyrənməyə imkan verir. 

Bu alət həm növbəti reklam kampaniyalarını optimizasiya etməyə, həm də veb-sayt ilə qarşılıqlı əlaqə olmuş istifadəçilərə remarketinq etməyi asanlaşdırr.

Meta Pixel nə üçün istifadə edilir ?

“Facebook Business Help Center”a görə Meta Pixel istifadəçilərin veb-saytda etdiyi əməliyyatlara əsaslanaraq reklam kampaniyalarının effektivliyini ölçmək üçün istifadə edilir. Daha ətraflı izah etsək bu alət ilə siz:

  • Məhsulu və ya xidməti veb-sayta ziyarət edən insanların qarşısına çıxara;
  • Potensial müştəriləriniz ilə eyni xarakterik xüsusiyyətlərə malik olan istifadəçiləri hədəfləyə;
  • İnsanların reklamı gördükdən və ya qarşılıqlı əlaqəyə keçdikdən sonrakı davranışlarını ölçə bilərsiniz

Meta Pixel-in hansı üstünlükləri var ?

Meta Pixel vebsaytdakı istifadəçi davranışlarını izləyərək reklamlarınızı uyğun auditoriyaya çatdırmağa imkan verir.

Real vaxt məlumatları əsasında reklam büdcəsini və məzmunu tənzimləyərək daha yüksək nəticələr əldə etmək mümkündür.

Saytdakı əsas fəaliyyətlərin (alış, qeydiyyat və s.) nəticələrini asanlıqla izləyərək effektiv reklamları müəyyən edə bilərsiniz.

 Sayta daxil olub hərəkət etməyən istifadəçiləri yenidən hədəfləyərək geri dönüşü təşviq edə bilərsiniz.

Müəyyən davranışlara əsaslanaraq xüsusi auditoriyalar yaradıb, onlara bənzər yeni istifadəçilərə də reklam göstərə bilərsiniz.

Meta Pixel necə işləyir ?

Meta Pixel, “cookie”lərdən istifadə edir. Hansı ki, bu kukilər veb-sayt istifadəçilərinin “Facebook” və “Instagram” hesabı ilə uyğunlaşdırmağı təmin edir.

“Meta Pixel”i quraşdırandan sonra istifadəçilərin veb-saytda etdiyi qarşılıqlı əlaqə tiplərinini göstərən kiçik bir pəncərə açılır. Həmin pəncərədə olan qarşılıqlı əlaqə tiplərinə isə “event”lər deyilir. İstifadəçinin veb-sayt içərisində icra etdiyi əməliyyatlar “event” kimi qəbul olunur.

Meta Pixel ilə hansı event-ləri ölçmək olur ?

“Meta Pixel”in istifadə etmə imkanı təqdim etdiyi “event”lər isə aşağıdakı kimidir:

  • Purchase: Satın alışı tamamlayan istifadəçilər.
  • Lead: Məlumatlarını daxil edərək form dolduran istifadəçilər.
  • Complete registration: Qeydiyyatdan keçən istifadəçilər.
  • Add payment info: Kart məlumatlarını daxil edən istifadəçilər.
  • Add to cart: Məhsulu səbətə əlavə edən istifadəçilər.
  • Add to wishlist: Məhsulu istək siyahısına əlavə edən istifadəçilər.
  • Initiate checkout: Məhsulu alışı etmək üçün prosesə başlayan və ya ilk “event”i icra edən istifadəçilər.
  • Search: Veb-sayt içərisində axtarış edən  istifadəçilər.
  • View content: Spesifik məzmunla tanış olan istifadəçilər.
  • Contact: SMS, E-poçt, Çat kimi funksiyalar ilə əlaqə qurmağa çalışan istifadəçilər.
  • Customize product: Məhsulları və ya xidmətləri istəyinə uyğun fərdiləşdirən istifadəçilər. ( Filter funksiyası buna nümunə ola bilər) .
  • Donate: Someone makes a donation to your organization or cause.  İanə edən istifadəçilər.
  • Find location: Mağazanın lokasiyasını öyrənmək üçün axtarış edən istifadəçilər.
  • Schedule: Görüş və ya rezervasiya təyin edən istifadəçilər.
  • Start trial: Məhsulu və ya xidməti ödənişsiz əldə etmək üçün qeydiyyatdan keçən istifadəçilər.
  • Submit application: Məhsul, xidmət və ya proqram ilə bağlı ətraflı məlumat almaq üçün müraciət edən istifadəçilər.
  • Subscribe: Someone subscribes to a paid product or service. Veb-sayta abunə olan istifadəçilər.

