Mündəricat
ToggleOn-page SEO nədir və necə işləyir?
Bu yazıda On-page SEO-nun əsas elementlərini sadə dillə izah edirik. “On-Page SEO nədir?” sualını sadə cavablasaq, bir veb səhifənin öz daxilində edilən bütün dəyişiklikləri əhatə edir və məqsədi axtarış motorlarına (xüsusilə Google-a) səhifənin nə haqqında olduğunu daha yaxşı anlamağa kömək etməkdir. 🔎 Bu, sadəcə açar söz yerləşdirmək deyil. Bu, mətnin quruluşundan başlayaraq şəkil adlarına, link strukturlarından başlıqlara qədər bütün detalları əhatə edən daxili optimallaşdırma vasitəsidir.📚 On-Page SEO-nun əsas məqsədi nədir?
Saytın Google tərəfindən daha yaxşı başa düşülməsi, istifadəçilər üçün daha faydalı və naviqasiya olunması asan məzmun təqdim edilməsi və sonda axtarış nəticələrində daha yüksək mövqelər əldə edilməsidir. Əgər saytınızda on-page SEO nədir sualına cavab verən optimallaşdırmalar yoxdursa, Google-da yüksəlmək çətin olacaq.🧱 On-Page SEO-nun 10 əsas komponenti
1. 🏷️ Title tag (Səhifə başlığı)
Google-un gördüyü ilk şey məhz budur. Həm axtarış motorlarına, həm də istifadəçiyə səhifənin nə haqqında olduğunu bildirir. Maksimum 60 simvoldan ibarət olmalı, açar söz mütləq daxil edilməlidir. Cəlbedici və klikə təşviqedici olmalıdır ki, izləyicilər keçid edib məlumata tam baxmaq istəsinlər.2. 📝 Meta description (Açıqlama mətni)
Meta description – axtarış nəticələrində səhifə başlığının altında görünən qısa mətn hissəsidir. Google bunu birbaşa sıralama faktoru kimi qiymətləndirməsə də, istifadəçilərin linkə klikləmə ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Meta description (açıqlama mətni) yazmaq saytınızın Google axtarış nəticələrində necə göründüyünə birbaşa təsir edir. Bu, başlığın altındakı qısa, amma vacib cümlədir. İstifadəçilər ilk olaraq bunu oxuyur və klikləməyə qərar verir.
Əgər siz WordPress-də Rank Math SEO istifadə edirsinizsə, meta açıqlamanı əlavə etmək və uğurlu olub-olmadığını sınamaq çox asandır. Bunun üçün aşağıdakı addımları izləyin:
1. “Edit Snippet” düyməsinə klikləyin
Yazınızı redaktə edərkən aşağıda Rank Math SEO panelini görəcəksiniz. Oradakı “Edit Snippet” düyməsini klikləyin.
2. Açılan paneldə “Description” sahəsini tapın
Yeni açılan pəncərədə “SEO Title”, “Permalink” və “Description” adlı sahələr olacaq. Meta description məhz buraya yazılır.
3. Öz mətninizi yazın və ya yerləşdirin
Bu sahəyə maksimum 160 simvol uzunluğunda, açar sözlə başlayan və izahverici bir mətn yazmalısınız. Məsələn:
On-Page SEO sayt daxilində optimallaşdırma üsulları ilə Google-un səhifəni daha yaxşı anlamasına kömək edir.
4. Aşağıdakı rəngli zolağa diqqət edin
Mətnin altındakı rəngli göstərici sizə yazdığınız mətnin uyğun olub-olmadığını bildirir:
-
🟩 Yaşıl — Uzunluq idealdır. Mükəmməl!
-
🟨 Sarı — Ya normadan qısa, ya uzundur. Dəyişiklik tövsiyə olunur.
-
🟥 Qırmızı — Çox qısa və ya çox uzundur. Bu o deməkdir ki, Google mətni tam göstərməyə bilər.
