Social proof nədir?
Social proof -Başqalarının rəyi əsasında satışın artırılmasını hədəfləyən taktikadır.Heç “hamı alır, mən də alım” düşüncəsinə düşmüsənmi? -Bu, sadəcə təsadüf deyil ,sürü psixologiyası adlanır.İnsan beyni, xüsusən qeyri-müəyyənlik vəziyyətində, çoxluğun davranışını “doğru yol” kimi qəbul etməyə meyllidir. Məsələn, əgər yüzlərlə insan bir məhsulu bəyənirsə və müsbət rəylər yazıbsa, biz də həmin məhsulun keyfiyyətinə inanırıq.Marketinqdə social proof güvən yaratmaq və alıcıya “bu seçim doğrudur” mesajını çatdırmaq üçün istifadə olunur.Dünyaca məşhur e-ticarət platformaları, məsələn, Amazon, Booking.com və Trendyol, məhsulların reytinqləri və istifadəçi rəylərini ön plana çıxararaq satışları artırır və müştəri etibarını möhkəmləndirir.Bu metod brendlərin satışlarını artırmaqda və müştəri etibarını qazanmaqda mühüm rol oynayır. Uğurlu marketinq strategiyaları social proofun təsirindən yararlanaraq müştərilərin qərar verməsini asanlaşdırır.
Social proof nədir və növləri
Social proof müxtəlif formalarda ola bilər və hər birinin biznesə
təsiri fərqlidir.
İstifadəçi rəyləri və reytinqlər
Müştəri rəyləri social proofun ən güclü formasıdır. Bir onlayn mağazada
məhsulun 5 ulduz reytinqi və yüzlərlə müsbət rəyi varsa, yeni alıcılar da
bu rəylərə əsaslanaraq qərar verirlər. Rəylərin keyfiyyəti və səmimiliyi
burada çox vacibdir.
Ekspert rəyləri
Tanınmış ekspertlərin məhsulu dəstəkləməsi böyük təsir göstərir.
İnsanlar ekspertlərin tövsiyəsinə etibar edir və bu, məhsulu daha etibarlı
göstərir. Bu üsul, xüsusilə yeni məhsullar üçün güclü social proof yaradır.
Statistika və istifadəçi sayı
“10.000-dən çox insan bizi seçdi” kimi mesajlar potensial müştərilərin
qərarına təsir edir. İnsanlar kütlənin getdiyi yolla getməyə meyillidirlər.
Bu, bir növ “təhlükəsizlik siqnalı” rolunu oynayır.
Sosial media təsdiqi
Instagram, Facebook və TikTok kimi platformalarda paylaşılan müsbət
şərhlər, bəyənmələr və izləyici sayı da social proof hesab olunur. Sosial
media göstəriciləri markanın etibarlılığını göstərir və yeni müştəriləri cəlb
edir.
Influencer marketinqi
Tanınmış şəxslərin məhsulu təqdim etməsi alıcıların marağını artırır.
İnsanlar sevdikləri və izlədikləri şəxslərin seçimlərinə inanırlar və bu,
məhsulu sınamağa həvəsləndirir.
Trendyol nümunəsi :
Social proof nədir və biznes üçün faydaları
İctimai sübut biznes üçün etibarı və güvəni artırır, satışları və
dönüşümləri yüksəldir, həmçinin başqalarının müsbət təcrübələrini
göstərməklə məhsulun keyfiyyətini təsdiqləyir.
Müştəri etibarının artması
İstehlakçılar reklamlardansa real təcrübələrə daha çox güvənirlər.Müsbət
müştəri rəyləri brendinizə olan inamı möhkəmləndirir.
Satışların yüksəlməsi
Güclü sosial sübutu olan bizneslərdə satış göstəriciləri daha yüksək olur.
Araşdırmalara görə, istehlakçıların 92%-i alış etməzdən əvvəl onlayn
rəyləri oxuyur və daha yaxşı reytinqi olan şirkətlər daha çox müştəri cəlb
edir.Məsələn, “10.000-dən çox insan bunu alıb” və ya yüksək ulduz
reytinqi göstərən məhsullar daha çox seçilir. Bu, həm e-ticarət, həm də
fiziki mağazalar üçün keçərlidir.
SEO və onlayn görünürlüyü yaxşılaşdırır
Google daha çox rəy alan və aktiv auditoriyası olan biznesləri üstün
tutur. Bu səbəbdən, güclü sosial sübut saytınızın axtarış nəticələrində
daha yuxarı sıralanmasına və daha çox orqanik trafikin gəlməsinə
kömək edir.
Brendin Nüfuzunu və Avtoritetliyini Gücləndirir
Möhkəm onlayn reputasiya həm yeni, həm də mövcud müştəriləri cəlb
edir. Onlayn və oflayn formada yayılan “ağızdan-ağıza marketinq” hələ
də ən effektiv inkişaf strategiyalarından biri hesab olunur.
Social proof nədir və necə istifadə etməli?