Meta Pixel necə qoşulur ? 

Meta Pixel-in veb-sayta inteqrasiya edilməsinin 2 metodu daha geniş yayılıb. Bu metodlar WordPress-dən  və Google Tag Manager-dən istifadə edərək edilir.

 

WordPress ilə Meta Pixel-in veb-sayta qoşulma qaydası

1. Business Suite və ya Ads Manager-ə daxil olduqdan sonra soldakı paneldən “Events Manager”ə daxil olun və Pixel qoşmaq istədiyiniz hesabı seçin.  “Connect Data” düyməsinə basdıqdan sonra açılan kiçik pəncərədə “Web”i seçib “Next” düyməsinə klikləyin.

meta pixel nədir

2. “Next” düyməsinə basdıqdan sonra. Açılan pəncərədə ad verin və “Dataset”i yaradın. Yaratdığınız bütün “dataset”lərə daha sonra “Data Sources” menyusunda görə biləcəksiniz.

meta pixelə nədir

3. Data Sources menyusuna gəlin və sağ hissədə olan “Set up Meta Pixel” düyməsinə klik edin. 2 yoldan istifadə edərək quraşdırmanı edə bilərsiniz.  Birincisi, əgər ilkin kodlaşdırma bacarıqlarına sahibsinizsə kodu manual olaraq veb-saytın “header”nə əlavə edə bilərsiniz. İkincisi,  üçüncü tərəf partnyorlardan alətlərdən istifadə edərək kodu əlavə edə bilərsiniz. 

4. Partnyorlardan istifadə edərək prosesə davam etmək üçün “check for partner düyməsinə klik edin və aşağı sürüşdürərək WordPress-i seçin.

5. Açılan növbəti pəncərədə Metanın təlimatlarını icra edərək “Pixel”i veb-sayta əlavə edin.

Son olaraq düzgün işlədiyin əmin olmaq üçün Meta Pixel Helper Extension-dan istifadə edərək hər şəyin qaydasında  olub-olmadığından əmin ola bilərsiniz. 

Google Tag Manager ilə Meta Pixel-in veb-sayt ilə əlaqələndirilməsi

1. Google Tag Manager hesabınıza daxil olub soldakı tag menyusuna klik edin.

2. Sağ küncdə “new” düyməsinə daha sonra isə “Tag configuration” düyməsinə klik edin.

3. Sağ yuxarı küncdə olan lupa piktoqramına gələrək  “Facebook Pixel” yazıb seçin və  sağ yuxarı küncdəki düyməyə klikləyərək tag kimi əlavə edin.

4. Növbəti olaraq yönləndirilən səhifədə Pixel kodunu (ID) daxil etmək üçün Ads Manager> Events Manager ardıcıllığı ilə “Pixel ID”ni kopyalayın və Google Tag Manager-ə qayıdaraq müvafiq xanaya əlavə edin.

5. Aşağı hissədə olan ‘trigger” hissəsinə basın axtarışa bütün səhifədə baş verənləri öyrənə və ölçə bilməyimiz üçün ‘all pages” trigger-ni seçib əlavə edirik.  Son olaraq “Save” düyməsinə basaraq tag-i yadda saxlayırıq.

6. Son olaraq yuxarıdakı “Submit” düyəsinə basın və Meta Pixeli-i veb-sayta əlavə edin.

Yeni eyni qaydada bu metod da qoşulan Pixel-in işləyib işləmədiyini öyrənmək üçün Meta Pixel Helper Extension-dan istifadə edin. Meta Pixel-in hər iki metod ilə əlavə edilməsindən və aktivləşməsindən sonra event manager-də görünən mənzərə aşağıdakı kimi olacaq.

Meta Pixel-in düzgün qurulması və istifadəsi, reklam büdcənizin daha effektiv idarə olunmasına və hədəf auditoriyanızla daha güclü əlaqə qurmağınıza imkan yaradır.

Daha çoxu üçün teleqram kanalımızı izləyin !