Office Address

123/A, Miranda City Likaoli
Prikano, Dope

Phone Number

+0989 7876 9865 9
+0989 7876 9865 9

Email Address

info@example.com
support@example.com

product marketing nədir

Product marketing nədir?

Product Marketing, məhsulun hazırlanmasından başlayaraq bazara çıxarılması və müştərilərə çatdırılmasına qədər olan bütün prosesi əhatə edən bir marketinq strategiyasıdır. Bu yanaşma yalnız məhsulun satışını deyil, həm də müştərilər üçün onun dəyərinin vurğulanmasını təmin edir. Məhsul marketinqi brendlərin rəqabət mühitində öz mövqelərini gücləndirmək üçün əsas vasitələrdən biridir.

Product Marketing üçün əsas addımlar

  1. Auditoriyanı anlamaq: Hədəf auditoriyanı təyin etmək vacibdir. Bunun üçün demoqrafik məlumatlar (yaş, cins, gəlir) və psixoqrafik xüsusiyyətlər (maraqlar, davranışlar) təhlil edilməlidir.
  2. Bazarı araşdırmaq:
    • Rəqiblərin məhsullarını analiz etmək.
    • Müştəri ehtiyaclarını müəyyənləşdirmək.
    • Bazarda boşluq tapmağa çalışmaq.
  1. Unikal satış təklifi :Məhsulunuzu rəqiblərdən fərqləndirən xüsusiyyətləri müəyyənləşdirin və müştərilərə bunun üstünlüklərini izah edin.
  2. Marketinq strategiyası hazırlamaq:
    • Sosial media, email marketinq, reklam platformaları və digər rəqəmsal vasitələrdən istifadə edin.
    • Məhsulun üstünlüklərini müştərilərə çatdıran kontent yaradın (blog yazıları, video və s.).
  1. Müştəri təcrübəsinə diqqət:
    • Müştərilərin məhsulla bağlı təcrübələrini dəyərləndirin.
    • Rəyləri və təklifləri toplayıb məhsulunuzu təkmilləşdirin.

Product Marketing kanalları

  • Sosial Media: Instagram, TikTok, Facebook məhsul marketinqi üçün ən geniş istifadə olunan platformalardır.
  • E-ticarət Platformaları: Məhsulunuzu Amazon, Etsy kimi platformalarda yerləşdirin.
  • Ənənəvi Reklam: TV, radio, çap reklamları ilə məhsul tanıtımını həyata keçirin.
  • Event Marketinq: Məhsul təqdimatları, sərgilər və tədbirlərdə iştirak edin.
Azərbaycanda son illərdə bir çox sektorda inkişaf edir. Xüsusilə Rəqəmsal Platformalar və E-ticarət kimi fəaliyyət göstərən şirkətlərdə.

Müştərini necə qazanmaq olar?

Bunun üçün aşağıda qeyd edilən stategiyalar mövcuddur:
  • Müştərilərinizlə emosional əlaqə qurun.
  • Rəqəmlər və faktlarla müştəriləri məhsulun keyfiyyətinə inandırın.
  • Təkrar müştəriləri stimullaşdırmaq üçün xüsusi təkliflər təqdim edin (bonuslar, endirimlər).

Bonus: Product marketoloq necə olmaq olar?

Product Marketing haqqında biliklər qazanıb bu sahəni dərindən öyrənmək istəyirsinizsə product marketing kursu səhifəsinə keçid edib ətraflı tanış olun.  

Məhsulun bazara təqdim olunması, tanıdılması və satışının artırılması üçün tətbiq edilən strategiyadır.

Bütün biznes sahələri, həm kiçik, həm də böyük şirkətlər üçün.

Sosial media, e-poçt marketinqi və rəqəmsal reklamlar.

Məhsulun tanınmasını artırır və satışları yüksəldir.

Satış göstəriciləri, müştəri rəyləri və dönüşüm nisbəti ilə.

Rəqəmsal dünyada baş verən yeniliklərdən və digər yazılarımızdan xəbərdar olmaq üçün teleqram kanalımızı izləyin !