Mündəricat
ToggleBloq nədir?
Bloq axtarış platformalarında insanları məlumatlandırmaq və orqanik satış məqsədilə paylaşılan sayt məzmunudur. İnsanlar bloqları şəxsi fikirlərini, məlumatları və ya məhsullarını təqdim etmək üçün yaradırlar. Bloq yazıları əsasən oxucularla interaktiv əlaqə qurmaq və dəyərli məlumat təqdim etmək məqsədi daşıyır. Bloqu bir növ saytların gündəliyi kimi qəbul etmək olarBloq nəyə lazımdır?
Bloq ona görə vacibdir ki, vebsaytda məhsul və ya xidmət satırsınızsa, onun faydalarını izah edərək potensial alıcı kütləsi qazana bilərsiniz. Bloq həmçinin müxtəlif sahələrdə infomativ məlumatın verilməsi üçün idealdır. Çünki bir çoxumuz yeniliklərdən xəbərdar olmaq üçün gündəlik bloqları nəzərdən keçiririk.Necə bloq saytı açmaq olar?
Bloq yaratmaq üçün ilk növbədə saytınız olmalıdır. Bunun üçün CMS (Content Management System) sistemlərinə müraciət edə bilərsiniz. Bloq saytları arasında ən çox tanınan WordPress saytıdır. Lakin bununla yanaşı, Medium, Bloqqer və digər platformalarda da bloq saytı açmaq olar. CMS sistemlərində bloq açmaq yetərli olmaya bilər. Məsələn, biznes adıyla WordPress-də sayt açsanız, domain adınız bu cür görünəcək: biznes.wordpress.com. Nəzərə alsaq ki, bu domain peşəkarlıqdan uzaq görünür və SEO cəhətdən unikal domain adlarına üstünlük verilir, bu halda sizə mütləq domain almaq lazımdır. Həmçinin sayt məzmunun saxlanılması, internetə çıxış əldə etmək, və texniki problemlər zamanı dəstək üçün hostinq xidməti də almağınız vacibdir.Yaxşı bloq necə olmalıdır?
Yaxşı səviyyədə bloq yazmaq üçün mütləq SEO-ya müraciət etmək lazımdır. Çünki günümüzdə SEO dostu bloqlar axtarış platformalarında ilk sıralarda yer aldığı üçün daha çox insan tərəfindən oxunur. Yaxşı bloq yazaraq siz: – Saytınıza daha çox trafik cəlb edəcək – Əldə etdiyiniz data ilə satış həyata keçirəcək – Müxtəlif strategiyalarla xərc çəkmədən gəlir qazanacaqsınız. Bəs yaxşı bloq yazmaq üçün hansı addımlardan istifadə etmək lazımdır? Gəlin bir-bir baxaq.Mövzu seçimi və açar söz
Mövzu seçimi çox sadə görünsə də, bunun üçün detallı araşdırma etmək lazımdır. Çünki hər saytın öz oxucu kütləsi və hər kütlənin də öz maraqları var. Buna görə ilk növbədə öz izləyicilərinizi tapmalısınız. Daha sonra isə onların ən çox axtarışa verdiyi açar sözlərlə maraq dairəsini öyrənə bilərsiniz. Məzmunun oxucular üçün dəyərli və aktual olması vacibdir. Açar sözlərin araşdırılması üçün Ahrefs Keyword Generator alətindən ödənişsiz şəkildə istifadə edə bilərsiniz.Cəlbedici başlıq yazın
Cəlbedici başlıqlar insanların bloqunuza keçməyə sövq edən əsas vasitələrdən biridir. Əgər bloqunuz oxunmursa, deməli yetərincə maraq oyada bilməmisiniz. Cəlbedici başlıq yazmağın ən əsas yolu isə hisslərə toxunmaqdır. Özünüzü ilk növbədə izləyicinin yerinə qoyun: siz bu yazını oxuyardınız? Təbii ki, ön sıralarda çıxmaq üçün SEO strategiyasına uyğun başlıqlar (H Tag) yaratmalısınız.Keyfiyyətli məzmun yaradın
Keyfiyyətli məzmun oxuculara qarşı nə qədər diqqət göstərdiyinizin göstəricisidir. Əgər faydalı mənbələrdən istifadə etmədən yazını paylaşırsınızsa, hətta hazırki kütlənizi də itirə bilərsiniz. Ona görə mütləq mənbələrdən istifadə edərək mövzulara fərqli perspektivdən yanaşın. Bu halda yaratdığınız keyfiyyətli məzmun ilə insanların saytınıza axın etdiyini görəcəksiniz. Bütün bu addımlardan istifadə edərək keyfiyyətli şəkildə bloq yaza bilərsiniz. Lakin unutmayın ki, düzgün SEO strategiyası qurulmasa, ön sıralarda çıxmağınız mümkün deyil. Mütləq düzgün H Taglərdən istifadə etməli, backlink alaraq saytınızı önə çəkməlisiniz. Bununla belə, bloq yazmaq planlı yanaşma tələb etdiyinə görə mütləq əvvəldən sistemli şəkildə irəliləmək lazımdır. Proses 3 ay da, 1 il də çəkə bilər. SEO dostu bloqlar yazaraq ön sıralarda çıxmaq istəyirsinizsə, SEO nədir yazımıza keçid edin. Bloq yazmaqda peşəkar dəstək əldə etmək üçün SEO kursumuza keçid edin.Rəqəmsal dünyada baş verən yeniliklərdən və digər yazılarımızdan xəbərdar olmaq üçün teleqram kanalımızı izləyin !