İctimai sübutdan istifadə etməklə brendinizə inam yarada və müştərilərin
etibarını qazana bilərsiniz. Müştəri rəyləri, tövsiyələr və real istifadəçi
təcrübələri potensial müştərilərin qərar verməsini asanlaşdırır.
Saytda müştəri rəylərinə yer verin
Məhsul səhifələrində real istifadəçi rəyləri və fotoşəkilləri paylaşmaq
müştərilərin qərar vermə prosesini asanlaşdırır.Rəyləri vebsaytınız
boyunca yerləşdirin, xüsusilə də e-ticarət məhsul səhifələrində və
“call-to-action” (məsələn, “İndi al”, “Əlaqə saxla”) düymələrinin
yaxınlığında. Bu, potensial müştərinin qərar verməsinə son təkan ola
bilər.
Sosial mediada aktiv olun
Müştərilərin sizin haqqınızda paylaşdığı postları, videoları və hekayələri
öz səhifənizdə paylaşmaq ictimai sübutu gücləndirir.Əgər rəylər yalnız
vebsaytınızda yerləşdirilibsə, bəzi ziyarətçilər bunun obyektivliyinə şübhə
edə bilər.
Media və ekspert rəylərindən istifadə edin
Əgər biznesiniz haqqında məqalə yazılıbsa və ya ekspert sizi tövsiyə
edibsə, bunu saytınızda yerləşdirin. Bu, həm müştəri etibarını artırır, həm
də satışları yüksəldir.
Social proof nədir və Fərq Yaradan Taktikalar
Sosial sübut yalnız rəyləri göstərməkdən ibarət deyil ,o, brendin hekayəsini gücləndirən bir gücdür. Müştəri yalnız məhsul almaz, həm də başqalarının təcrübəsini izləyir və öz qərarını buna əsasən verir.
Fərqli sosial sübut taktikalara misallar:
1. Mini-hadisələr yaratmaq: Canlı yayımlar, “məhdud sayda satılır” və ya “yalnız bu həftə” kimi elementlər alıcılarda təcili alış instinkti yaradır.
2. Top müştəri seçimlərini vurğulamaq: “Ən sevilənlər” və ya “Trenddə olan məhsullar” kimi etiketlər oxucuya yol göstərir, amma artıq monotondan çıxır və marağı artırır.
3. İstifadəçi hekayələri və testimoniallar: Rəqəmlərdən əlavə, qısa hekayələr və foto-video testimoniallar daha güclü inam yaradır.
4. Məşhurların mikro-influencerləri: Böyük ulduzlardan fərqli, kiçik, amma etibarlı influencerlərin tövsiyəsi daha təbii görünür və satışa təsir edir.
Nəticə
Yekun olaraq, sosial sübut başqalarının rəyi əsasında insanların qərar verməsidir.Marketinqdə bu üsuldan düzgün istifadə etmək müştərilərin güvənini qazanmağa, satışları
artırmağa və brend dəyərini möhkəmləndirməyə kömək edir.
Unutmamaq lazımdır ki, rəqəmsal bazarda uğur qazanmaq üçün təkcə
yaxşı məhsul kifayət deyil ,başqalarının sizə inandığını göstərmək də
vacibdir. Social proof nədir ilə bağlı daha geniş oxumaq istəyənlər üçün HubSpot-un bu məqaləsini https://blog.hubspot.com/service/psychology-social-proof və buzz marketin nədir blogunu oxuya bilərsiniz.
Tez-tez Verilən Suallar (FAQ)
1. Social proof nədir?
Social proof, insanların başqalarının rəylərinə və davranışlarına baxaraq qərar
verməsini ifadə edir. Marketinqdə bu üsul alıcılara güvən yaratmaq üçün
istifadə olunur.
2.Niyə social proof vacibdir?
Social proof müştərilərin qərar verməsini asanlaşdırır, satışları artırır və brend
etibarını möhkəmləndirir. İnsanlar başqalarının seçimlərinə baxaraq daha rahat
alış-veriş edirlər.
3.Social proof nədir və biznesə necə fayda verir?
•Müştəri etibarını artırır
•Satışları yüksəldir
•Brend nüfuzunu möhkəmləndirir
•Rəqiblərdən fərqlənməyə kömək edir
4. Social proof-dan necə istifadə etməliyəm?
•Məhsul səhifələrində real müştəri rəylərinə yer verin
•Sosial mediada müştərilərin paylaşdıqlarını paylaşın
•Media və ekspert tövsiyələrini saytınızda göstərin
5. Social proof ilə satış arasındakı əlaqə nədir?
İstifadəçilər başqalarının məhsulu sınadığını gördükdə qərar verməkdə daha rahat
olurlar. Bu, satışların artmasına birbaşa təsir göstərir.
6. Social proof bütün bizneslər üçün uyğundurmu?
Bəli, e-ticarət, xidmət sektoru və hətta B2B bizneslər də social proof-dan faydalana
bilər. Əsas məqsəd müştəri etibarını artırmaqdır.