5. Yadda saxlamaq üçün “Update” düyməsinə klikləyin
Mətninizi yazdıqdan sonra sadəcə başqa yerə klikləyin – dəyişiklik avtomatik yadda qalır. Sonra səhifənin sağ yuxarısında yerləşən “Update” (və ya “Publish”) düyməsinə klikləməklə yazınızı yeniləyin.
Tövsiyə olunur ki, açıqlama mətni 155–160 simvol uzunluğunda olsun. Mətni açar sözlə başlatmaq və çağırış ifadəsi (məsələn, “Öyrən”, “Kəşf et”, “Oxu”) əlavə etmək klik dərəcəsini (CTR) yüksəldə bilər.
3. 🌐 On page SEO – da düzgün URL nədir və necə olmalıdır?
Sadə, qısa və oxunaqlı URL-lər həm sayt ziyarətçiləri, həm də axtarış motorları üçün idealdır. Belə URL-lər istifadəçiyə səhifənin nədən bəhs etdiyini daha aydın göstərir, eyni zamanda Google kimi axtarış sistemlərinin də mövzunu daha yaxşı anlamasına kömək edir.
URL yazarkən nələrə diqqət etmək lazımdır?
-
Kiçik hərflərdən istifadə et:
URL-lərdə böyük hərflər istifadə edilməməlidir. Kiçik hərflər həm texniki səhvlərin qarşısını alır, həm də daha səliqəli görünür.
✅ Doğru:/on-page-seo-nedir/
❌ Yanlış:/On-Page-SEO-Nedir/
-
Açar sözü daxil et:
Mövzunun əsas açar sözünü URL-də istifadə et. Bu, SEO baxımından vacibdir. Məsələn, bloqun mövzusu “On-Page SEO nədir?”dirsə, URL-də mütləq on-page-seo sözləri olmalıdır. -
Qısa və aydın olsun:
Uzun, qarışıq URL-lər istifadəçini çaşdıra bilər. Mümkün qədər qısa və birbaşa məzmunu ifadə edən sözlərdən ibarət olmalıdır.
✅ Doğru:/on-page-seo-nedir/
❌ Yanlış:/butun-detallari-ile-on-page-seo-haqqinda-etrafli-melumat-2025/
4. Başlıq Strukturu (H1, H2, H3) və On Page SEO üçün əhəmiyyəti
Bloq yazılarında başlıqların düzgün qurulması təkcə vizual baxımdan deyil, həm də SEO baxımından çox önəmlidir. Google səhifədəki başlıqları oxuyaraq məqalənin quruluşunu və əsas mövzusunu daha yaxşı anlayır.H1 – Əsas Başlıq
- Saytdakı ən vacib başlıqdır.
- Səhifənin və ya yazının əsas mövzusunu əks etdirir.
- Hər səhifədə yalnız bir dəfə istifadə olunmalıdır.
- Məsələn:
H1: On-Page SEO nədir?
H2 – Alt Bölmələr
- Yazını bölmələrə ayırmaq üçün istifadə olunur.
- Hər H2 özündə müəyyən bir fikri daşıyır.
- Məsələn:
H2: On-Page SEO-nun əsas elementləri
H3 – H2 başlığına aid alt-mövzular
- H2-nin içindəki daha spesifik məqamları ifadə edir.
- Alt başlıq kimi işləyir.
- Məsələn:
H3: Başlıq strukturu (H1, H2, H3)
H3: Meta təsviri nədir?
5. Şəkillərin Optimallaşdırılmasının On Page SEO – da rolu
Şəkillər bloqunuzu daha vizual cəlbedici edir, lakin optimizasiya olunmadıqda saytın yüklənmə sürətini zəiflədə bilər. Bu həm istifadəçi təcrübəsini, həm də SEO-nu mənfi təsir edə bilər.
Nələrə diqqət etmək lazımdır?
-
Fayl adlarında açar söz istifadə et:
Şəkilin adında mövzu ilə bağlı açar söz olsun.
Məsələn:seo-checklist.jpg
-
Alt text əlavə et:
Google şəkilləri oxuya bilmədiyi üçün təsviri “alt text” ilə verir. Bu SEO baxımından çox vacibdir.
Məsələn:Alt text: On-page SEO üçün yoxlama siyahısı şəkli
-
Şəkil ölçüsünü optimallaşdır:
100–200 KB arasında ölçülər ideal sayılır. Daha böyük fayllar isə saytın yüklənmə sürətini azaltdığından istifadəsi məqsədəuyğun deyildir. Məsələn, aşağıdakı təsvirdə şəklin həcminin 2MB olduğunu görürük ki, bu şəklin istifadəsi uyğun sayılmır.
6. Daxili linklər (Internal linking) 🔗
Əlaqəli səhifələri bir-birinə bağlamaq həm istifadəçini saytda daha uzun saxlamağa, həm də Google-a saytın strukturunu daha yaxşı anlamağa kömək edir ki bu da On page SEO-nun nəzərdən qaçırılmamalı olan elementlərindəndir.
Məsələn, bu mövzu ilə əlaqəli başqa məqaləmiz: SEO kursları kimi qeyd edib, daxili linkləndirmə yarada bilərik.
7. Açar söz yerləşdirmə (Keyword Placement)
Açar sözlər təkcə title və URL-də deyil, həm də aşağıdakı hissələrdə yer almalıdır:
-
Məqalənin ilk 100 sözündə
-
Alt başlıqlarda (H2, H3)
-
Şəkil alt yazılarında (Alt text)
Bu həm istifadəçi, həm də axtarış sistemləri üçün məzmunun əsas mövzusunu aydın göstərir.
8. Saytın yüklənmə sürətinin On page SEO – da əhəmiyyəti⏱️
Saytın sürətli yüklənməsi həm istifadəçi təcrübəsi, həm də SEO üçün vacibdir. Google-un rəsmi açıqlamasına görə, yavaş yüklənən saytlar aşağı sıralanmaya malik olur.
Tez yüklənmə niyə bu qədər önəmlidir, çünki:
-
İstifadəçilər gec yüklənən saytları tez tərk edir.
-
Google bu davranışı negativ siqnal kimi qəbul edir.
-
3 saniyədən çox yüklənən səhifələrdə bounce rate artır.
9. Mobil uyğunluq (Mobile-Friendliness) 📱
Bu gün insanlar internetə daha çox telefonla daxil olurlar. Əgər saytınız mobil cihazlarda düzgün açılmırsa və istifadəçiyə narahatlıq yaradırsa, Google saytınızı aşağı sıralarda göstərir.
Yəni saytınız həm kompüterdə, həm də telefonda rahat və sürətli işləməlidir ki, sıralanmada üst mövqelərə gəlib çıxa biləsiniz.
10. Strukturlaşdırılmış məlumatın (Schema Markup) On Page SEO üçün əhəmiyyəti
Schema – Google-un məqaləni daha yaxşı başa düşməsi üçün əlavə işarələmə sistemidir.
Bu, məqalənin nə haqqında olduğunu axtarış sisteminə daha dəqiq izah edir.
Məsələn, WordPress istifadəçiləri üçün Rank Math və ya Yoast pluginləri ilə bu prosesi asanlıqla edə bilərsiniz.
Əminik ki, bu bloqda öyrəndiklərinizdən sonra artıq on-page SEO nədir sualının cavabı sizin üçün daha aydındır.
Qeyd etdiyimiz 10 əsas addımı tətbiq etməklə, saytınızın həm texniki baxımdan güclü olmasını, həm də istifadəçi dostu olmasını təmin edə bilərsiniz.
Unutmayın, SEO bir dəfə edib unudulan proses deyil – davamlı diqqət, test və təkmilləşdirmə tələb edir.
Rəqəmsal Marketinqin bu və digər sahələri üzrə daha maraqlı və faydalı məlumatlar əldə etmək üçün bloq yazılarımıza keçid edə bilərsiniz.
Daha çoxu üçün teleqram kanalımızı izləyin !